26 Dekabr 2025 08:30
299
SİYASƏT
A- A+
Avropa Parlamentindən növbəti saxta qətnamə

Avropa Parlamentindən növbəti saxta qətnamə


Riyakar qurumun qəbul etdiyi sənəd Azərbaycanın daxili işlərinə qarışmaqdır


Avropa Parlamenti (AP) 2025-ci il dekabrın 18-də bir daha riyakarlıq nümayiş etdirərək, ölkəmizə qarşı reallığı əks etdirməyən qərəzli qətnamə qəbul etdi. Sözdə insan hüquq və azadlıqlarından, demokratiyadan danışan bu qurumun əsl məqsədi müstəqil, milli maraqlarına uyğun siyasət yürüdən ölkələrə qarşı təzyiq etməkdir. Bu baxımdan AP-nin Azərbaycana qarşı mövqeyi təşkilatın ikili standartlardan hələ də əl çəkə bilməməsinin sübutudur. 

Bakı Dövlət Universitetinin kafedra müdiri professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qlobal siyasətə təsir edə biləcək bir gücə çevrilməsi Avropa Parlamentini bərk narahat edir. Torpaqlarımızın 30 il işğalı zamanı şəhər və kəndlərimiz viran qoyulanda, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün düşəndə Avropa Parlamenti bu cinayəti pisləyən bir qətnamə belə qəbul etmədi, əksinə, bu işğala qanuni don geyindirməyə çalışdı. 2020-ci ildə Prezident, Ali Baş Komandan  İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, 2023-cü ildə isə uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Separatizmin kökü tamamilə kəsildi. "Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini bərpa etməklə Avropanın üz qarasını da təmizlədi. Avropa Parlamentindəki bir sıra deputatlar Azərbaycana onları bu rüsvayçılıqdan xilas etdiyinə görə "sağ ol" demək əvəzinə bizə qarşı qərəzli, saxta kampaniyanı davam etdirirlər. Avropa Parlamenti Azərbaycana qarşı hərbi cinayətlər törətmiş separatçıları, cinayətkarları müdafiə edir, ölkəmizi guya insan hüquqlarını pozmaqda ittiham edir. Dövlətimizə və xalqımıza qarşı cinayət törədən şəxslərin törətdikləri Azərbaycanın məhkəmələrində sübuta yetirilmişdir. Onların özləri də hərbi cinayət törətdiklərini etiraf etmişdilər. Belə olan halda Avropa Parlamenti kimə nəyi sübut etməyə çalışır? Onlar özlərini rüsvay edirlər", - deyə ekspert deyib.

K.Əliyeva qeyd edib ki, Azərbaycanı ittiham edən Avropa deputatlarının öz ölkələrində hər gün insanlar alçaldılır, həbsə atılırlar. Ölkəmizdə isə bütün insanların hüquqları ən yüksək səviyyədə qorunur. Cinayət törədənlər, Azərbaycanın qanunlarını pozanlar qanun qarşısında öz cəzalarını almalıdırlar. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə birbaşa Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqdır. Heç bir təşkilatın və dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və buna da cəsarət etməyə çalışmasınlar. Azərbaycanı tutduğu haqq və ədalət yolundan heç kim çəkindirə bilməz və AP-nin qəbul etdiyi bu rüsvayçı, qərəzli qətnamənin dövlətimiz üçün heç bir əhəmiyyəti yoxdur.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!