19 Mart 2025 08:40
421
SİYASƏT
A- A+
Avropa Parlamenti tarixdə qərəzli qətnamələri ilə qalacaq

Avropa Parlamenti tarixdə qərəzli qətnamələri ilə qalacaq


Həm də korrupsioner qurum kimi xatırlanacaq


Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatlardan biri də Avropa Parlamentidir. Torpaqlarımız 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalında qaldığı zamanlarda bu beynəlxalq təşkilat heç vaxt işğalçı ölkənin əleyhinə nə bir qərar, nə də bir qətnamə qəbul etdi. Hər şeyin üstündən sükutla keçdi. Azərbaycan öz gücü, qüdrəti ilə torpaqlarını ermənilərdən azad etdikdən sonra Avropa Parlamenti ölkəmizin əleyhinə qətnamələr qəbul etməklə işğalçını dəstəkləməyə başladı. Yəqin ki, Avropa Parlamenti yaddaşlarda və tarixin səhifələrində qəbul etdiyi əsassız qərar və qərəzli mövqeyi ilə qalacaq. İllər, əsrlər sonra   elə belə də xatırlanacaq.  

Diqqətlə araşdırma aparanda məlum olur ki, Avropa Parlamentinin bütün qətnamələri islamofobiya, qərəz və ikili standartlar üzərində qurulur. Bu qətnamələr heç həqiqətin yaxınlığına da getmir. Aydın görünən odur ki, Avropa Parlamenti Azərbaycanın regionda yaratdığı yeni reallıqları həzm edə bilmir. 

Ənənəsinə sadiq qalan Avropa Parlamenti yenə də ölkəmizə qarşı əsassız iddialarını, qərəzli münasibətini davam etdirir. Özünə hörmət qoymayan, erməni diasporunun pul kisəsindən asılı olan bu beynəlxalq təşkilat martın 13-də ölkəmizə qarşı Bakıda saxlanılan ermənilərlə bağlı növbəti dəfə qərəzli, şər-böhtan dolu qətnamə qəbul edib. Həmin qətnamədə heç bir əsas olmadan Azərbaycandan uzun illər ərzində azərbaycanlılara qarşı soyqırımları həyata keçirmiş, şəhərləri, kəndləri yandırıb dağıtmış separatçı-quldurların, insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli bilinən bir qrup Ermənistan vətəndaşının azad olunmasını tələb edir. Heç bir əsas, dəlil olmadan müttəhimlərə guya qadağan edilmiş psixotrop dərmanların verilməsi iddia olunur.

Görəsən Avropa Parlamentində oturan deputatların erməni sevgisi haradan, nədən qaynaqlanır? Təbiidir ki, bu qətnamədən reallıq, doğruluq yox, erməni diasporunun pulunun qoxusu gəlir. Avropalıları da bu qətnaməyə səs verməyə məcbur edən budur. 

Avropa Parlamenti həqiqətdən uzaq olan bu qətnaməsi ilə bütün beynəlxalq hüquq normalarının üstündən gözübağlı keçərək separatçılara və Azərbaycana qarşı təxribatlarda iştirak edən şəxslərə himayədarlıq edir. Bütün dünyaya cinayətkarların, insan qatillərinin yanında olduğunu, həqiqətdən uzaqda dayandığını göstərir. Ermənistan 30 il ərzində Azərbaycanın ərazilərini işğalda saxladı, orada hərbi cinayətlər etdi,  etnik təmizləmə apardı və yüzlərlə soydaşımızın həyatına son qoyan qətllər törətdi. Həmin zamanlarda  Avropa Parlamenti buna heç bir reaksiya vermədi, heç bir günahı olmayan dinc insanların hüquqlarını müdafiə etmədi. Amma indi Azərbaycana qarşı müxtəlif cinayətlərdə təqsirli bilinib həbs olunanların qanuni məhkəmə proseslərinə qarşı çıxır, onların müdafiəsinə qalxır. Bu məqsədlə heç bir əsası olmayan qətnamə və qərarlar qəbul edir.

Ermənistanın siyasi hakimiyyətinin təmsilçiləri yenə də köhnə təxribatlarından əl çəkməyərək, sərsəm-sərsəm danışır, xəyallar qurur, guya saxlanılan separatçıların məhkəmədə ifadə vermələrinə müəyyən maneələr olunduğunu və onların təzyiqə məruz qaldıqlarını ortalığa atırlar. Amma nə qədər  sərsəm danışıb, boş-boşuna hay-küy salsalar da,  iddialarının heç biri təsdiqini tapmır. Çünki işlər reallıqda belə deyil və ola da bilməz. Çünki məhkəmədə Azərbaycana qarşı bir sıra cinayətlərdə təqsirli bilinən separataçılarla çox normal davranılır. Avropa İnsan Hüquqları Şurasının Vardanyanla bağlı açıqlamasında da Ermənistanın irəli sürdüyü iddiaların əsassız olduğu göstərilir və bu ittihamlar açıq şəkildə rədd edilir. 

Ürəkləri erməni sevgisi ilə aşıb-daşan Avropa Parlamentinin bu cür davranışı, məsələyə çox səthi yanaşması beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etməklə yanaşı, həm də açıq-aşkar müstəqil məhkəmənin işinə müdaxilədən başqa bir şey deyil. Azərbaycan təqsirli bilinib həbs olunan erməniəsilli şəxslərin məhkəməsini beynəlxalq hüquqa və müvafiq konvensiyaların şərtlərinə uyğun şəffaf şəkildə həyata keçirir. Qoy avropalılar zəhmət çəkib vaxtlarını ayırıb məhkəmə prosesinin gedişini diqqətlə izləsinlər, onda həqiqəti görərlər. 

Açıq-aşkar görünən odur ki, Parisin dirijorluğu ilə hərəkət edən Brüssel indiki mərhələdə Ermənistan və Azərbaycanın sülhə yaxınlaşmasına mane olmağa çalışır. Fransa Cənubi Qafqazın bu iki qonşu ölkəsi arasında sabitliyə səbəb olacaq sülh prosesinə əngəl törətməkdən ötrü bütün resurslarını işə salır. Buna görə də Avropa Parlamentinin qəbul etdiyi bu anti-Azərbaycan qətnaməsini Parisin və erməni lobbisinin sifarişi kimi qəbul etmək olar.

Azərbaycana qarşı çoxsaylı  müharibə cinayəti törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşlarının Bakıda davam edən məhkəmə prosesi müxtəlif beynəlxalq təşkilatlar tərəfindən də diqqətlə izlənilir. Bu günə qədər ekspertlər, eləcə də hüquq müdafiəçiləri tərəfindən heç bir iradın bildirilməməsi məhkəmənin obyektiv şəkildə keçirildiyini göstərir. Amma təəssüf ki, bu məsələdə də Azərbaycan yenə ikili standartlarla, qərəzli yanaşmalarla üzləşir. Barəsində məhkəmə istintaqı gedən Ermənistan vətəndaşlarının törətdikləri cinayətlər üzrə təkzibedilməz sübutların sayı kifayət qədərdir, onların özləri də bunu etiraf edirlər. Şahidlərin ifadələri də irəli sürülən ittihamların doğruluğunu təsdiq edir. 

Prosesi yaxından izləyən xarici ekspertlər, eləcə də hüquq müdafiəçiləri açıq-aydın görürlər ki, müxtəlif cinayətlərdə təqsirli bilinən Ermənistan vətəndaşlarının hüquqlarının qorunması, məhkəmə prosesində bütün prosedurların gözlənilməsi Azərbaycan tərəfindən yüksək səviyyədə təmin edilir. Bunu təqsirli bilinənlər özləri də vaxtaşırı açıq bildirirlər. Mənzərənin bu cür gün kimi aydın görünməsinə  baxmayaraq, Avropa prosesi dünya ictimaiyyətinə başqa rakursdan təqdim etməyə çalışır. Digər tərəfdən müxtəlif cinayətlərdə təqsirli bilinib həbs olunan separatçıların etirafları, söylədikləri həqiqətlər Ermənistandakı siyasi hakimiyyəti təşvişə salıb. Ona görə də Avropa Parlamentindəki havadarları vasitəsilə bu proseslərə müdaxilə etməyə çalışırlar. Amma bu cəhdlərin heç bir mənası və hüququ qüvvəsi yoxdur. Çünki Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir və heç bir beynəlxalq qurum ədalətli aparılan məhkəmə prosesinə mane ola bilməz. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İsraillə bütün məsələlərdə eyni tərəfdəyik  

20:51
22 Aprel

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB 

20:40
22 Aprel

Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM Mərkəzi açılıb  

19:50
22 Aprel

Ruben Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıblar: Bir gündə iki oğlumu itirdim  

19:33
22 Aprel

Rumıniya qəzeti Neft Daşları barədə geniş yazı dərc edib

19:16
22 Aprel

Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb

19:03
22 Aprel

Fransada həbsxanalar bir neçə gündür hücumların hədəfinə çevrilib

18:44
22 Aprel

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  

18:23
22 Aprel

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb  

18:13
22 Aprel

Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşə bilər

17:50
22 Aprel

“Yeni Şafak” qəzeti: Türkiyə parlamentinin arxivləri ermənilərin Anadoludakı vəhşiliklərinə işıq salır  

17:46
22 Aprel

Nazir Məcnun Məmmədov: İşğaldan azad edilmiş torpaqlarda ən müasir aqrar innovasiyalar tətbiq olunur  

17:44
22 Aprel

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

17:43
22 Aprel

Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub

17:42
22 Aprel

“Azərreyl” final mərhələsinə qələbə ilə başlayıb

17:15
22 Aprel

İldırımdan qorunmaq üçün iinovativ dron hazırlanıb  

16:49
22 Aprel

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub  

16:42
22 Aprel

Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək  

16:40
22 Aprel

Azərbaycan İdman Akademiyasında Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüş olub  

16:36
22 Aprel

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:25
22 Aprel

Ankaradakı Heydər Əliyev adına orta məktəbdə Ulu Öndər və ortaq dəyərlərlə bağlı layihələr reallaşdırılacaq  

16:21
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!