10 Noyabr 2026 14:53
168
DÜNYA
A- A+
Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna, ABŞ və NATO nümayəndələri bu gün Əbu-Dabidə keçirilən görüşdə gələcək sülh müqaviləsinin Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqil qərar vermək hüququna hörmət etməsinin, eləcə də ölkə üçün etibarlı təhlükəsizlik zəmanətlərini təmin etməsinin vacibliyini vurğulayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının bugünkü görüşlə bağlı verdiyi açıqlamada bildirilib.

Bəyanatda Rusiya ilə üçtərəfli müzakirələrdən əvvəl Avropa tərəfdaşlarının, Ukrayna və ABŞ nümayəndələrinin müharibəyə son qoymaq, davamlı sülhə nail olmaq və effektiv təhlükəsizlik zəmanətlərini dəstəkləmək üçün səyləri sıx əlaqələndirmək məqsədilə görüşdükləri qeyd olunur.

Müzakirələrin Avropa tərəfdaşları, Ukrayna və ABŞ arasında ortaq məqsədləri, davam edən məsləhətləşmələri və Avro-Atlantik təhlükəsizliyinə sadiqliklərini əks etdirən əməkdaşlıq ruhunda keçirildiyi vurğulanıb.

Avropa Komissiyası qeyd edib ki, iştirakçılar gələcəkdə hər hansı bir razılaşmanın Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və qərar qəbuletmə müstəqilliyinə hörmət etməli və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri təmin etməli olduğunu vurğulayıblar. Əlavə edilib ki, ümumi məqsəd danışıqlar yolu ilə həllə nail olmaq üçün zəruri olan praktik və qarşılıqlı gücləndirici təhlükəsizlik çərçivəsini inkişaf etdirməkdir.

Avropa Komissiyası bildirib ki, müzakirə davamlı sülhə nail olmağa əsas diqqət yetirməklə yanaşı, Ukraynada müharibə bitdikdən sonra mövcud Avropa təhlükəsizlik institutları və razılaşmalarından istifadəyə də yönəlib.

İştirakçılar həmçinin müharibədən sonrakı dövrdə təhlükəsizlik məsələlərinin həllinin və münaqişə riskinin azaldılmasının vacibliyini qəbul ediblər.

Bəyanatda deyilir: "Onlar effektiv risklərin idarə edilməsi mexanizmlərinin yaradılması və təhlükəli eskalasiyaların qarşısının alınması yollarını müzakirə ediblər. İştirakçılar müharibədən sonrakı güclü Avropa təhlükəsizlik arxitekturası və əlaqəli razılaşmaların hazırlanmasına dair ortaq öhdəliklərini bir daha təsdiqləyiblər və güclü NATO-nun Avro-Atlantik məkanında kollektiv müdafiənin əsas elementi olaraq qalacağını açıq şəkildə bildiriblər".

Qeyd olunur ki, hərtərəfli və davamlı sülhə nail olmaq üçün Avropa tərəfdaşlarının iştirakı ilə daha geniş çoxtərəfli müzakirələr məqsədilə Avropa tərəfdaşları, Ukrayna və ABŞ danışıqlar prosesi boyunca sıx əməkdaşlıq etməyə davam edəcəklər.

Xatırladaq ki, bu gün Əbu-Dabidə üçtərəfli görüşdən əvvəl Avropa ölkələri NATO, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

21:21
10 Noyabr

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

19:21
10 Noyabr

10 noyabr bəyanatı Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi oldu

16:07
10 Noyabr

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb

15:58
10 Noyabr

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

14:53
10 Noyabr

Türkiyənin Vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

14:50
10 Noyabr

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

14:01
10 Noyabr

Azərbaycanın energetika naziri COP31-də elektrikləşmə üçün istehsal, şəbəkələr və enerji saxlancının paralel inkişafına çağırıb

13:41
10 Noyabr

Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib

13:19
10 Noyabr

Rusiya Əbu-Dabi danışıqlarında irəliləyiş əldə olunacağına ümid edir

13:15
10 Noyabr

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək

13:13
10 Noyabr

BDYPİ: Səfərdən qayıdan sürücülərə mühüm xəbərdarlıq!

12:31
10 Noyabr

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub  

12:30
10 Noyabr

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq  

12:29
10 Noyabr

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə  

12:09
10 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO

12:00
10 Noyabr

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

11:57
10 Noyabr

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib  

11:23
10 Noyabr

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO  

10:57
10 Noyabr

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb  

10:36
10 Noyabr

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir  

10:17
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!