04 Dekabr 2025 14:31
447
DÜNYA
A- A+
Avropa İttifaqının yeni qərarı Rusiyanın enerji gəlirlərinə təsir edir  

Avropa İttifaqının yeni qərarı Rusiyanın enerji gəlirlərinə təsir edir  


Avropa İttifaqı (Aİ) 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz və LNG idxalını tədricən dayandırmaq barədə razılığa gəliblər. Ölkənin neft və təbii qazdan əldə etdiyi gəlirlərdə isə 33,8 faiz azalma müşahidə edilib.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası, Aİ üzv dövlətləri ilə Avropa Parlamentinin (AP) nümayəndələri arasında Rusiyadan təbii qaz idxalına son qoymaq planı ilə bağlı danışıqlarda konsensusa gəlindiyini açıqlayıb.

Qəbul ediləcək yol xəritəsinə əsasən, Rusiyadan LNG idxalı 2026-cı ilin sonunadək mərhələli şəkildə və qanuni olaraq, boru xətti ilə qaz idxalı isə 2027-ci ilin payızınadək qadağan ediləcək. Bu təşəbbüsün Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsinə və ümumi enerji bazarına töhfə verəcəyi bildirilib.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib ki, Aİ-nin Rusiyadan LNG və boru xətti ilə qaz idxalı 45 faizdən 13 faizə, kömür idxalı 51 faizdən sıfıra, xam neft idxalı isə 26 faizdən 2 faizə enib. Fon der Lyayen yeni qərarın Avropanın Rusiyadan enerji sahəsində tam müstəqillik dövrünü başlatdığını vurğulayıb.

Razılaşma Avropa Şurası və Avropa Parlamenti tərəfindən rəsmi təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Aİ-nin Rusiyadan enerji asılılığını azaltması fonunda ölkənin enerji gəlirlərindəki dinamika da diqqət mərkəzindədir. Bu, xüsusilə Rusiyanın dövlət büdcəsinin əsas hissəsini təşkil edən neft və qaz gəlirlərində son aylarda müşahidə edilən azalmada özünü göstərir.

Rusiya Maliyyə Nazirliyi ölkənin neft və təbii qazdan əldə etdiyi gəlirlərin bu ilin noyabrında ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 faiz azalaraq 531 milyard rubl (təxminən 6,9 milyard dollar) olduğunu açıqlayıb.

Nazirlik bildirib ki, yanvar-noyabr aylarında neft və təbii qaz gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz azalaraq 8 trilyon 29 milyard rubla düşüb.

Bundan əlavə, noyabr ayında gəlirlərin əvvəlki aya nisbətən 40,2 faiz azaldığı da diqqətə çatdırılıb.

Analitiklər gəlirdə kəskin azalmaya əsas səbəb kimi enerji şirkətlərinin vergi öhdəliklərində artımı göstəriblər.

Qeyd edək ki, Qərb ölkələrinin Rusiyanın neft-qaz sektoruna tətbiq etdiyi sanksiyalar fonunda Rusiya enerji ixracatı üçün, xüsusilə Asiyada olmaqla, alternativ bazarlardakı payını artırmağa çalışır.

Cari tendensiyalar Rusiyanın enerji sektoru üzrə yeni mərhələnin formalaşdığını göstərir. Bunun Avropa və qlobal enerji bazarlarında necə əks olunacağı, eləcə də Rusiyanın qarşıdakı dövrdə enerji strategiyasını hansı istiqamətdə quracağı yaxın illərdə diqqət mərkəzində qalacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

18:27
12 Mart

XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdır

18:25
12 Mart

ÜST-nin Baş direktoru: Dünyada uşaqların 80 faizindən çoxu ölümcül xəstəliklərə qarşı peyvənd olunur  

18:11
12 Mart

Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir  

18:06
12 Mart

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndiriblər  

18:01
12 Mart

Sabiq Prezident: Dünya məqsədsiz prosesə ehtiyac görmür

17:58
12 Mart

YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təsdiqlənib

17:53
12 Mart

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlər daha da təkmilləşdiriləcək  

17:51
12 Mart

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların istifadəsinə verilib 

17:48
12 Mart

Sabiq Baş nazir: Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm  

17:43
12 Mart

Ələt Azad İqtisadi Zonası Çin istehsalçıları üçün cəlbedici mərkəzə çevrilir  

17:41
12 Mart

Binəli Yıldırım: Türkiyə-Azərbaycan həmrəyliyi bölgədə sülhün və sabitliyin ən güclü təminatlarından biridir  

17:37
12 Mart

Azərbaycan iqtisadiyyatı böyüyüb

17:31
12 Mart

Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyada dialoq və çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır

17:30
12 Mart

Azərbaycan ilə Serbiya ailə siyasəti və qadın hüquqları sahəsində əməkdaşlığı genişləndirə bilər

17:27
12 Mart

Hikmət Hacıyev: Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir  

17:23
12 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  

17:21
12 Mart

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır  

17:19
12 Mart

İran səfiri: Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm

17:16
12 Mart

İsmail Serageldin: Qlobal Bakı Forumu beynəlxalq sistemdə dialoq üçün mühüm platformadır

17:13
12 Mart

Prezidentin köməkçisi: Azərbaycan çoxtərəfliliyi dəstəkləyir

17:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!