30 May 2023 23:05
442
PARLAMENT
A- A+

Avropa İttifaqı Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

 

Mayın 30-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Səməd Seyidov Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib, tərəflər arasında davam edən uğurlu əməkdaşlıq əlaqələrindən söz açıb. Səməd Seyidov enerji sahəsində qurulan əməkdaşlıqdan bəhs edərək, Azərbaycan ilə Aİ arasında enerji sahəsində əməkdaşlıqla bağlı imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb. Regionda mövcud vəziyyət barədə danışan komitə sədri bildirib ki, Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmaq və sülh müqaviləsi imzalamaq üçün əməli addımlar atır.

Cənubi Qafqazda sülhün bərqərar olmasında beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqı və onun təsisatlarının rolundan danışan Səməd Seyidov bu istiqamətdə Azərbaycanın bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə yönələn səyləri barədə məlumat verib.

Görüşdə Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Tural Gəncəliyev parlament diplomatiyasının, Aİ münasibətlərin inkişafının önəmindən söz açıb.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, islahatlar sahəsində tərəfdaşlıqdan danışıb.

Sonra Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun (COEST) rəhbəri Ciara O'Brien ölkəmizin iqtisadi cəhətdən yüksək inkişaf etmiş bir ölkə olduğunu vurğulayıb. Aİ ilə Azərbaycan arasında əlaqələrin perspektivləri böyük olduğunu diqqətə çatdıran avropalı qonaq regionda sülhün və sabitliyin təmin olunacağına əminliyini ifadə edib.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Əziz Ələkbərov, Aİ üzv dövlətlərin Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərində region üzrə məsul diplomatları, həmçinin Aİ Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video