20 Dekabr 2025 08:25
420
SİYASƏT
A- A+
Avropa İttifaqı "dəyərlərin tənəzzülü" prosesində boğulur

Avropa İttifaqı "dəyərlərin tənəzzülü" prosesində boğulur


Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən dinləmə və qəbul edilən qətnamə ölkəmizə qarşı qərəzli münasibətin tərkib hissəsidir


İslamofob və türkofob mövqeyi ilə tanınan Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən dinləmə və qəbul edilən qətnamə ölkəmizə qarşı qərəzli münasibətin tərkib hissəsidir. Bu Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq birliyin də təqdir etdiyi sülh gündəliyinə müdaxilə etmək və Azərbaycanla Ermənistan arasında irəlilədilən sülh prosesinə zərbə vurmaq niyyətidir. Odur ki, Avropa Parlamentinin hansısa qətnaməsi Azərbaycan üçün hüquqi məcburi qüvvəyə malik deyil.

Məsələ ilə bağlı "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla regionda yeni siyasi reallıq yaradıb: "Bu siyasi reallıq beynəlxalq hüquqa əsaslanır və Cənubi Qafqazın sərhədlərini aşan regionlar üçün də yeni əməkdaşlıq imkanları təklif edir. Avropa İttifaqı kimi bir təsisatın münaqişə dönəmindəki narrativlərindən əl çəkməməsi, qərəzli davranışı qəbuledilməzdir. Avropa İttifaqı yeni siyasi reallıqlara uyğun əməkdaşlıqda yer almaq və malik olduğu resurslarla sülh gündəliyini dəstəkləmək əvəzinə, köhnə narrativləri yeni siyasi reallıqlara adaptasiya edir və həmin səhv narrativlər üzərindən Ermənistana səhv istiqamətdə dəstək verir".

Avropa İttifaqının Ermənistanla dekabr ayının əvvəlində imzaladığı "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənədə diqqət çəkən Rizvan Nəbiyev qeyd edib ki, Brüssel açıq formada bu ölkədə insan haqlarının pozulmasına göz yumur: "Əksinə, Ermənistan hökumətinə davamlı dəstək ifadə olunur. Hətta Azərbaycana qarşı Ermənistan tərəfindən və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı marionet rejim tərəfindən törədilən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərinə görə Bakıda məhkəməsi gedən şəxslərin Avropa İttifaqı tərəfindən dəstəkləndiyini görürük. Bu şəxslərin azad olunmasını öz prioriteti elan etməsi Avropa İttifaqının dəyərləri, insan hüquqlarını siyasi məqsədlər üçün alətinə çevirmək cəhdi deyilmi? Onlardan biri, Ukraynaya qarşı müharibəni maliyyələşdirən R.Vardanyanın indi "müharibə əsiri" kimi təqdim edilməsi və azad olunmasının tələbi insan hüquqlarına həqarət deyilmi? 

"Avropa Sülhü Fondu" adlandırılan mexanizm bu günlərdə militarist məqsədlər üçün yenidən işə salındı, onun vasitəsilə Ermənistanın hərbləşdirilməsi məqsədilə 20 milyon avro ayrılacağı bəyan edildi. Ermənistanın Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi səbəbindən tətbiq etdiyi sanksiyalardan yayınmasına göz yumulur. Məhz Ermənistan sanksiya altına düşən Avropa mallarının Rusiyaya daşınmasında vacib bir funksiyanı icra edir. Hansı ki, Avropa İttifaqı Azərbaycanın 5 gəmisinə sanksiya tətbiq edir. 

Rizvan Nəbiyev qeyd edib ki, təkcə Cənub Qafqazda deyil, Avropa İttifaqının Mərkəzi Asiya və Çinlə ticarət münasibətlərində də Azərbaycanın malik olduğu coğrafi-siyasi mövqe, eləcə də yaratdığı infrastruktur və resurslar həlledicidir: "Bütün bunları nəzərə almamaq və regionda köhnə narrativlərin modifikasiya olunmuş formaları ilə təzyiq göstərmək uğur gətirməyəcək. Biz Avropa İttifaqının Rusiya-Ukrayna münaqişəsinin həllində əsaslandığı, təmin edilməsində təkid etdiyi beynəlxalq hüququn prinsiplərinə Ermənistan-Azərbaycan normallaşma prosesində fərqli, qərəzli mövqe görürük. Bu ikili standartı necə başa düşmək olar? Avropa İttifaqının xarici siyasəti əsasən aparıcı üzv dövlətlərin paytaxtlarında formalaşdırılır. Yoxsa Paris və Brüssel Vaşinqtonun da qoşulduğu və dəstəklədiyi normallaşma prosesinə gizli, alternativ gündəm hazırlayır?

Əgər belə olmasaydı, Brüsselin regionun iqtisadi, ticari və nəqliyyat-logistika sahəsində inkişafının və Zəngəzur dəhlizinin (TRIPP) dəstəklənməsinə şahid ola bilərdik. Tam əksinə, Avropa İttifaqının Ermənistanla imzaladığı "Strateji gündəlik" regionun reallıqlarını təhrif edir, sülhə xidmət etməyən məsələlərə dəstək verilməsini prioritetləşdirir. ABŞ-nin cari ilin noyabr ayında qəbul etdiyi Milli Təhlükəsizlik Strategiyasında göstərildiyi kimi, Avropa İttifaqı "dəyərlərin tənəzzülü" prosesində boğulur. Bu təsisat ikili standartlardan əl çəkmir, Azərbaycana qarşı sistemli və qərəzli siyasət yürütməkdə davam edir. Bu isə təbii ki, Brüssel-Bakı münasibətlərinə zərbə vurur.

Rizvan Nəbiyevin sözlərinə görə, bütün bunlar Avropa İttifaqının regionda sülh, normallaşma və etimad quruculuğu prosesləri ilə bağlı, həm də dəyərlərə münasibətdə nə qədər qərəzli siyasət yürütdüyünü, ikili standartdlardan əl çəkmək istəmədiyini bir daha göstərir. "Deməli, Avropa İttifaqı daxilində müəyyən qüvvələr, o cümlədən psevdo-liberallar regionda yaranan sülh prosesinə xələl gətirmək niyyətləri ilə yenidən fəallaşıblar. Amma bu da uğursuz olacaq. Azərbaycan milli maraqlarını ön planda saxlayan, balanslaşdırılmış, beynəlxalq hüququn prinsiplərinə əsaslanan və sülhə xidmət edən siyasət yürüdür. Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi isə beynəlxalq müstəvidə, iki və çoxtərəfli formatlarda qəbul və təqdir olunur", - deyə deputat bildirib. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!