20 Sentyabr 2023 18:40
468
DÜNYA
A- A+
Avqust tarixdə ən isti ay olub

Avqust tarixdə ən isti ay olub

İqlim dəyişikliyi memarlıq abidələrini də məhv etməyə başlayıb

 

Bu ilin avqust ayı tarixdə ən isti ay olub. Bu barədə iqlim dəyişikliyi araşdırması xidməti olan "Copernicus" (Kopernik) tərəfindən toplanmış statistikada qeyd edilir.
Son hesablamalara görə, orta temperatur 1991-2020-ci illərin göstəricilərini 0,7°C keçib. İyundan avqusta qədər olan dövr tarixdə ən isti günlər olub. Avqust ayında Portuqaliyada, İtaliyada, Fransada, Şimali Afrikada, eləcə də ABŞ-nin mərkəzi və cənub hissələrində istilik dalğaları müşahidə edilib. 
Bu dalğalar okeanlara da təsir edib. Qeyd edilir ki, 1980-ci illərin əvvəllərindən suyun temperaturunda nəzərəçarpacaq artım var. 2023-cü ildə suyun temperatu daha yarım dərəcədən çox istiləşib. Bu, daha bir rekord  göstəricidir.
Antarktidada böyük ərazilərdə dəniz buzlarının konsentrasiyası orta səviyyədən aşağı düşüb. Bundan əlavə, avqust ayında dəniz buzunun rekord dərəcədə aşağı səviyyəsi qeydə alınıb. Bəzi ərazilərdə okeanın yalnız 15 faizi donub. Bu ilin may ayından etibarən Antarktikada dəniz buzları ən aşağı həddə çatıb. 
İqlim dəyişikliyi səbəbindən memarlıq abidələri dağılma təhlükəsi ilə üzləşib. Belə obyektlərdən biri Dünya İrsinə daxil olan Potsdamdakı San-Susi Sarayı və Bağlarıdır.  Hazırda bu obyekt böyük risk altındadır. Belə ki, istilik, quraqlıq və güclü yağış 300 illik mənzərənin vəziyyətinə mənfi təsir göstərir. 
Avropada buna bənzər bir çox tarixi bağlar və saraylar qorunub saxlanılır. Bəs onlar sürətlə dəyişən iqlimə tab gətirə biləcəklərmi?
Potsdamdakı obyekt XVIII əsrdə Böyük Frederikin yay meydançasıdır. Prussiya kralı onu San-Susi - "qayğısız məkan" adlandırmışdı. Hər il buraya bir milyona yaxın ziyarətçi gəlir. Bağ direktoru Maykl Röderin dediyinə görə, istiləşmənin təsiri təxminən on ildir ki, hiss olunurdu, lakin son altı ildə fəsadlar daha çox nəzərə çarpır. Yağıntı azdır. Torpaq istidən əziyyət çəkir, süxur suları quruyur, ağaclar məhv olur. Yeraltı su səviyyəsinin aşağı olması səbəbindən bitkilər göbələk və parazitlərə daha həssas olur. Hər il qurumuş ağacların sayı artır. San-Susinin bəzi sarayları hazırda digər əlverişsiz hava şəraitindən əziyyət çəkir. 
Bütün bu neqativ proseslər iqlim dəyişikliyindən qaynaqlanır.
Son onillikdə muzey mütəxəssisləri üçün Prussiya krallarının dövründə olduğu kimi, bu xəzinənin orijinal formada saxlanılması getdikcə çətinləşir. Təbii mənzərəni dəyişmək mümkün deyil. Ağaclar, yollar və su yolları dizaynerlərin nəzərdə tutduğu kimi qalmalıdır. Ümid edilir ki, uyğunlaşma strategiyaları həyata keçirilsə və parkda yaşayış şəraitinə uyğunlaşdırılmış bitkilər əkilsə, bu mümkün olacaq.
Lakin artıq aydındır ki, istiləşən planetdə bu mədəni irs obyektlərinin gələcək nəsillər  üçün qorunması böyük problemlər yaradır.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!