30 May 2023 22:49
841
Elm və texnika
A- A+
Astanada türk xalqlarının ortaq əlifbadan istifadə olunmasına keçid məsələsi müzakirə olunub

Astanada türk xalqlarının ortaq əlifbadan istifadə olunmasına keçid məsələsi müzakirə olunub

 

Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi, Türk Dili Araşdırma Cəmiyyəti və Atatürk adına Mədəniyyət, Dil və Tarix üzrə Ali Şurasının dəstəyi ilə Türk Akademiyası Astanada Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın birinci iclasını keçirib.

Bu barədə AZƏRTAC-a Akademiyadan bildirilib.

İclasda, həmçinin komissiya üzvləri, türk ölkələrinin dilçilik elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.

Türk dillərinin əlifbalarının uyğunlaşdırılması məsələsi qardaş ölkələr arasında vacib əməkdaşlıq istiqamətidir. 2021-ci ildə TDT dövlət başçılarının VIII sammitində qəbul olunmuş “Türk dünyasına baxış – 2040” strateji sənəddə qeyd olunub ki, qarşıya qoyulmuş vəzifələrdən biri TDT-yə üzv dövlətlər arasında daha effektiv əlaqənin təmin edilməsi üçün əlifbada və terminologiyada birliyə nail olmaqdır. Bundan əlavə, Türk Akademiyasının təsis edilməsi barədə Sazişdə bütün türk dilləri üçün bərabər dərəcədə yararlı olan ümumi əlifba prinsiplərinin işlənib hazırlanması Akademiyanın məqsədləri və vəzifələrinə daxildir.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev giriş nitqində qeyd edib ki, türk xalqlarının latın qrafikası əsasında olan ümumi əlifbanın istifadə olunmasına keçid məsələsi ilk dəfə olaraq 100 il bundan əvvəl Bakı şəhərində keçirilən birinci Türkoloji Konqresdə müzakirə olunub. 1991-ci ildə isə türk dövlətləri tərəfindən müstəqilliyin əldə edilməsi ilə çoxdankı təşəbbüs yenidən gündəmə gəlib. Şahin Mustafayevin sözlərinə görə, ortaq əlifba bütün türk dövlətlərində vahid sistemin məcburi şəkildə tətbiq edilməsi deyil, bu istiqamətdə ümumi prinsiplərin işlənib hazırlanması cəhdidir.

Öz növbəsində, Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Kanat Tumış xatırladıb ki, ortaq əlifba üzrə razılığın əldə edilməsi Türk Dövlətləri Təşkilatının üzvü olan dövləti başçılarının tapşırığıdır. O, həmçinin bildirib ki, türk xalqlarının dil yaxınlığının qorunub saxlanılması əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun sədri, Türk Dilçilik Cəmiyyətinin vitse-prezidenti Yüksel Özgen qeyd edib ki, əlifbanın vahid olması türk xalqlarını daha da yaxınlaşdıracaq.

Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert xatırladıb ki, qədim zamanlarda əcdadlarımız yüksək yazı mədəniyyətinə malik olub və bu gün müstəqil dövlətlərin bu ənənəni davam etdirmək şansı var.

Qazaxıstanın informasiya və ictimai razılıq nazirinin müşaviri Erbol Alşınbay iştirakçılara nazir Dərxan Kıdırəlinin təbrik məktubunu oxuyub və komissiyanın birinci iclasının işinə uğurlar arzu edib.

Elm və Ali Təhsil Nazirliyinin dil siyasəti Komitəsinin sədri Erbol Tleşov çıxışında Qazaxıstan tərəfinin latın əlifbasına keçid sahəsində gördüyü işlərə diqqət çəkib. O, həmçinin xatırladıb ki, ortaq əlifba qohum xalqlar arasında dil yaxınlığının qorunub saxlanılması üçün xüsusi əhəmiyyət kəsb edir.

Fasilədən sonra iclas tematik sessiyalarla davam etdirilib. Sessiyalarda ortaq əlifbanın işlənib hazırlanması üzrə yol xəritəsinə baxılıb. Komissiya üzvləri “Türk dünyasına baxış – 2040” strateji sənəddə nəzərdə tutulan məqsədə nail olmaq üçün atılacaq konkret addımlar məsələsində razılığa gəliblər. Komissiyanın əsas vəzifəsi lazımi hazırlıq işinin aparılması yolu ilə ümumi əlifbaya tədricən və problemsiz keçidə və bununla da türk xalqlarının inkişafına və qarşılıqlı fəaliyyətlərinə kömək göstərilməsidir.

İştirakçılar növbəti iclasın 2024-cü ildə Bakıda keçirilməsi barədə razılığa gəliblər. Komissiyada sədrlik Azərbaycan tərəfinə keçib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!