Asəf Hacıyev QDİƏT Parlament Məclisinin Baş katibi vəzifəsinə yenidən seçilib
Noyabrın 16-17-də Ukraynanın Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 62-ci plenar iclası keçirilib.
Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirə Milli Məclisin deputatları - qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, QDİƏT PM sədrinin müavini Eldar Quliyev, nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Musa Quliyev, Ramin Məmmədov, Jalə Əhmədova və Elşad Mirbəşiroğlu onlayn formatda qoşulublar.
Toplantıda Qara Dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin rolu, fövqəladə hallar zamanı əməkdaşlıq, uşaq hüquqlarının qorunması və digər məsələlər müzakirə olunub. Həmçinin iclasda bir sıra təşkilati məsələlərə baxılıb, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev qurumun Baş katibi vəzifəsinə yenidən seçilib.
Yekunda qurumun növbəti sessiyasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ramil Həsən: Qərbi Azərbaycan İcması möhkəmliyin və sarsılmaz ruhun göstəricisidir
05 Dekabr
COMCEC-in iclasında təşkilata üzv ölkələrlə əməkdaşlıq perspektivləri müzakirə olunub
05 Dekabr
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
05 Dekabr
Nazir: Beynəlxalq enerji şirkətləri ilə 19 QVt həcmində güclərin yaradılmasını planlaşdırırıq...
05 Dekabr
Bakı metrosundan gündəlik istifadə edənlərin sayı 593 mini ötüb
05 Dekabr
Nazim Mustafa: Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb...
05 Dekabr
Azərbaycanda halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub...
05 Dekabr
Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib
05 Dekabr
Bu il havaya atılan karbon qazı rekord səviyyəyə çatacaq
05 Dekabr
İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə kömək məqsədilə ispaniyalı memarlarla danışıqlar apa...
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!