22 May 2023 15:27
966
CƏMİYYƏT
A- A+
Arzu Heydərovanın “Göyəçöl ziyalıları” kitabının təqdimatı keçirilib

Arzu Heydərovanın “Göyəçöl ziyalıları” kitabının təqdimatı keçirilib


Tanınmış şair-publisist, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Qızıl Qələm” Ali Media Mükafatı laureatı Arzu Heydərovanın təqdimatında “Göyəçöl ziyalıları” kitabı işıq üzü görüb. Bakıda baş tutan kitabın təqdimat mərasimində Göyəçöl kəndinin paytaxtda, respublikanın hüdudlarından kənarda, kənddə yaşayan sakinləri, habelə ölkəmizin tanınmış ictimai-siyasi, ədəbiyyat və incəsənət xadimləri, mətbuat nümayəndələri iştirak edib.
Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin, ulu öndər Heydər Əliyevin, kitabın ideya müəllifi mərhum Nizam Məmmədovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Milli Məclisin Masallı rayonundan olan deputatları Məşhur Məmmədovun, Anar İsgəndərovun və Musa Qasımlının təqdimat iştirakçılarına müraciəti oxunub. Millət vəkilləri rəsmi dövlət tədbirləri ilə əlaqədar olaraq obyektiv səbəbdən mərasimdə iştirak etmək imkanında olmadıqlarını bildiriblər. Deputatların müraciətində bu cür kitabların vacib və tərbiyəvi əhəmiyyətindən bəhs olunub. 
Təqdimat mərasimində giriş nitqi söyləyən müəllif Arzu Heydərova bildirib ki, “Göyəçöl ziyalıları” kitabı bu kəndin sakini, uzun müddət rayonda yüksək vəzifələrdə çalışmış Nizam Məmmədovun təşəbbüsü ilə ərsəyə gəlib: “Çox təəssüf ki, kitabın təqdimatına bir ay qalmış Nizam müəllim qəflətən vəfat etdi. Onun ən böyük arzusu bu kitabın təqdimat mərasimində iştirak etmək idi. Çox təəssüf ki, nəsib olmadı” – Heydərova vurğulayıb.
Əlavə edib  ki, kitab 520 səhifədən ibarət 500 nüxsə ilə nəfis tərtibatda dərc olunub. O qeyd edib ki, kitabda Göyəçöl kəndinin tarixi, mədəniyyəti, tanınmış ziyalıları ilə bağlı məqamlar yer alıb. Müəllifin sözlərinə görə, kitab Nizam Məmmədovun təşəbbüsü, istefada olan polkovnik Ağasəf Bayramovun, xeyriyyəçi iş adamları Təzəzan Bayramovun və Xudayar Rəhimovun dəstəyi nəticəsində ərsəyə gəlib. Arzu Heydərova kitabın növbəti təqdimatının N.Həsənov adına Masallı rayonu Göyəçöl kənd orta məktəbində baş tutacağını söyləyib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, Daxili İşlər Nazirliyi İctimai Şurasının sədri, keçmiş deputat Əliməmməd Nuriyev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri, xeyriyyəçi iş adamı Arzu Bağırova, Azərbaycan Qiymətləndiriciilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Türk Dünyası Yazarlar Birliyinin baş katibi, professor Rəsmiyyə Sabir, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, AZTV-nin əməkdaşı, əməkdar jurnalist Mətanət Əzimova, tanınmış jurnalistlər – Cəsarət Hüseynzadə, Fərid Şahbazlı, Əfsəllədin Ağalarov, AYB-nin üzvü, Niderland-Azərbaycan diaspor cəmiyyətinin fəal nümayəndələrindən biri, şair-publisist Yasəmən Qara, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, AYB-nin üzvləri - Əhməd Haqsevər, Valeh Heydər və Nazim Əhmədli kitabla bağlı təəsüratlarını bölüşüb, Arzu Heydərovaya yaradıcılığında uğurlar arzulayıblar.
Kitabın müəllifi mərhum Nizam Məmmədovun qızı, kənd sakinləri  - “Yüksəliş” müsabiqəsinin qalibi Ülkər Mustafalı, qocaman pedaqoq Vaqif Şükürov, ehtiyatda olan polkovnik Ağasəf Bayramov, iş adamı Təzəxan Əmənov, Qulu Əbülfəzov, Xudayar Həsənov, Ramiz Əsgərov, Kərim Nuriyev, Faiq İsazadə, Əyyar İsayev və digər natiqlər kitabı ərsəyə gətirdiyinə görə, müəllif Arzu Heydərovaya təşəkkürünü bildiriblər. 
Qeyd edək ki, bu müəllifin sayca dördüncü kitabıdır. “Bumeranqın qayıdışı” adlı povest və şeirlər, “Dünyanın yaxşıları” adlı hekayələr, şəhidlərə həsr olunmuş “Müqəddəs zirvənin fatehləri” kitablarının, “Xəyallarda görüşək” və  “Ədəbiyyat yolçuları” adlı antologiyaların ideya müəllifi, tərtibçisi və həmmüəllifidir.

"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!