30 Mart 2023 01:17
633
SİYASƏT
A- A+
Artıq İsraildə də səfirliyimiz var 

Artıq İsraildə də səfirliyimiz var 

 

Dünən İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. İsraildə ölkəmizin ilk diplomatik nümayəndəliyinin açılışı tarixi hadisədir. Bu həmçinin iki ölkə arasında etibarlı dostluğun və strateji tərəfdaşlığın nəticəsi kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Deputatlar bildirdilər ki, Azərbaycanla İsrail arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətləri bundan sonra daha da möhkəmlənəcək. 

 

Diplomatik münasibətlərdə yeni səhifə açılır

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Azərbaycan-İsrail dostluğu uğurlu xarici siyasətimizin, eləcə də multikultural dəyərlərimizin və tolerantlığımızın göstəricisidir: "İsrail dünyanın inkişaf etmiş və nüfuzlu ölkələrindən biridir. 
Azərbaycan müstəqillik qazandıqdan sonra bu ölkə ilə sıx əməkdaşlıqda olub. İsraildə səfirliyimizin olmamasına baxmayaraq, ikitərəfli və çoxtərəfli əlaqələr, faydalı dostluq və tərəfdaşlıq münasibətləri inkişaf edib. İsrail və Azərbaycan xalqları arasında əlaqələrin qədim tarixi kökləri var. Xalqlarımız arasında mehriban dostluq münasibəti formalaşıb. Hələ bu günə qədər iki xalq və ya dövlət arasında hansısa formada problem yaşanmayıb. Ümumiyyətlə, təkcə yəhudilər deyil, ölkəmizdəki bütün xalqlar, etnik qruplar azərbaycanlılarla uyğunlaşıb bir ailə kimi yaşamağı bacarıblar".
Deputat onu da vurğulayıb ki, yəhudilərin yaşadıqları ölkələrdə onların sinaqoqlarına qarşı zaman-zaman ciddi zorakılıq halları müşahidə edilib: "Dünyanın heç bir ölkəsində sinaqoqları təhlükəsiz hesab etmək olmaz. Amma Azərbaycanla İsrail arasında dövlətlərarası və xalqlararası münasibətlər o dərəcədə inkişaf edib ki, ölkəmizdəki sinaqoqlarda hansısa təhlükədən söhbət gedə bilməz. Ölkəmizdə məscidlər necə göz bəbəyi kimi qorunursa, digər dini ibadət yerlərinə də eyni diqqət və qayğı göstərilir".
M.İbrahimqızının sözlərinə görə, İsrail 44 günlük Vətən müharibəsində Azərbaycana səmimi dostluq münasibətini nümayiş etdirdi. İkinci Qarabağ savaşında İsrailin ölkəmizə dəstəyi onun etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi. Xalqımız İsrailin çətin günlərimizdə, taleyüklü məsələmizin həllində göstərdiyi dəstəyi heç zaman unutmayacaq. 
"İsraildə Azərbaycan səfirliyinin açılması uzun müddət idi ki, gündəmdəydi. İctimaiyyət tərəfindən də tələb var idi. Səfirliyimizin fəaliyyətinin xeyirli-uğurlu olacağına ümidlər böyükdür. Lakin unutmaq olmaz ki, İsraildə də erməni lobbisi güclü fəaliyyət göstərir, onlar daim Azərbaycanla İsrail arasındakı münasibətləri pozmağa çalışırlar. Hesab edirəm ki, bizim münasibətlərimizə kölgə sala biləcək bütün addımların qarşısı alınacaqdır. Azərbaycanla İsrailin yaxınlaşmasını istəməyən müəyyən qüvvələrin mövcudluğu hər kəsə məlumdur. Bütün bunlara baxmayaraq, möhtərəm Prezident İlham Əliyev qəti siyasi iradə ortaya qoydu və səfirliyimizin açılması ilə bağlı qərar qəbul etdi. Bu, Azərbaycan-İsrail diplomatik münasibətlərində yeni səhifənin açılması deməkdir", - deyə deputat qeyd edib.

 

İsraildə səfirliyimizin açılması zamanın tələbi idi

 

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, İsrail Azərbaycanın müstəqilliyini rəsmi şəkildə tanıyan ilk dövlətlərdən biridir: "Azərbaycanla İsrail arasında diplomatik əlaqələr 1992-ci ilin aprelində qurulub. İki ölkənin uzun illərə dayanan möhkəm dostluq münasibətləri bir sıra amillərlə sıx bağlıdır. Nəzərə almaq lazımdır ki, Bakıda, əsasən də Qubada təxminən 30 minə yaxın yəhudi yaşayır. 1993-cü ildən etibarən İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Fikrimcə, həmin səfirliyin fəaliyyətini uğurlu dəyərləndirmək lazımdır. İsrail səfirliyi ölkəmiz üçün mühüm strateji əhəmiyyətə malik olan dost səfirliklərdən biridir. Yeri gəlmişkən, iki ölkə arasındakı yaxınlığın əsas təzahürlərindən biri də Azərbaycanla İsrailin strateji tərəfdaşlığıdır. Ölkələrimiz arasında həm iqtisadi, həm də təhlükəsizlik əlaqələri güclüdür. Biz mədəni və mənəvi cəhətdən daim bir-birimizə dəstək göstəririk. Bütün bunlar İsraildə səfirliyimizin açılmasını zəruri edən mühüm amillərdir".
Deputat qeyd edib ki, Təl-Əvivdə səfirliyimizin açılması iki ölkə arasındakı etibarlı dostluq münasibətlərini daha da inkişaf etdirəcək və tərəfdaşlığımızı gücləndirəcək: "Belə fikirlər dolaşırdı ki, əgər Azərbaycan İsraildə səfirlik açarsa, İran və ya bir sıra ərəb dövlətləri bu məsələyə mənfi münasibət sərgiləyəcəklər. Amma məlumdur ki, bir neçə ərəb ölkəsinin, məsələn Misir, İordaniyanın İsraildə səfirliyi var. İrana gəlincə isə, o, Ermənistanın yaxın tərəfdaşıdır və ölkəmizə qarşı müxtəlif təxribatlar həyata keçirir. Həmçinin nəzərə almaq lazımdır ki, elə Ermənistanın da İsraildə səfirliyi fəaliyyət göstərir. Hər dövlətin müstəqil xarici siyasəti var, hətta dostluq-qardaşlıq məhfumundan əvvəl müəyyən maraqları da bəllidir. Bu baxımdan Azərbaycanın İsraildə səfirliyinin açılması zəruri idi". 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!