09 Noyabr 2025 08:10
522
SİYASƏT
A- A+
Artıq 5 ildir Azərbaycan bayrağı bütün suveren ərazimizdə dalğalanır

Artıq 5 ildir Azərbaycan bayrağı bütün suveren ərazimizdə dalğalanır


Beş il öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli sərkərdəliyi ilə rəşadətli ordumuzun şücaəti nəticəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu və ərazi bütövlüyümüz bərpa edildi. 2023-cü ilin sentyabrında isə ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri dövlət suverenliyimizin tam təmin edilməsi ilə nəticələndi. 

Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, ölkəmizin qüdrətinin təntənəsi olan bu Zəfər hər bir vətəndaşımızın fədakar əməyinin, dövlətinə və Vətəninə olan sarsılmaz sevgisinin parlaq təzahürüdür. 

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, işğalçılıq siyasəti, hərbi təcavüzü bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, minlərlə insanın həyatını itirməsi, mədəni və tarixi irsimizə, iqtisadiyyatımıza böyük zərbə vurulması, şəhər və kəndlərimizin viran edilməsi ilə nəticələndi. 1990-cı illərin əvvəllərində ölkəmizdə hakimiyyətdə olanların səriştəsizliyi, hökm sürən özbaşınalıqlar, ağır iqtisadi, siyasi böhran fonunda Ermənistanın işğalçılıq siyasəti xalqımız üçün daha ağır nəticələrə səbəb ola bilərdi.

1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik nümayiş etdirərək dahi şəxsiyyət Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etməklə öz qurtuluşunu təmin etdi. Ulu Öndər ölkəmizi bütün sahələrdə inkişaf və tərəqqi yoluna çıxardı. Eyni zamanda ordu quruculuğu istiqamətində geniş islahatlar reallaşdırıldı, qısa müddət ərzində nizami hərbi birləşmələrin formalaşdırılması istiqamətində əsaslı addımlar atıldı. 

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Azərbaycanın  gələcəyinin təminatçısı olduğunu vurğulayan Prezident İlham Əliyev bu yola sadiq qalaraq, xalqımızı böyük zəfərlərə doğru inamla apardı. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzunmüddətli inkişaf strategiyası əsasında ardıcıl islahatların həyata keçirilməsi, müasir və çevik iqtisadi idarəetmə modellərinin tətbiqi nəticəsində ölkəmizdə iqtisadi dayanıqlılıq və inklüziv inkişaf uğurla təmin edildi. "Əsrin müqaviləsi"nin  imzalanması ilə əsası qoyulan milli enerji strategiyamıza uyğun olaraq Avropa qitəsinin enerji xəritəsini yenidən formalaşdıran nəhəng enerji layihələri uğurla icra edildi. Azərbaycan dünyada güclü dövlət, etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirdi.

Çoxşaxəli və praqmatik xarici siyasət yürüdərək beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirən Azərbaycan bir sıra nüfuzlu təsisatlar tərəfindən ərazi bütövlüyümüzü tanıyan qərarların qəbul edilməsinə nail oldu.

Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, məsələnin sülh yolu ilə nizamlanması üçün səylər göstərən ölkəmiz bu illər ərzində torpaqlarını öz gücü ilə azad etməyə qadir olan qüdrətli ordu formalaşdırdı. Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə peşəkar hərbçilərin hazırlanması, ordumuzun arsenalında olan hərbi texnikanın müasir standartlara uyğunlaşdırılması, müxtəlif ölkələrdən silah tədarükü, dünya təcrübəsinin öyrənilməsi istiqamətlərində addımlar atıldı.

Vurğulanmalı olan digər önəmli məqam gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi idi ki, dövlətimiz tərəfindən bu sahədə də mühüm işlər həyata keçirildi. Bununla xalqımızın milli həmrəyliyi təmin olundu. Prezident-xalq-ordu birliyindən qaynaqlanan güc döyüş meydanında tarixi Zəfərimizi şərtləndirdi.

44 gün ərzində yalnız irəli addımlayan ordumuz torpaqlarını qarış-qarış düşməndən azad etdi. Prezident İlham Əliyev informasiya cəbhəsində aparılan mübarizəyə birbaşa rəhbərlik etdi. Dünyanın aparıcı KİV-inə müsahibələr verən Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, əsaslandırılmış fikirləri bu istiqamətdə də mütləq qələbəmizi şərtləndirdi.

Ermənistan noyabrın 9-dan 10-na keçən gecə Azərbaycanın şərtləri əsasında təslim aktına imza atmağa məcbur oldu. Noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Təbii ki, "Dəmir yumruq" əməliyyatının gücü nəticəsində Ağdam, Laçın və Kəlbəcərin bir güllə belə, atmadan azad olunması böyük uğur idi. Çünki Ağdamda düşmənin qurduğu istehkamlar, Kəlbəcər və Laçının relyefi hərbi əməliyyatlar zamanı burada itkilərimizin çox olmasına səbəb ola bilərdi. 

Beləliklə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasəti nəticəsində ordumuz şərəfli missiyanı uğurla icra etdi, Zəfər Günü Azərbaycan təqviminə qızıl hərflərlə yazdı. 

Bu gün rəşadətli Azərbaycan Ordusu suveren ərazilərimizdə böyük şərəflə xidmət edir, torpaqlarımızın etibarlı müdafiəsini uğurla həyata keçirir. Azad şəhər və kəndlərimizdə dünyanın ən nəhəng quruculuq proseslərindən biri həyata keçirilir. Artıq 50 mindən çox insan Qarabağda və Şərqi Zəngəzurda yaşayır və çalışır. Azərbaycan bayrağı bütün suveren ərazilərimizdə qürurla dalğalanır.


Şahin İSMAYILOV,

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da dəyişiklik edilməsi haqqında

02:05
02 Aprel

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:04
02 Aprel

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:04
02 Aprel

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 

02:03
02 Aprel

“Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə

02:02
02 Aprel

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 avqust tarixli 462 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:00
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:59
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:57
02 Aprel

Azercell abunəçilərinin nəzərinə

01:56
02 Aprel

Rostov vilayətində 24 saat ərzində ikinci dəfə dron həyəcanı elan edilib  

23:38
01 Aprel

Ötən il dünyada bərpaolunan enerji mənbələrinin ümumi gücü 15 faizdən çox artıb 

23:29
01 Aprel

Media: ABŞ-nin itirdiyi MQ-9 tipli PUA-ların sayı 16-ya çatıb

22:35
01 Aprel

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

21:40
01 Aprel

Nikol Paşinyan Qarabağ məsələsini bağlamağa çağırıb  

20:33
01 Aprel

Küveyt səmasında gərginlik: 3 raket və 17 PUA zərərsizləşdirilib  

20:19
01 Aprel

İndoneziya BMT-ni Livanda sülhməramlıların ölümü ilə bağlı təcili araşdırmaya çağırıb  

19:53
01 Aprel

Kreml Kiyevə tələb irəli sürüb

19:47
01 Aprel

Bahar Muradova: “Yüksəliş” müsabiqəsi istedadlı və bacarıqlı kadrların inkişafında mühüm rol oynayır  

19:43
01 Aprel

Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir  

19:38
01 Aprel

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda

19:27
01 Aprel

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət edəcək

19:23
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!