19 Dekabr 2025 11:42
272
CƏMİYYƏT
A- A+
Aqrar Sığorta Fondu təsərrüfatlara vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edib  

Aqrar Sığorta Fondu təsərrüfatlara vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edib  

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi ilə təsərrüfatların sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu son günlər vəhşi heyvanların təsərrüfatlara hücumlarının artması ilə bağlı fermerlərə çağırış edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, son həftələr Azərbaycanın müxtəlif bölgələrində kəndlərə və şəxsi təsərrüfatlara vəhşi heyvanların hücumlarının sayı artmaqdadır. Belə hallar əsasən Cəlilabad, Ucar, Quba, Şəki-Zaqatala bölgəsi və digər ərazilərdə müşahidə edilir.

Əksər hallarda canavar və ayıların hücumu nəticəsində kənd təsərrüfatı heyvanları yaralanır və tələf olur, təsərrüfatlar itki ilə üzləşir, fermerlərə maddi zərər dəyir. Adətən mövsümi faktorlarla – havaların soyuq keçməsi və vəhşi heyvanların yem axtarışı səbəbindən baş verən bu hadisələr hər il təkrarlanır.

Belə hallarda təsərrüfatlara dəyən zərərləri qarşılamaq üçün ən uyğun vasitə kənd təsərrüfatı heyvanlarının vaxtında sığorta edilməsidir. Ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi heyvandarlıq təsərrüfatlarını - yəni kənd təsərrüfatı heyvanlarını - sığortalamağa imkan verir.

Aqrar sığorta vasitəsilə iribuynuzlu mal-qara, yəni südlük və ətlik inək və camışlar, eləcə də xırdabuynuzlu heyvanlar – qoyun və keçilər – sığortalana bilər. Aqrar sığorta kənd təsərrüfatı heyvanlarını çoxsaylı risklərdən qoruyur. Buraya təbiət hadisələri, yoluxucu xəstəliklər, ot, yem və kimyəvi maddələrdən zəhərlənmə, yanğın, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, avtomobillə vurulma, oğurluq, quldurluq və digər hadisələr daxildir.

Aqrar sığorta qaydalarına əsasən, kənd təsərrüfatının digər sahələrində olduğu kimi, heyvanların sığortalanması zamanı da 50 faizlik dövlət dəstəyi tətbiq edilir. Yəni sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə heyvanlarını sığortalaya bilirlər.

Belə ki, iri buynuzlu mal-qaranın sığortalanması üçün sığorta tarifləri 4,89 faiz - 7,8 faiz, xırdabuynuzlu heyvanlarda isə 4,6 faiz - 7,37 faiz təşkil edir. Dövlət dəstəyini nəzərə aldıqda 1000 manatlıq mal-qaranın sığortası fermerə cəmi 24 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7 manata başa gəlir.

Aqrar sığorta təsərrüfatı vəhşi heyvan hücumu riskindən qoruduğuna görə, ayı, canavar və digər heyvanların hücumu nəticəsində sığortalı heyvanlar tələf olarsa, Aqrar Sığorta Fondu heyvan sahibinə sığorta ödənişi edir.

Hadisə baş verdikdə 10 faiz azadolma tətbiq edilir və fermerə aqrar sığorta ödənişi verilir. Nəticədə 300 manatlıq qoyun və ya 1000 manatlıq mal-qaranın tələf olması zamanı heyvan sahibinə müvafiq olaraq 270 manat və 900 manat ödənilir.

Son dövrdə heyvandarlıq sığortası üzrə ödənişlər artmaqdadır. Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə bağlı fermerlərə indiyədək ümumilikdə 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib. Heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat, 2025-ci ilin ilk 10 ayında isə 327 min manat sığorta ödənişi edilib.

Qış mövsümündə heyvandarlıq təsərrüfatlarında tez-tez rast gəlinən digər risk yanğın hadisələridir. Bu dövrdə heyvanların soyuqdan qorunması üçün istifadə edilən qızdırıcı cihazlar bəzi hallarda alışmaya və yanğına səbəb olur. Nəticədə heyvanların yanğın və boğulma səbəbindən tələf olması halları baş verir.


Aqrar Sığorta Fondu fermerlərin bütün bu risklərdən zərər çəkməməsi üçün onları aqrar sığortadan faydalanmağa və təsərrüfatlarını sığortalamağa çağırır.

Qanunvericiliyə əsasən, yalnız rəsmi bəyan edilmiş və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan heyvanlar sığortalana bilər. Fermerlər heyvandarlıq təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun yerli filiallarına və ya 1651 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Fond bir daha fermerlərə xatırladır ki, heyvanların saxlanma xərcləri ilə müqayisədə aqrar sığorta xərci dəfələrlə azdır və fermerlər bu fürsətdən istifadə edərək təsərrüfatlarını əlverişli şərtlərlə sığortalaya bilərlər.

Sığorta üçün müraciət olunmuş təsərrüfata əvvəlcə müstəqil aqrar sığorta eksperti baxış keçirir. Təsərrüfat və heyvanlar tələb olunan şərtlərə uyğun olduqda onlar aqrar sığorta təminatına qəbul edilir.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki “Heyvandarlıq məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə “Heyvandarlıq kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!