25 Fevral 2026 08:25
174
SİYASƏT
A- A+
Antimilli qüvvələr xalq-iqtidar birliyinə ziyan vura bilməz

Antimilli qüvvələr xalq-iqtidar birliyinə ziyan vura bilməz


Prezident İlham Əliyevin "Sülh Şurası" toplantısına dəvət olunması ilə əlaqədar ABŞ-yə səfəri müddətində yerləşdiyi hotelin ətrafında bu ölkədə yaşayan, özlərini "siyasi mühacir" adlandıran vətən xainləri təxribat törətməyə cəhd etdilər. Sözsüz ki, bu, əvvəlcədən planlaşdırılmış, müəyyən qüvvələr tərəfindən hazırlanmış ssenarinin bir hissəsi idi. 

Bakı Dövlət Universitetinin kafedra müdiri professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti tək regionda deyil, beynəlxalq aləmdə baş verən siyasi proseslərə təsir göstərə biləcək söz sahibinə malik bir ölkəyə çevrilib: "Azərbaycanın dünyanın ən güclü dövləti olan ABŞ ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya  imzalaması, Münxen Təhlükəsizlik Konfransında Avropanın aparıcı dövlətlərinin Azərbaycanın dünyanın siyasi, iqtisadi proseslərdə olduqca önəmli bir dövlət olduğunu vurğulamaları ölkəmizin diplomatik sahədə olduqca böyük uğur qazanmasının nümunəsidir". 

Ekspert qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca düşmən qüvvələr də ölkəmizə qarşı təxribatları aktivləşdirməyə çalışır. Bəzi Qərb dairələri ilə yanaşı, ölkəmizin daxilində də dövlətimizə və dövlət başçımıza qarşı təxribatçı hərəkətlər hazırlayan mərkəzlərin olması şübhə doğurmur. ABŞ-də Erməni Milli Komitəsi ilə sıx əlaqədə olan konqresmen Frenk Pelloni, Avropa Parlamentində Avropadakı erməni lobbisinin əlində oyuncağa çevrilən korrupsioner deputatlar, eləcə də ölkəmizin daxilində Ramiz Mehdiyevin əlaltıları olan Əli Kərimli və digərlərinin hərəkətləri dövlətimizə qarşı yönəlmiş iyrənc planların tərkib hissəsidir. "Əlbəttə ki, xaricdə yaşayan, pula görə dövlətini, xalqını satan bir qrup antimilli ünsürlər də bu oyunda iştirak edən xırda tör-töküntülərdir. Düşmən qüvvələr heç zaman xalq-iqtidar birliyinə zərrə qədər də ziyan vura bilməz. Azərbaycan xalqı müdrik xalqdır və bu xalqın milli maraqları hər şeydən uca tutan güclü, cəsarətli, dünyanın bir çox dövlət və hökumət başçısının böyük Lider adlandırdıqları İlham Əliyev kimi Prezidenti və Ali Baş Komandanı var", - deyə K.Əliyeva əlavə edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərenerji"də rəqəmsal idarəetmə məsələləri müzakirə edilib

08:55
25 Fevral

Mansurovlar tarının sehri

08:50
25 Fevral

Rənglərin dili ilə danışan sənətkar

08:45
25 Fevral

Azərbaycan iqtisadiyyatı 2026: yeni iqtisadi yol xəritəsi

08:43
25 Fevral

Qərbi Azərbaycan şəhərləri və yaşayan xatirələr

08:40
25 Fevral

Rəqəmsallaşma zamanın tələbidir

08:35
25 Fevral

Azərbaycan elminin strateji transformasiyası və yeni inkişaf paradiqması

08:30
25 Fevral

Antimilli qüvvələr xalq-iqtidar birliyinə ziyan vura bilməz

08:25
25 Fevral

Vaşinqtonda törədilən təxribat

08:20
25 Fevral

Brüssel Bakı ilə strateji tərəfdaşlıqda maraqlıdır

08:15
25 Fevral

Mədəniyyətimizin böyük hamisi

08:10
25 Fevral

İKİƏSRLİK CİNAYƏTLƏRİN ƏDALƏTLİ YEKUN CƏZASI

08:05
25 Fevral

Dünyada analoqu olmayan regional əməkdaşlıq

08:00
25 Fevral

Naxçıvan Muxtar Respublikasında subartezian quyularının qazılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı  

02:18
25 Fevral

Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

01:44
25 Fevral

Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:43
25 Fevral

Bahar Muradova “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib  

23:46
24 Fevral

Şuşada Su çərşənbəsi qeyd edilib

23:45
24 Fevral

Ceyhun Bayramov: İslam dünyasında birlik və həmrəylik çağırışlara qarşı ən güclü cavabdır  

22:23
24 Fevral

Ağdam şəhərində ilk bayram tonqalı qalanıb

21:46
24 Fevral

G7 ölkələrinin liderləri Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə əlaqədar bəyanat yayıblar  

21:19
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!