05 May 2022 01:09
3881
Qanunlar
A- A+

"Antiinhisar fəaliyyəti haqqında", "Yeyinti məhsulları haqqında" və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 20-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

1. "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 17; 2001, № 6, maddə 360, № 11, maddələr 676, 683, № 12, maddə 736; 2003, № 1, maddə 5; 2004, № 2, maddə 57, № 4, maddə 202; 2006, № 12, maddə 1005; 2008, № 2, maddə 49, № 5, maddə 348, № 6, maddə 462; 2010, № 11, maddə 939; 2015, № 4, maddə 369; 2016, № 4, maddə 637; 2019, № 1, maddə 25; 2021, № 7, maddə 701) 4-cü maddəsinin birinci hissəsinin ikinci abzasında "material" sözü "dövlət və səfərbərlik" sözləri ilə əvəz edilsin.

2. "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257; 2013, № 11, maddə 1290; 2014, № 11, maddə 1365; 2015, № 11, maddə 1252; 2017, № 5, maddələr 718, 747; 2018, № 4, maddə 642, № 12 (I kitab), maddə 2492; 2019, № 6, maddələr 993, 995, № 8, maddə 1383; 2020, № 5, maddə 521, № 7, maddə 838) 19-cu maddəsinin ikinci hissəsinin birinci abzasında "material" sözü "və səfərbərlik" sözləri ilə əvəz edilsin.

3. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 882; 2006, № 2, maddə 65, № 11, maddə 925; 2008, № 8, maddə 699; 2013, № 6, maddə 596; 2014, № 7, maddə 762; 2015, № 5, maddə 492; 2018, № 7 (I kitab), maddə 1401, № 11, maddə 2222) 5.2.1-ci maddəsində "material" sözü "və səfərbərlik" sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 aprel 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video