05 May 2025 18:52
526
SİYASƏT
A- A+
Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçirilib  

Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçirilib  


Mayın 5-də Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyi münasibətilə “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü ilə “Şuşa” Konqres Mərkəzində baş tutan tədbirdə Türkiyə Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin məsul şəxsləri ilə yanaşı, Türkiyə Böyük Millət Məslisinin deputatları, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının Ankaradakı səfirləri, sabiq diplomatlar, SOCAR və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

TADİV rəhbəri professor Aygün Attar rəhbərlik etdiyi fondun Azərbaycan xalqının ümummilli liderinin uzaq görən təşəbbüsü ilə yaradıldığını xatırladıb. Heydər Əliyevi “Türk dünyasının ortaq dəyəri” adlandıran A.Attar bu dahi şəxsiyyətin, sadəcə, Azərbaycana deyil, bütün türk xalqlarına xidmət etdiyini vurğulayıb: “Ümummilli Lider hələ Sovet İttifaqı dövründə türk xalqlarının tanınmış şəxsiyyətləri, mədəniyyət xadimləri ilə yaxın münasibətlər quraraq milyonların hörmətini qazanmışdı. Türk xalqlarının dəyərlərini və mirasını qorumağa çalışan Heydər Əliyev dedikdə, həm də Çingiz Aytmatovla və Oljas Süleymenovla qurulan dostluqları yada salırıq. Məhtimqulunun yaradıcılığının, “Kitabi-Dədə Qorqud”un hərtərəfli öyrənilməsini də böyük düha sahibinə borcluyuq”.

Onun sözlərinə görə, bu gün türk dövlətlərinin hər bir bölgəsində Heydər Əliyevi ehtiramla yad edirlər.

“Azərbaycan xalqının Ümummilli Liderinin formalaşdırdığı bünövrə Türk Dövlətləri Təşkilatı ideyasına təkan verdi. Türkdilli dövlətlər arasında güclənən dostluq Heydər Əliyevin türk dünyasına baxış acısının təzahürüdür”, - deyə A.Attar əlavə edib.

Fond rəhbəri bildirib ki, tədbir çərçivəsində səsləndirilən çıxışlar “Heydər Əliyev və Türk Dünyası” adlı kitab formasında hazırlanaraq nəşr ediləcək.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrünün Heydər Əliyev şəxsiyyəti və onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlı olduğunu bildirib.

“Sovet İttifaqı ərazisində yaşayan hər bir türk Heydər Əliyevlə qürur duyurdu. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Ulu Öndər Heydər Əliyev müstəqilliyini bərpa edən Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxartmaq üçün qəti addımlar atdı. Xalqın dahi oğlu Azərbaycanı tərəqqi yoluna çıxartmaq siyasəti yeritməyə, güclü, zəngin və qüdrətli dövlət yaratmağa başladı”, - deyən səfir Ümummilli Liderin hər zaman Türk dövlətləri ilə münasibətlərə də xüsusi önəm verdiyini vurğuladı.

Səfir qeyd edib ki, bütün ömrünü doğma xalqına həsr edən Heydər Əliyevin uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Türkmənistanın Ankaradakı səfiri Mekan İsankuliyev də öz növbəsində Heydər Əliyevi “inkişaf edən Azərbaycanın təməllərini atan qüdrətli siyasət və dövlət xadimi” adlandırıb. Deyib ki, Azərbaycan xalqının Ümummilli Lideri türk xalqları arasında qardaşlıq bağlarını gücləndirib.

Beş il boyunca Türkmənistanın Azərbaycandakı səfiri vəzifəsini icra etdiyini xatırladan Mekan İsankuliyev Heydər Əliyevin xatirəsinin ölkəsində də böyük ehtiramla yad edildiyini vurğulayıb: “Əminəm ki, Heydər Əliyev hər bir Azərbaycan vətəndaşı üçün ilham qaynağıdır. Çünki bu dahi şəxsiyyətin kursu Azərbaycanı layiq olduğu yerə çatdırıb”. 2023-cü ildə Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyi münasibətilə Türkmənistanda da bir sıra tədbirin keçirildiyini xatırladan səfir Aşqabadda Heydər Əliyev irsi ilə bağlı tematik sərgilər, konfranslar, konsert proqramları və fotoqraf sərgilərinin təşkil olunduğunu xatırladıb.

Qırğızıstanın Ankaradakı səfiri, sabiq xarici işlər naziri Ruslan Kazakbayev Ulu Öndər Heydər Əliyevi “dövrünün dahi lideri” və “siyasət ustası” adlandırıb.

Diplomat bildirib ki, müasir Azərbaycanın böyük uğurlarının təməlləri məhz Ümummilli Liderin rəhbərliyi dövründə atılıb.

“Azərbaycanı xilas edən Heydər Əliyev tarixin bir səhifəsi deyil, tarixin özüdür”, - deyən Kazakbayev, Ümummilli Liderin “milyonlara vətən sevgisini aşılayan düha” olduğunu deyib: “Dünyada bilinən “Azərbaycan Yolu” modelinin banisi Heydər Əliyevdir və bu uğur danılmazdır. Böyük siyasətçinin irsinin öyrənilməsi hər bir azərbaycanlının borcudur”.

Onun sözlərinə görə, Heydər Əliyev həm də bütün türk dünyası üçün mənəvi liderdir: “Türk dünyasının birləşməsində böyük rol oynayan müasir Azərbaycanın memarı ilə Çingiz Aytmatov arasındakı dostluq – Azərbaycan və Qırğızıstan xalqlarının birliyinin simvoludur. Bu gün Azərbaycanda Çingiz Aytmatovun xatirəsini yaşatdığı üçün Heydər Əliyev kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Qazaxıstanın Ankaradakı səfiri Yerkebulan Sabiyev də Heydər Əliyevi Türk dünyasını candan sevən dahi bir şəxsiyyət kimi qiymətləndirdi: “Heydər Əliyev Türk dünyasının ağsaqqalı idi. Çünki o, bütün Türk dünyasına xidmət edirdi, türklüyünü, köklərini heç vaxt unutmadı”.

Qazaxıstan səfiri Naxçıvana səfəri ilə bağlı təəssüratlarını da bölüşüb: “Heydər Əliyevin ata-baba yurdunu gəzərək çox təsirləndim. Hesab edirəm ki, Türk dünyasının hər bir fərdi Naxçıvanı və ümumilikdə Azərbaycanı görməlidir. Heydər Əliyev kimi böyük şəxsiyyətin anım mərasimində iştirak etdiyim üçün böyük qürur hiss edirəm”.

ŞKTC-nin Türkiyədəki səfiri İsmet Korukoğlu isə öz çıxışını Ulu Öndər Heydər Əliyevin “Müstəqillik hər bir xalqın milli sərvətidir” kəlamı ilə başlayıb.

ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin Heydər Əliyev dövründə qurulduğunu xatırladan diplomat Bakı ilə münasibətlərin Lefkoşa üçün hər zaman böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İzolyasiya və məhdudiyyətlərlə qarşılaşan Kipr türklərinin haqlı mübarizəsinə dəstək verdiyi üçün Prezident İlham Əliyevə çox minnətdarıq. Ümid edirik ki, digər türk dövlətləri də Azərbaycanın yolunu izləyəcək”.

Sonra Türkiyə XİN nümayəndəsi Ayşə Üzər, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç və digərləri çıxış ediblər.

Panel müzakirələri jurnalist Aysel Sadak İltaşın qələmə aldığı “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimatı ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!