26 Sentyabr 2025 16:23
466
SİYASƏT
A- A+
Amerikalı ekspert: Azərbaycanın addımları ölkənin sülhə tam hazır olduğunu bir daha nümayiş etdirir  

Amerikalı ekspert: Azərbaycanın addımları ölkənin sülhə tam hazır olduğunu bir daha nümayiş etdirir  


Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü irəliyə doğru atılan mühüm addımdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında amerikalı politoloq və beynəlxalq əlaqələr üzrə ekspert, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin enerji, inkişaf və təhlükəsizlik Proqramının icraçı direktoru, Atlantika Şurasının baş elmi işçisi Ariel Koen deyib. O, Azərbaycan ilə Ermənistan arasında münasibətlərlə bağlı proseslərdə Avropa Şurasının rolunun indiyədək yetərli olmadığını da diqqətə çatdırıb.

Sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Prezident İlham Əliyevlə görüşdə Avropa Şurasının Baş katibi Alen Berse Bakı ilə İrəvan arasında əldə olunan uğurlar münasibətilə Azərbaycan dövlətinin başçısını təbrik edib. Söhbət zamanı tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması, Vaşinqton sammitində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin paraflanmasının, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətini müzakirə ediblər. Bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından əhəmiyyəti qeyd olunub. Alen Berse Avropa Şurasının regional sülh gündəliyinə dəstəyini vurğulayıb.

Keçən ay Vaşinqtonda keçirilən üçtərəfli görüşdən danışan Ariel Koen bildirib ki, bu danışıqlar sülh prosesini yeni səviyyəyə qaldırır.

Rəsmi Bakının hazırkı addımlarının ölkənin sülhə tam hazır olduğunu bir daha nümayiş etdirdiyini qeyd edən ekspert ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi bu ilin sonunadək yekunlaşdırılacaq və imzalanacaq.

Amerikalı ekspert vurğulayıb: “Sülh yolunda çox az əsas maneə qalıb və mən əminəm ki, Ermənistan ərazisindən keçən TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu və ya Zəngəzur dəhlizi – red.) tranzit dəhlizinin təfərrüatları tezliklə razılaşdırılacaq. Ermənistanın da Azərbaycanla, daha sonra Türkiyə ilə sülhün bağlanması üçün qanunvericiliyinə və konstitusiya müddəalarına dəyişiklik etmək üzrə lazımi addımlar atacağı gözlənilir”.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazda potensial azad ticarət zonasına, nəqliyyat dəhlizlərinin və boru kəmərlərinin inkişafına, Mərkəzi Asiya və Avropa İttifaqı, eləcə də Türkiyə, Rusiya və İranla daha dərin əməkdaşlığa yol açır. Bu baxımdan, ekspert İran elitasının bir hissəsinin, yəni, İslam İnqilabı Keşikçiləri Korpusunun hələ də sülhə xələl gətirən anti-Azərbaycan mövqeyini davam etdirməsi ilə bağlı təəssüfləndiyini bildirib və əlavə edib ki, hətta onilliklər ərzində İslam Respublikası ilə yaxşı münasibətlər saxlayan Ermənistan belə bu destruktiv yanaşmanı bölüşmür.

Azərbaycanın Rusiya ilə münasibətlərinə gəlincə, Ariel Koen onların yaxşılaşacağına ümid etdiyini bildirib, lakin qeyd edib ki, ilk addımı Rusiya atmalıdır. Konkret olaraq, Moskva AZAL-ın vurulan təyyarəsində həlak olanların ailələrinə təzminat ödəməli və iyunun sonunda saxlanılan azərbaycanlıları azad etməlidir. Hər iki hadisəni pisləyən politoloq sivil dövlətlərin belə davranmadığını vurğulayıb.

Ekspert açıqlamanın sonunda bildirib: “Rusiya və Azərbaycan uzun müddətdir ki, çox yaxşı münasibətlər saxlayır və Moskva lazımi addımlar atarsa, indiki vəziyyət yaxşılaşa bilər. Hər şey Rusiyadan asılıdır, o, son vaxtlar həm Bakı, həm də İrəvanla münasibətləri korlamağa nail olub və bu, son dərəcə təəssüf doğurur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!