19 Mart 2023 03:10
791
SİYASƏT
A- A+
Almaniya Azərbaycanı mühüm iqtisadi tərəfdaş kimi qəbul edir

Almaniya Azərbaycanı mühüm iqtisadi tərəfdaş kimi qəbul edir

 

İlham Əliyevin Berlində aparıcı şirkətlərin rəhbərləri ilə görüşü iqtisadi sahədə əlaqələrin inkişafına töhfə verəcək

 

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərinin əsas məqamlarından biri dövlətimizin başçısının bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü oldu. Belə ki, bu görüş ilk növbədə Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin və ölkəmizdəki əlverişli sahibkarlıq mühitinin Almaniyanın biznes dairələri üçün hərtərəfli təqdimatı idi. 
Eyni zamanda bu görüş göstərdi ki, iri və dünyada tanınan alman şirkətləri Azərbaycanla əlaqələrin daha da inkişafında və yeni əməkdaşlıq münasibətlərinin yaradılmasında maraqlıdırlar.

 

İslahatçı ölkə

 

Azərbaycanın müstəqillik dövrünün əsas hadisələrindən biri iqtisadi inkişafdır.  Təsadüfi deyil ki, bu gün respublikamız iqtisadiyyatın və biznes fəaliyyətinin bir çox indikatorları üzrə yüksək göstəricilərə malikdir. Eyni zamanda Azərbaycan hazırda qlobal miqyasda islahatçı ölkə kimi tanınır və bu, beynəlxalq hesabatlarda da öz əksini tapır. 
Bir məsələni də qeyd etməliyik ki, son onillikdə baş verən və qlobal miqyas daşıyan maliyyə-iqtisadi böhranları Azərbaycan iqtisadiyyatına müəyyən dərəcədə təsirini göstərsə də, respublikamız bu sınaqlardan uğurla çıxıb. Bunun da əsas səbəbi əvvəlki mərhələdə yaradılan baza və qlobal riskləri nəzərə alaraq vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlərdir. Respublikamızdakı iqtisadi islahatlar isə davamlıdır. O cümlədən bütün dünyada iqtisadi sferanı bürüyən təbəddülatlar baş verəndə də respublikamızda  qlobal çağırışlara uyğun islahatlar həyata keçirilib. Bu islahatlar qeyri-neft sektorunun inkişafı məqsədilə məhdud sahə ilə kifayətlənməyərək kompleks tədbirlərin görülməsini əhatə edib.
Bütün bunların nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı mükəmməl nümunəyə çevrilən yüksəliş nümayiş etdirib. Görünən odur ki, həyata keçirilən islahatlar inkiafa xidmət etməklə müsbət nəticələr verdi. Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bu barədə danışaraq dedi: "Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi".

 

Azərbaycanın hədəfləri özəl sfera üçün geniş fəaliyyət meydanı açır

 

Prezident İlham Əliyevlə görüşdə Almaniyanın müxtəlif sferalarında çalışan şirkətlərin nümayəndələri iştirak edirdilər. Enerji, konsaltinq, tikinti materialları istehsalı, minatəmizləmə, rəqəmsal texnologiya, infrastruktur, landşaft və memarlıq, logistika, kənd təsərrüfatı, avadanlıq istehsalı, bank və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin hər birini ölkəmizlə bağlı birləşdirən əsas ortaq cəhət Azərbaycana və onun rəhbərinə göstərdikləri yüksək ehtiram idi.
Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan  əlverişli və səmərəli biznes mühitinin təmin olunduğu ölkələr sırasındadır və bu, beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alır. Almaniya kimi iqtisadi baxımdan yüksək inkişaf etmiş dövlətlərin şirkətləri də xarici ölkələrlə əməkdaşlıqda, sərmayə qoyuluşunda bu faktorlara böyük önəm verirlər. İndiyə qədər Azərbaycanda iqtisadiyyatın bütün sahələrinə yatırılan genişmiqyaslı xarici sərmayə də ölkəmizdəki əlverişli biznes mühitinin göstəricisidir.
Vətən müharibəsindən sonra Azərbaycan həm də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Milli prioritetlərdə və dövlət proqramlarında qarşıdakı hədəflər aydın təsvir olunub. Bu gün respublikamızın qarşısında dayanan əsas vəzifələr Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bu ərazilərin "yaşıl enerji" zonası kimi inkişaf etdirilməsi, ənənəvi enerji növləri ilə yanaşı,  Azərbaycanın "yaşıl enerji" ixracatçısına çevrilməsi, qeyri-neft sektorunun inkişafı kimi məsələlərdir. Təbii ki, bütün bunlar özəl sfera, biznes dairələri üçün də geniş fəaliyyət meydanı açır. 
Bu baxımdan Prezident İlham Əliyevin Berlində aparıcı şirkətlərin rəhbərləri ilə görüşü alman iş adamlarının Azərbaycanla əməkdaşlığının daha da genişlənməsinə yeni töhfələr verəcək. Ən əsası odur ki, respublikamızdakı biznes və əməkdaşlıq imkanları ilə bağlı məlumatların ölkə rəhbərindən alınması yeni əməkdaşlıq əlaqələrinin yaranmasında mühüm rol oynayacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Türkiyənin Hələbdəki Baş konsulluğu yanvarın 20-də fəaliyyətə başlayacaq  

22:14
15 Yanvar

Hitrou hava limanının rəhbərliyi: “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən sarsıtdı  

22:12
15 Yanvar

Türkiyə Prezidenti Suriyanın yeni xarici işlər nazirini qəbul edib

22:10
15 Yanvar

Nazir: Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək  

22:09
15 Yanvar

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Qarsda birgə qış təlimində iştirak edəcəklər 

22:07
15 Yanvar

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

19:23
15 Yanvar

Belarusda prezident seçkilərini 40-dan çox ölkədən beynəlxalq müşahidəçilər izləyəcək  

18:20
15 Yanvar

Millimiz ilin ilk hazırlığına başlayıb

18:19
15 Yanvar

Paris-2024: Azərbaycan idmançılarının da Olimpiya medalları bərbad vəziyyətə düşüb  

18:18
15 Yanvar

Səyahət üçün ən maraqlı ölkələr

18:16
15 Yanvar

Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub

18:14
15 Yanvar

Kolumbiya mediası: Azərbaycanın həmrəyliyi və dostluğu sərhəd tanımır

18:13
15 Yanvar

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq müzakirə edilib

18:12
15 Yanvar

Azərbaycanın AQEM-də sədrliyinin prioritet istiqamətləri müzakirə edilib

18:11
15 Yanvar

ADA Universitetinin tələbələri üçün “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsi başlanır  

18:10
15 Yanvar

Hər gün yaşıl çay içməklə demensiyada beyin zədələnməsi riskini azaltmaq olar  

18:08
15 Yanvar

DİM sədri: Azərbaycan dili üzrə sertifikasiya imtahanı onlayn və oflayn keçiriləcək

18:05
15 Yanvar

Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirib  

18:03
15 Yanvar

Gürcüstan Baş Prokurorluğu parlament seçkiləri ilə əlaqədar istintaqın ilkin nəticələrini açıqlayıb  

18:01
15 Yanvar

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc ediləcək

18:00
15 Yanvar

Misirin nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb

17:58
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!