Alkoqol qocalmanı sürətləndirir və Altsheymer xəstəliyinə səbəb olur
Alimlər yeni araşdırma zamanı alkoqol istehlakı ilə telomerlərin qısalması arasında güclü əlaqə aşkar ediblər.
AZƏRTAC “Hi-Tech”ə istinadla xəbər verir ki, alimlər Britaniya biobankının 245 mindən çox iştirakçısında telomerlərin uzunluğunu araşdırıblar. Müəyyən edilib ki, alkoqol qocalmanı sürətləndirir və Altsheymer xəstəliyi kimi yaşla əlaqəli ciddi xəstəliklərə səbəb olur.
Əvvəlki araşdırmalar göstərib ki, alkoqol 40 yaşdan aşağı insanlar üçün xüsusilə zərərlidir və yeniyetmələrdə və gənclərdə inkişaf etməkdə olan beynin böyümə tempini ləngidə bilər.
Lakin, bütün bu tədqiqatlar spirtin həqiqətən bu təsirlərə görə məsuliyyət daşıdığını və ya sosial-iqtisadi status kimi müvafiq amillərin günahkar olub-olmadığını göstərməyib. Yeni genetik analiz problemi həll edir.
“Oxford Population Health” tədqiqatçıları yeni genetik analizin nəticələrini təqdim ediblər. Qurumun pres-relizində deyilir ki, onlar alkoqolun telomerlərdəki DNT-ni zədələməklə qocalmanı birbaşa sürətləndirdiyini ehtimal edirlər.
“Bu nəticələr, alkoqolun, xüsusilə də həddindən artıq miqdarlarda, telomerlərin uzunluğuna birbaşa təsir etdiyi ehtimalı təsdiq edir. Qısaldılmış telomerləri Altsheymer xəstəliyi kimi bir sıra ağır yaşa bağlı xəstəliklər üçün risk faktoru qismində təklif ediblər. Bizim nəticələrimiz həkimlər və xəstələr üçün faydalı olacaq. Bundan başqa, alkoqolun dozası vacibdir - hətta alkoqolun qəbulunun azalması belə faydalı ola bilər", - deyə tədqiqatın rəhbəri, “Oxford Population Health”dan olan doktor Anya Topivala qeyd edib.
Bundan əvvəl alimlər telomerlərin qısaldılması və telomeraza aktivliyinin, məsələn, xərçəng və ürək-damar xəstəliklərinin inkişafı, eləcə də immunitetin azalması ilə əlaqəli olduğunu müəyyən etmişdilər. Hesab edilir ki, insanın bioloji yaşını onun telomerlərinin uzunluğu ilə müəyyən etmək olar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 12 milyard kubmetr təbii qaz ötürülüb
17 Avqust
Havada toz dumanı müşahidə edilir
17 Avqust
Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub...
17 Avqust
Qəbələ, Şabran, Quba və Siyəzəndə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir...
17 Avqust
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq
17 Avqust
Sosial mediada yayılmış foto və videolarla bağlı Baş Prokurorluqda araşdırma başlanılıb ...
17 Avqust
Bakı Tikiş Evi: Bu gündən yeni məktəbli formaları satışa çıxarılır
17 Avqust
Ermənistanda iki günlük matəm başlayıb
17 Avqust
Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb...
17 Avqust
Qara gavalının daha bir faydası: sümükləri və ürəyi zədələnmədən qoruyur
17 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
KİFAYƏTDİR!

7 körpü, 7 tunel, 30 yeraltı keçid

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə ver...

Konyada V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilibAzərbaycan Prezidenti İl...

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!