24 Sentyabr 2026 09:00
146
SİYASƏT
A- A+
Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir

Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir


II hissə


Şörəyel və Loruda ilk xristian məbədləri hunəsilli xristian din xadimləri tərəfindən inşa edilmişdir. Hamamlıda Qazax bazilikası kimi tanınan Alban-Hun (Qıpçaq) məbədi V əsrdə Hun boylarının bir qolu olan Qazax tayfasına mənsub olan din xadimləri tərəfindən inşa edilmişdir. Hamamlının başlıca xristian dini abidələri içərisində IV əsrdə inşa edilmiş Müqəddəs Xaç kilsəsi, VII-XIII əsrlərə aid Əştərək abidələri (Əştərək kəndi), VII əsrdə Manas və Qriqori adlı qıpçaq keşişləri tərəfindən inşa edilən Karmvravor kilsəsi, VII əsrə aid Aruç kilsəsi, Ovanavəng kəndində V əsrə aid kilsə, Abaran şəhərində V əsrə aid Qazax bazilikası, Aşnak kəndində V əsrə aid kilsəni qeyd etmək olar. Bu abidələrin əksəriyyətində sonradan bərpa işləri adı ilə erməni xaç daşları yerləşdirilmiş və üzərindəki yazılı kitabələri dağıdılmışdır. Cənubi Qafqazın erkən xristian abidələrini tədqiq etmiş A.L.Yakobson qeyd edir ki, "Qafqaz Albaniyasının monumental erkən Orta əsr memarlığı Ermənistan ərazisində üstün mövqeyə malik olmuşdur". Abaran şəhərində olan Müqəddəs Xaç kilsəsi 1877-ci ildə bərpa bəhanəsi ilə ciddi dəyişikliyə məruz qalaraq, kitabəsi dağıdılmışdır. Loru və Dərəçiçək yaylaqlarında türk boylarına aid xeyli sayda at heykəlləri vardır. Bu torpaqlardan yerli türk boylarının izini birdəfəlik silmək məqsədilə ermənilər hazırda planlı şəkildə bu abidələri məhv etməklə məşğuldurlar. 

Göyçə mahalının qədim mənbələrdə rast gəlinən adlarından biri olan Gegarkuni hidronimi qədim türkcədə Gögarku (Göy arx) sözü ilə izah olunur, mənası "Göy arx, çuxur" deməkdir. Göyçə ərazisində alban xristian məbədləri içərisində IX-X əsrlərə aid Qızılvəng (Qızılvəng kəndi), Qamışlı (Qamışlı/Qanlı/Qanlı Allahverdi kəndi), Daşkənd (Daşkənd kəndi), Kiçik Məzrə (Bala Məzrə kəndi), Əyrivəng (Əyrivəng kəndi), Xutavəng (Yuxarı Adıyaman kəndi) və Şoqakavəng (Çoraqyu kəndi) kilsələrini qeyd etmək olar.

Zəngibasar ərazisində xristian Hun boylarına və albanlara aid xaç daşları məhv edilmiş və yazılı kitabələr məhv edilmişdir. Erməni qriqoryan kilsəsinin saxtakarlıqları burada digər yerlərə nisbətən özünü daha açıq-aydın büruzə verməkdədir. Zəngibasarın alban xristian abidələri içərisində VII əsrə aid kilsəni (Şahab kəndi), X-XIII əsrlərə aid Avucdar monastırını, X-XIII əsrlərə aid kilsə və qalanı (Ursazor kəndi), XIII əsrdə inşa edilmiş Ağca monastırını (Gilanlar kəndi yaxınlığı) xüsusilə qeyd etmək olar.  Sərdarabad mahalında dağıdılmış alban dini abidələri içərisində V əsrə aid bazilikanı və VII əsrə aid Mavi Mələklər məbədini qeyd etmək olar. Qərbi Azərbaycanın bir çox yerində olduğu kimi, Sərdarabad ərazisində də "erməni dini məbədləri" kimi qələmə verilən xristianlığaqədərki dini ibadətgahlar alban əhalisinin dini dünyagörüşünü əks etdirir. XX əsrin əvvəllərində erməni tarixçisi N. Adons albanların hərbi, dini, siyasi həyatı ilə bağlı geniş məlumata malik olmadığını etiraf edirdi. 

Etibarlı mənbələrdə Zəngəzurun xristian abidələrinin ermənilərə aid olması haqqında məlumata rast gəlinmir. Ermənilər bu abidələrin bir hissəsinin üzərində ciddi dəyişikliklər edərək qriqoryan kilsələrinə çevirmiş, qalanlarını isə tamamilə dağıtmışlar. Məlum olduğu kimi, alban hökmdarı III Mömin Vaçaqan xristianlığı təbliğ etmək məqsədilə geniş inşaat tədbirləri həyata keçirmişdir. VII əsrdə Qarabağda Uti vilayətində yaşamış tarixçi Musa Kalankatlı "alban tarixi" əsərində III Mömin Vaçaqanın "ildə olan günlərin sayı qədər çoxlu kilsə tikdirməsi" haqqında məlumat vermişdir. Comərdli və Ərəfsə kəndləri yaxınlığında yerli əhalinin Qızılkilsə adlandırdığı və ziyarət etdiyi bu Alban məbədinin hazırda yalnız xarabalıqları qalıb. Bu abidə ermənilər tərəfindən iki dəfə ciddi dağıntıya məruz qalmışdır. 1918-ci ilin iyulunda daşnak Andranikin öz quldur dəstəsi ilə bu kənddə törətdiyi kütləvi qırğınlar nəticəsində Qızılkilsə məbədi yerli əhalinin inanc yerlərindən biri olduğu üçün dağıdılıb xarabalığa çevrilmişdir. Hazırda Qərbi Azərbaycan ərazisində Ermənistan hakimiyyəti və erməni qriqoryan kilsəsi tərəfindən tarixi abidələrimizə qarşı kultursid siyasəti davam etməkdədir. 

Beləliklə, məlum olur ki, Qərbi Azərbaycan ərazisində ilk xristian abidələri Hun və Alban boylarına aiddir. Bu abidələrin əksəriyyəti Ermənistanın kultursid siyasətinin əsas hədəflərindən biri olaraq məhv edilmişdir. Qərbi Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri və bu ərazinin qədim tarixi haqqında məlumat verən yazılı mənbələr Azərbaycan xalqının etnogenezində mühüm rol oynamış albanların, utilərin və türk boylarının avtoxton mənşəli etnoslar olduğunu, erməni toplumunun isə gəlmə və yadelli etnik ünsür olduğunu təsdiq edir. Qərbi Azərbaycan ərazisi müasir dövrdə Ermənistan respublikası adlandırılsa da, onun qədim tarixi irsinin özlərini hay adlandıran müasir erməni xalqına heç bir aidiyyəti yoxdur.


Ramin ƏLİZADƏ,

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-də Süni İntellekt Nazirliyi yaradılır

10:00
24 Sentyabr

"Formula-1": Bakıda yubiley həyəcanı

09:50
24 Sentyabr

Qazaxda şəhidlərin xatirəsi ehtiramla anılıb

09:40
24 Sentyabr

Alban və Ərdəbil irsi Azərbaycana qaytarılmalıdır: Matenadaran və Moskva arxivlərində əsir qalan tariximiz

09:30
24 Sentyabr

Naftalanda Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir

09:20
24 Sentyabr

Heç kim unudulmur

09:10
24 Sentyabr

Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir

09:00
24 Sentyabr

Yeni dövlət proqramı yerinə yetirilir

08:50
24 Sentyabr

Milli Prioritetlərə söykənən strategiya uğurla gerçəkləşir

08:40
24 Sentyabr

Goranboyun kənd təsərrüfatı müəssisələrində monitorinq keçirilmişdir

08:30
24 Sentyabr

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub 

08:20
24 Sentyabr

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələri yaradacaq

08:10
24 Sentyabr

6 il əvvəlki xəbərdarlıq və "dəmir yumruğ"un təntənəsi

08:00
24 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

03:23
24 Sentyabr

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

03:21
24 Sentyabr

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

03:21
24 Sentyabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:20
24 Sentyabr

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkili haqqında

03:19
24 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

03:18
24 Sentyabr

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib  

23:49
23 Sentyabr

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir  

23:48
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!