04 Fevral 2026 08:10
886
SİYASƏT
A- A+
Aİ-nin ikili standartları Cənubi Qafqazda sülhə risk yaradır

Aİ-nin ikili standartları Cənubi Qafqazda sülhə risk yaradır


Avropa İttifaqına üzv olan 27 dövlətin razılığı ilə Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro ayrılması, Cənubi Qafqazda formalaşan həssas geosiyasi balans fonunda ciddi suallar doğurur. Qərarın Brüsseldə Aİ Şurasının iclasında qəbul edilməsi və "sülhə dəstək" adı altında təqdim olunması mövcud reallıqlar baxımından birmənalı qarşılanmır. 

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, regionda son illərdə baş verən proseslər sülhün möhkəmləndirilməsi üçün əsas şərtin tərəflər arasında etimadın artırılması və normallaşma prosesinə zərər vurmayan addımların atılması olduğunu göstərir: "Bu kontekstdə Ermənistana maliyyə dəstəyinin verilməsi, xüsusilə də hərbi komponentlə əlaqələndirilən fond vasitəsilə həyata keçirilməsi, sülh təşəbbüsü kimi təqdim edilsə də, əks təsir doğura bilər. Bu cür təşəbbüslər qarşı tərəfdə yanlış gözləntilər formalaşdırmaqla yanaşı, əldə olunan müsbət dinamikanın zəifləməsinə də səbəb olar. Bu uyğunsuzluq Bakı tərəfindən haqlı narazılıqla qarşılanır".

Deputat qeyd edib ki, Ermənistan hazırda Rusiyanın təsir dairəsindən çıxmağa çalışan "tərəfdaş" kimi təqdim olunur. Brüssel hesab edir ki, Paşinyan hökumətinə maliyyə və hərbi dəstək göstərməklə, Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirmək mümkündür. Eyni zamanda Aİ-də bəzi qüvvələr yanlış şəkildə düşünürlər ki, Azərbaycana hərbiyönümlü dəstək vermək tarazlığın pozulmasına səbəb ola bilər. Halbuki minatəmizləmə əməliyyatları tamamilə humanitar xarakter daşıyır və sülhün möhkəmləndirilməsinə birbaşa töhfə verir. 

Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu diqqətə çatdıran K.Bayramov əlavə edib ki, bu ərazilərin təmizlənməsi insanların təhlükəsiz qayıdışına və dayanıqlı sülhün təmin olunmasına xidmət edir: "Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün beynəlxalq aktorların balanslı, ədalətli və regiondakı real vəziyyəti nəzərə alan mövqe sərgiləməsi xüsusi əhəmiyyət kəsb edir. Əks təqdirdə, "sülhə dəstək" adı altında atılan addımlar regionda sabitliyi möhkəmləndirmək əvəzinə, yeni gərginliklərin yaranmasına səbəb ola bilər. Rəsmi açıqlamalarda ayrılan vəsaitin Ermənistanın "müdafiə qabiliyyətinin artırılması" məqsədi daşıdığı bildirilsə də, məhz bu yanaşma regionda ciddi narahatlıqlar doğurur. Xüsusilə də Azərbaycanın mövqeyindən baxdıqda bu məsələ əsaslı suallar yaradır, çünki 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq formalaşıb və mövcud status-kvo regionda sülhün bərqərar olması üçün real imkanlar yaradıb. Bu yeni mərhələdə Azərbaycan dəfələrlə sülh müqaviləsinin imzalanması, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, eləcə də regional kommunikasiyaların açılması istiqamətində konstruktiv və ardıcıl mövqe nümayiş etdirib. Rəsmi Bakı qarşılıqlı etimada əsaslanan, uzunmüddətli sabitliyi hədəfləyən sülh gündəliyinin irəli aparılmasında maraqlı olduğunu konkret addımlarla ortaya qoyub. Belə bir şəraitdə Ermənistanın silahlanmasına və ya hərbi infrastrukturunun gücləndirilməsinə yönələn istənilən maliyyə dəstəyi regionda sülhə xidmət etmir".

Deputat bildirib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn açıq şəkildə pozulması şəraitində qalmasına baxmayaraq, Qərb institutları tərəfindən prinsipial və adekvat mövqe nümayiş etdirilməyib. Ermənistanın təxminən 30 il davam edən işğal siyasəti dövründə Avropa İttifaqı təcavüzkar dövlətə qarşı nə sanksiya mexanizmlərini işə salıb, nə də işğal faktını aradan qaldırmağa yönəlmiş ciddi siyasi təzyiq göstərib. Həmin dövrdə Ermənistana göstərilən münasibət beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edib. "Bu müddət ərzində Ermənistanın destruktiv və işğalı davam etdirən siyasətinə qarşı prinsipial və ardıcıl mövqe nümayiş etdirilməyib. Əksinə, mövcud vəziyyətin dəyişməsinə yönəlməyən passiv yanaşma işğalın illərlə davam etməsinə, münaqişənin uzanmasına və regionda gərginliyin qorunub saxlanmasına şərait yaradıb. Hazırda isə münaqişə faktiki olaraq həll olunduqdan və regionda yeni reallıqlar yarandıqdan sonra Ermənistanın maliyyə və hərbi baxımdan dəstəklənməsi ciddi suallar doğurur. Bu addımlar, bir tərəfdən, sülh və sabitlik çağırışları ilə ziddiyyət təşkil edir, digər tərəfdən isə beynəlxalq münasibətlərdə ikili standartların açıq təzahürü kimi dəyərləndirilir", - deyə o bildirib.

K.Bayramov əlavə edib ki, Avropa İttifaqının Cənubi Qafqazda davamlı sabitlik və təhlükəsizliyə səmimi marağı varsa, bunu tərəflərdən birinin silahlandırılması ilə deyil, ədalətli, balanslı və beynəlxalq hüquqa əsaslanan siyasət yürütməklə nümayiş etdirməlidir. "Sülh Fondu" adlanan mexanizmin faktiki olaraq hərbi məqsədlərə yönəldilməsi Avropa İttifaqının bəyan etdiyi dəyərlər və sülh çağırışları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Regionda dayanıqlı sülhün təmin olunması üçün silahlanmanı təşviq edən deyil, etimadı artıran, dialoqu və əməkdaşlığı dəstəkləyən yanaşmaların üstünlük təşkil etməsi daha məqsədəuyğundur. Əks halda ikili standartlara əsaslanan mövqelər və qeyri-bərabər münasibət Cənubi Qafqazda etimad mühitinin formalaşmasına deyil,  yeni gərginliklərin yaranmasına zəmin yarada bilər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!