04 Oktyabr 2025 11:33
564
SİYASƏT
A- A+
Aİ Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün bütün imkanlardan yararlanmağa çalışır

Aİ Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün bütün imkanlardan yararlanmağa çalışır


Son dövrlər Avropa İttifaqı Azərbaycanla münasibətlərin daha da inkişafı istiqamətində səylər göstərir.  Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci zirvə toplantısında da bunu aydın şəkildə görmək mümkün idi. Azərbaycan Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında da yüksək səviyyədə təmsil olundu. Ölkə başçısı İlham Əliyev Danimarka və Avropa İttifaqı rəhbərliyinin xüsusi dəvətilə bu toplantıya qatılmışdı.Tirana sammitində olduğu kimi Kopenhagendə də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüş oldu. Danışıqların detallarından bu qənaətə gəlmək olar ki, Aİ Azərbaycanla münasibətlərin müsbət dinamika ilə inkişafında maraqlıdır. Görüşdə Antonio Koşta və Ursula Fon der Lyayenin dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etməsi Aİ-nin bölgədə dayanıqlı sülhün təmin olunmasında maraqlı olduğunu göstərir. Aİ rəsmiləri Vaşinqton razılaşmalarının regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümid edir.

Rəsmi Bakı hər zaman tərəfdaşlarla səmimi və qarşılıqlı maraqların təmin olunmasını əhatə edən əlaqələrin qurulmasının tərəfdarıdır. Lakin Aİ-nin müxtəlif dövrlərdə qərəzli davranışları Azərbaycanın haqlı narazılığına səbəb olurdu. Bununla belə, Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələri hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Bu gün Azərbaycanın təbii qazı 10 Avropa ölkəsinə çatır. Eyni zamanda Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

Təsadüfi deyil ki, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatı təxminən 60 faiz artdı. Təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyi sayəsində Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Paralel olaraq Orta Dəhlizin strateji əhəmiyyətinin artması Aİ üçün Azərbaycanın da vacibliyini artırır.

Məlum olduğu kimi, bu günlərdə Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun da ölkəmizə səfəri rellaşdı. Səfər zamanı xanım Kos  Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulamışdı.

Kopenhagen zirvəsində E.Makronun cənab Prezidentlə görüşü artıq Parisin də Bakı ilə münasibətlərə Aİ prizmasından baxdığını təsdiqlədi. 

Yəni, Avropa İttifaqı Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün bütün imkanlardan yararlanmağa çalışır.


 Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!