17 İyul 2026 09:15
461
CƏMİYYƏT
A- A+
Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb


Ağdamda Birinci Qarabağ müharibəsi iştirakçısı, "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb. 

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Yaqub Rzayevin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, YAP Ağdam Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə "Şəhidlər" Abidə Kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Ağdam Muğam Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Yaqub Rzayevin keçdiyi döyüş yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Elman Məmmədov və başqaları çıxış edərək, Yaqub Rzayevin həyat yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan və Qarabağ döyüşlərindəki igidliyindən bəhs ediblər. Məlumat verilib ki, Yaqub Ələsgər oğlu Rzayev 1944-cü il oktyabrın 4-də Ağdam rayonu Çuxurməhlə kəndində anadan olub. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və təcavüzü başlayanda Y.Rzayev Ağdamda könüllülərdən ibarət "Qarabağ şahinləri" batalyonunu yaradaraq, Qarabağdakı azərbaycanlı kəndlərinin müdafiəsində iştirak edib. Ağdamla Əsgəran arasında strateji cəhətdən ən mühüm ərazini, Ağdamın ən böyük qəbiristanlığını "Qara-ağacı qəbiristanlığını" mərdliklə müdafiə edib. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Yaqub Rzayevin döyüşçüləri əhaliyə kömək etməyə çalışıblar. Həmin gün Yaqubun oğlu Canpolad da şəhid olub və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sonda Yaqub Rzayevin ailə üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar formalaşır

16:25
13 Avqust

Həyata keçirilən sosial-iqtisadi layihələr Naxçıvanın inkişafında yeni mərhələ formalaşdırıb

16:20
13 Avqust

Ədalət Turan: Diasporumuz “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq, iki qardaş ölkə arasında körpü rolunu oynayır

16:15
13 Avqust

“Şərqin qapısı” bütün dünyanın üzünə açılır

16:10
13 Avqust

Yaponiya XİN-i Rusiyaya sərt etirazını bildirib

16:05
13 Avqust

Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki regionunu deyil, həmçinin Çini Avropa ilə birləşdirəcək

16:00
13 Avqust

Prezidentin Naxçıvan səfəri: Yüksək diqqətin və strateji baxışın təzahürü  

15:55
13 Avqust

Məleykə Abbaszadə I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə keçid balları ilə bağlı gözləntiləri açıqlayıb 

15:50
13 Avqust

Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 

15:45
13 Avqust

Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıblar

15:40
13 Avqust

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

15:35
13 Avqust

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

MAQATE rəhbəri BMT strukturunun sadələşdirilməsini təklif edib

15:10
13 Avqust

UEFA Superkubokunu "PSJ" qazandı

15:05
13 Avqust

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq

15:00
13 Avqust

Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:55
13 Avqust

Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir

14:50
13 Avqust

Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli

14:45
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!