11 Dekabr 2025 12:20
199
CƏMİYYƏT
A- A+
Ağalı və Məmmədbəylidə qışa hazırlıq: texnikalar hazır vəziyyətə gətirilib 

Ağalı və Məmmədbəylidə qışa hazırlıq: texnikalar hazır vəziyyətə gətirilib 


Qış fəslinin yaxınlaşmasına baxmayaraq, işğaldan azad olunmuş rayonlarda bərpa-tikinti işləri sürətlə davam edir. Mövsümə hazırlıqla əlaqədar qabaqcadan zəruri tədbirlər həyata keçirilir. Məqsəd keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı, həmçinin məskunlaşmış sakinlər və əraziyə səfər edənlər üçün lazımi şəraitin yaradılması, eləcə də yeni yaşayış məntəqələrinin davamlı, təhlükəsiz və rahat şəkildə idarə olunmasını təmin etməkdir. Cəbrayıl, Qubadlı və Zəngilanda da bu məsələ diqqətdə saxlanılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərində qış dövründə elektrik verilişində mümkün kəsintilərin qarşısını almaq məqsədilə xətlərin izolyasiyası, əlavə transformatorların quraşdırılması və ehtiyat avadanlıqların yerləşdirilməsi işləri görülür. Yolların qış aylarında qar və buzlaşmaya qarşı işlək vəziyyətdə saxlanması üçün duz-qum ehtiyatı yaradılıb, xüsusi texnikalar hazır vəziyyətə gətirilib. Yeni yaşayış məskənlərində içməli və texniki su xətlərinin izolyasiyası aparılır, nasos stansiyalarına mütəmadi olaraq profilaktik baxış keçirilir.

Qış aylarında yarana biləcək çətinliklərə operativ reaksiya verilməsi üçün mobil briqadalar, xüsusi nəqliyyat vasitələri və generatorlar daim hazır vəziyyətdə saxlanılır.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva AZƏRTAC-a bildirib ki, qurumun fəaliyyəti yalnız tikinti layihələrinin icrası ilə məhdudlaşmır. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilən bərpa, tikinti və idarəetmə işləri hazırda intensiv mərhələdədir. Əsas məqsəd azad edilmiş ərazilərdə həyatın təhlükəsiz, dayanıqlı və uzunmüddətli şəkildə bərpasını təmin etməkdir. Hazırda qarşıdan gələn qış mövsümü ilə bağlı hazırlıq tədbirləri xüsusi prioritet kimi müəyyən olunub", - deyə o vurğulayıb.

Su, elektrik, qaz, rabitə və digər kommunal xidmətlərin fasiləsiz işləməsi üçün müvafiq xidmət qruplarının idarə edilməsi ilə yanaşı, tikilmiş obyektlərdə mühəndis sistemlərinin mütəmadi monitorinqi və nasazlıqların qarşısının alınması da diqqətdə saxlanılır. Ərazinin yaşıllaşdırılması, təmizliyin qorunub saxlanılması, tullantıların ərazidən daşınması və idarə olunması, park və ictimai məkanların qorunması da diqqət mərkəzindədir. Mühüm obyektlərdə təhlükəsizlik protokollarının tətbiqi, videonəzarət sistemlərinin qurulması və monitorinq xidmətlərinin həyata keçirilməsi ilə bərabər, tikinti materiallarının və avadanlıqların çatdırılması, texnikanın düzgün istifadəsi və sahələrarası daşınma işlərinin koordinasiyası gündəlikdə olan istiqamətlərdəndir. Qış mövsümündə istifadə ediləcək texnikalar da sazlanıb. Belə ki, ərazidə işlərin görülməsi, yığılan qarın daşınması üçün özüboşaldan maşın, qarın təmizlənməsi üçün yükləyici ekskavator, həmçinin səkilərin təmizlənməsi üçün miniyükləyici, yığılan qarı daşımaq və özüboşaldanlara yükləmək üçün frontal yükləyici kimi texnikalar hazır vəziyyətdədir.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Regionların inkişafı və idarəedilməsi departamentinin şöbə müdiri İlham Quliyev isə qeyd edib ki, qarşıdakı mövsümün sərt keçə biləcəyini nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülüb. "Həm infrastrukturun, həm sosial obyektlərin, həm də yaşayış evlərinin qış şəraitinə uyğunlaşdırılması istiqamətində tədbirlər icra olunur. Məktəblər, uşaq bağçaları, inzibati binalar və digər sosial obyektlər üzrə istilik sistemlərinin quraşdırılması və yeni salınan yaşayış massivlərində mərkəzləşdirilmiş, eləcə də fərdi istilik mənbələrinin təhlükəsizlik standartlarına uyğunluğu yoxlanılır. Çalışırıq ki, qışın yarada biləcəyi çətinlikləri tez bir zamanda aradan qaldıra bilək", - deyə şöbə müdiri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həftəsonu Alp dağlarında qar uçqunlarında 6 nəfər ölüb  

22:19
11 Yanvar

Ukrayna Rusiyanın strateji neft və hərbi obyektlərinə hava zərbələri endirib

19:03
11 Yanvar

Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır VİDEO  

18:17
11 Yanvar

Almaniya Kansleri Hindistana səfər edib  

18:02
11 Yanvar

Sabah bəzi meteohəssas insanlarda narahatlıq hissi yarana bilər  

17:58
11 Yanvar

Məsud Pezeşkian: İran hökuməti bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır  

17:48
11 Yanvar

Ekokönüllülər Zəngəzur Milli Parkına ekskursiya edib  

17:17
11 Yanvar

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub  

16:39
11 Yanvar

Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb 

15:29
11 Yanvar

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

14:57
11 Yanvar

Almaniyada sol ekstremistlərə və radikal iqlim fəallarına qarşı tədbirlər sərtləşdiriləcək  

14:30
11 Yanvar

Volodimir Zelenski: Rusiyanın kritik infrastrukturlara zərbələrindən sonra Ukraynada vəziyyət ağır olaraq qalır  

14:02
11 Yanvar

“Qalatasaray” üzərində qələbəyə görə “Fənərbağça”nın futbolçularına 1,5 milyon avro mükafat verilib

13:53
11 Yanvar

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:23
11 Yanvar

IRENA-nın Baş direktoru: Ölkələrin bərpaolunan enerji strategiyalarını gücləndirməsinin vaxtı çatıb  

12:54
11 Yanvar

Stokholmda Qarabağ Həftəsonu Məktəbində yeni tədris ilinə start verilib 

12:43
11 Yanvar

Zaqatalada 27, Qaxda 15 santimetrədək qar yağıb – FAKTİKİ HAVA

11:31
11 Yanvar

Azərbaycan Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 16-cı Assambleyasında təmsil olunur  

11:05
11 Yanvar

Xarici işlər nazirinin müavini Somali ilə bağlı fövqəladə iclasda iştirak edib  

10:48
11 Yanvar

Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür  

10:11
11 Yanvar

ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı hücumla bağlı açıqlama yayıb- YENİLƏNİB  

09:09
11 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!