13 İyun 2023 23:33
1346
Təhsil
A- A+
ADA Universitetində bu il 600-dək tələbə məzun olub

ADA Universitetində bu il 600-dək tələbə məzun olub

 

İyunun 13-də ADA Universitetində “Məzun günü” keçirilib. Tədbirdə tələbələrlə yanaşı onların ailə üzvləri, professor-müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Universitetdə təhsil alan əcnəbi tələbələr tərəfindən təmsil edilən ölkələrin bayraqlarının səhnəyə gətirilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra, tədbirin aparıcıları Mənzər Əmirli və Qədir Səfərli builki bakalavr məzunların adından çıxış etmələri üçün İnci Rüstəmovanı və Fatimə Davudlunu, magistr məzunlarını təmsil etməsi üçün isə Murad Malik Aslanovu səhnəyə dəvət ediblər.

ADA təhsili sayəsində əldə etdikləri nailiyyətlərdən bəhs edən və yenicə məzun olmağa hazırlaşan çıxışçılar burada təhsil dövründə yaşadıqları ən unudulmaz anları yada salıblar. Məzunlar onların akademik, şəxsi və peşəkar inkişafında əvəzsiz rolu olan ADA Universitetinin müəllimlərinə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal tələbələrin, məzunların və müəllim heyətinin uğurlarına toxunub.

“Hansı ildə məzun olmağınıza baxmayaraq və harada olmağınızdan asılı olmayaraq, sizin daim ADA dəyərlərinin daşıyıcısı olacağınıza və burada aşılanan layiqli vətəndaş prinsiplərinə hər zaman sadiq qalacağınıza əminəm”, - deyən Vəfa Kazdal onlara gələcək fəaliyyətlərində uğurlara imza atmağı və öz əməlləri ilə digərlərini ilhamlandırmağı arzu edib.

Məzunlar qarşısında çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov “Məzun günü”nü yeniliklərin başlanğıcı kimi qiymətləndirib.

“Sürətlə dəyişən hazırkı dövrdə ən böyük dəyərinizi - öz bilik və bacarığınızı böyük təsirə malik işlərə görməyə sərf edin”, - söyləyən Taleh Kazımov məzunları arzularını, məqsədlərini düzgün müəyyənləşdirməyə, cəmiyyətə faydalı işlər görməyə səsləyib.

Tədbirdə ADA Universitetinin rektoru səfir Hafiz Paşayev çıxış edərək məzunlara peşəkar həyatlarında uğur qazandıracaq dəyərli tövsiyələr verib. ADA-nın 2011-ci ildə cəmi 16 məzunun iştirakı ilə “Məzun günü” keçirdiyini, lakin bu gün məzunların sayının dəfələrlə çox olduğunu, hətta həmin məzunlar arasında Vətən müharibəsi iştirakçısının da olduğunu bildirib.

“Universitetin missiyası yalnız təhsil vermək deyil, onun missiyası həm də sosial məsuliyyətə malik vətəndaşlar yetişdirməkdir”,- deyən rektor ADA Universitetinin hazırkı layihələrindən bəhs edib. O, həmçinin İtaliya-Azərbaycan Universiteti çərçivəsində təqdim edilən iki yeni fakültədən, eləcə də ADA Universitetinin regionda fəaliyyət göstərənlər üçün təqdim etdiyi azərbaycandilli magistr ixtisaslarından söhbət açıb.

Çıxışlar başa çatdıqdan sonra ADA Universitetinin Tələbə qəbulu və qeydiyyat şöbəsinin direktoru Günay Ziyadova səhnəyə dəvət edilib və bununla da diplomların təqdim olunması mərasimi elan edilib.

Diplomlar ixtisaslar üzrə müvafiq olaraq İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, Biznes fakültəsinin dekanı Hüseyn İsmayılov, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov, Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova və Hüquq fakültəsinin dekanı Rəşad İbadov tərəfindən təqdim edilib.

Qeyd edək ki, tədbirin qonaqları qismində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Kərimov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov və digər dövlət qurumlarından səlahiyyətli şəxslər iştirak ediblər.

Rektor Hafiz Paşayevin ADA Universitetinin 2023-cü il məzunlarını elan etməsindən sonra tədbirin rəsmi hissəsi başa çatıb və bədii proqram başlanıb. Məzunlar klassik və müasir musiqilərin fonunda əyləncəli anlar keçiriblər.

Xatırladaq ki, ümumilikdə 2022-2023-cü akademik il üzrə ADA Universitetində 8 bakalavr və 8 magistr ixtisası üzrə 571 tələbə məzun olub. Məzun olan tələbələrin 548-i yerli, 23-ü isə əcnəbidir.

Bu il məzun olan əcnəbi tələbələr 14 müxtəlif ölkəni təmsil edirlər. Həmin ölkələr arasında Belarus, Gürcüstan, İndoneziya, İran, Meksika, Moldova, Mozambik, Özbəkistan, Qazaxıstan, Rusiya Federasiyası, Seyşel Adaları, Sudan, Tacikistan, Ukrayna yer tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!