27 Sentyabr 2025 16:36
6228
Elm və texnika
A- A+
ADA Universitetində ali təhsildə keyfiyyətin təminatı üzrə ikinci milli simpozium keçirilib

ADA Universitetində ali təhsildə keyfiyyətin təminatı üzrə ikinci milli simpozium keçirilib


ADA Universitetində ali təhsildə keyfiyyətin təminatı üzrə ikinci milli simpozium keçirilib.

Tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə təşkil olunub və yerli ali təhsil müəssisələrinin çoxsaylı nümayəndələrinin iştirakı ilə baş tutub.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Simpozium çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı aktual mövzular və ən son praktikalar üzrə müzakirələr və seminarlar keçirilib. Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov institusional və proqram akkreditasiyası üzrə milli səviyyədə əldə olunan irəliləyişlərdən danışıb. O, keyfiyyətin təminatı sahəsində çalışanların davamlı peşə hazırlığı üçün daha çox imkanların yaradılmasının vacibliyini vurğulayıb və ADA Universitetinin bu simpoziumu təşkil etməsini dəyərli töhfə kimi qiymətləndirib.

Simpozium Azərbaycan universitetlərində beynəlxalq səviyyədə innovasiyaların davamlı və yaradıcı müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Tədbirdə iki gün ərzində milli və beynəlxalq ekspertlər akkreditasiya, keyfiyyətli tədris və təhsil, beynəlxalq reytinqlər, eləcə də insan resurslarının inkişafı üzrə ən son tendensiyaları və öz təcrübələrini bölüşüblər.

Almaniyanın Potsdam Universitetinin Keyfiyyətin İnkişafı Mərkəzinin həmsədri, məruzəçilərdən biri Frank Niedermeier tədbir zamanı müşahidə etdiyi atmosfer və dinamikadan çox təsirləndiyini bildirib: “Azərbaycanda keyfiyyətin təminatı cəmiyyətinin necə sürətlə böyüdüyünü və inkişaf etdiyini görmək heyranedicidir. Buna şahidlik etmək çox təsiredicidir və bu simpoziumda iştirak etməkdən keçən il olduğu kimi məmnun oldum - TKTA və ADA Universiteti nə etdiklərini çox yaxşı bilirlər”.

ADA Universitetinin Keyfiyyətin təminatı və akkreditasiyası üzrə direktoru Maurus Roller simpoziumun uğurunu belə vurğulayıb: “İştirakçılar çox həvəsli idilər. Biz hamımız bilirik ki, keyfiyyət təminatı təhsil üçün vacibdir və belə bir tədbir əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

ADA Universitetinin tədris işləri üzrə prorektoru Elkin Nurməmmədov qeyd edib: “Keyfiyyət təminatı milli universitetlərimizin və tələbələrin uğurları üçün vacibdir. Tədbirin cəmi iki dəfə keçirilməsinə baxmayaraq, simpoziuma maraq kifayət qədər artıb. Keyfiyyətin təminatı üzrə milli ekspertlərimizin belə yaradıcı və dinamik mühitdə bir araya gəlməsini görmək sevindirici haldır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!