11 Sentyabr 2020 18:12
1162
Təhsil
A- A+
ADA Universiteti “Baku Dialogues” jurnalının yeni nəşrini və yeni veb-saytını təqdim edib

ADA Universiteti “Baku Dialogues” jurnalının yeni nəşrini və yeni veb-saytını təqdim edib


ADA Universiteti "Baku Dialogues” ("Bakı Dialoqları”) jurnalının yeni nömrəsini və veb-saytını təqdim edib.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verib. Jurnalın "İpək Yolu” bölgəsinin geosiyasi əhəmiyyətinə və qlobal arenadakı roluna fokuslanan bu nömrəsində yerli və xarici tanınmış mütəxəssislərin məqalə və müsahibəsi yer alıb. Oxucular bu nəşrdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin amerikalı analitik Zbiqnev Bjezinski barədə yazdığı fikirlərlə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycanın xarici siyasət konsepsiyası ilə bağlı xüsusi müsahibəsi ilə tanış ola biləcəklər.

Jurnalda Corctaun Universitetinin professoru Brenda Şafferin, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin Baş siyasi analitiki Amanda Paulun və Beynəlxalq Təhlükəsizlik və Strateji Mərkəzinin ("Tsinghua” Universiteti) Çin Forumunun Baş mütəxəssisi Yu Hongjunun məqalələri də daxil olmaqla ümumilikdə 11 məqalə yer alıb.

"Baku Dialogues”un yeni təqdim edilən saytının interaktiv strukturu vasitəsilə isə istifadəçilər jurnalın yeni və əvvəlki saylarından, elanlarından və növbəti tədbirlərindən xəbərdar olacaqlar. Veb-sayt həm də istifadəçilərə ödənişsiz abunəlik və Arxiv bölməsində toplanan nəşrləri yükləmə imkanı verir.

"ADA Universiteti "Baku Dilogues”un həm yeni nəşrini, həm də yeni veb-saytını təqdim etməklə daha geniş alim və oxucu kütləsi cəlb edəcək. Veb-saytın daim yenilənəcək kontentində jurnalda nəşr edilən və tanınmış siyasətçilər, şərhçilər, tədqiqatçılar, alim və analitiklər tərəfindən yazılan məqalələr oxuculara təqdim ediləcək”, - deyə jurnalın baş redaktoru və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

Qeyd edək ki, veb-sayta masaüstü kompüterlər, noutbuklar, mobil cihazlar, planşetlər də daxil olmaqla bir çox elektron cihazdan daxil olmaq mümkündür.

İstifadəçilər keçid vasitəsilə sayta daxil ola və "Baku Dialogues”un yeni nömrəsini yükləyə bilərlər.

"Baku Dialogues” ADA Universitetinin ingilis dilində nəşr edilən rüblük jurnalıdır. Bu ilin sentyabr ayından etibarən Jurnal "İpək Yolu bölgəsi üzərində siyasi perspektivlər” başlığı ilə dərc edilir.

Jurnalın fiziki və elektron nüsxələri bir çox kanal və platformalar vasitəsilə ödənişsiz əsaslarla geniş oxucu kütləsinə çatdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur  

12:17
07 Aprel

Bu ilin birinci rübündə proaktiv qaydada 40 minə yaxın şəxsə müavinət və təqaüd təyin olunub  

12:16
07 Aprel

Qazaxıstanda TDT ölkələri arasında əməkdaşlığa dair Memorandum imzalanıb  

12:15
07 Aprel

Uşaqların I sinfə qəbulu prosesi başlayır

11:52
07 Aprel

Azərbaycanın Avropanın qaz təchizatında rolu artır

11:50
07 Aprel

Bakıda 53 evin qaz sayğaclarını oğurlayan şəxslər saxlanılıb

11:49
07 Aprel

Cəbrayılda sursat partlayışı nəticəsində xəsarət alan hərbçi dünyasını dəyişib

11:46
07 Aprel

2025-ci ildə Ümumdünya Sağlamlıq Günü ana və uşaq sağlamlığı mövzusunda qeyd edilir

11:37
07 Aprel

Ağdaşda Aqrar Biznes Festivalı keçirilib

11:31
07 Aprel

Bakıdan Kişinyova hər gün uçuşlar həyata keçiriləcək  

11:23
07 Aprel

Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib

11:01
07 Aprel

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb

10:51
07 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:41
07 Aprel

Azərbaycanın ilk satirik jurnalının yaranmasından 119 il ötür  

10:35
07 Aprel

Şuşada növbəti əmək yarmarkası keçirilib

10:18
07 Aprel

Piylənmənin səviyyəsi artdıqca sağlamlıq riskləri də artır - TƏDQİQAT

09:24
07 Aprel

Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb

23:57
06 Aprel

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir

20:45
06 Aprel

Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq

19:33
06 Aprel

Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub

18:23
06 Aprel

Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb

18:03
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!