Martın 4-də ADA Universitetində 1918-1920-ci illərdə çap edilmiş “Azərbaycan” qəzeti və XIX əsrin axırlarında işıq üzü görmüş iki hissədən ibarət “Vətən dili” dərsliyinin latın qrafikasında nəşrlərinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bu ali təhsil ocağında ilk gündən Azərbaycan tarixinə diqqət yetirildiyini deyib. Rektor Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfransların keçirilməsini və çoxsaylı nəşrləri diqqətə çatdırıb.
“Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını xatırladan rektor ADA Universitetinin bu sahədə gördüyü işlərdən də söz açıb və ötən il Seminariyanın tarixi binasının bərpasını və ADA Universitetinin “Bir müəllimin manifesti” təhsil proqramının başlanmasını yada salıb.
Latın qrafikasında təqdim edilən nəşrlərin vacibliyinə toxunan rektor Paşayev qeyd edib ki, “Azərbaycan” qəzetinin 450-yə yaxın nömrəsi indiyədək tam külliyyatda ərəb əlifbasından latın əlifbasına transliterasiya edilməyib. Bu istiqamətdə ayrı-ayrı təşəbbüslər olsa da, bütöv şəkildə nəşrlər ortaya qoyulmayıb. Bu baxımdan, 1918-1920-ci illərdə işıq üzü görmüş “Azərbaycan” qəzetinin seçmə saylarının çapı və qəzetin tam külliyyatının hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatı 20 cilddə olacaq. Hazırda I və II cild ictimaiyyətə təqdim olunur. Birinci cild 1918-ci ilin sentyabr-oktyabr aylarını, II cild 1918-ci ilin noyabr ayını əhatə edir.
Diqqətə çatdırılıb ki, ənənəni davam etdirmək məqsədilə ADA Universiteti I hissəsi 1882, II hissəsi 1888-ci illərdə çap edilmiş “Vətən dili” dərsliyinin də bütövlüklə, yəni hər iki hissəsi bir kitaba daxil edilməklə müasir oxucu üçün anlaşılan dildə təqdim olunmasını zəruri hesab edib və onu da nəşr etdirib.
Tədbirdə “Azərbaycan” qəzetini transliterasiya edənlər - filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağoğlu, Vətən dili” kitabını transliterasiya edən, qeyd və şərhlərin müəllifləri – Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, Sayman Aruz çıxış ediblər.
Təqdimat zamanı hər iki nəşrin aktuallığından bəhs edilib. Nəzərə çatdırılıb ki, “Azərbaycan” qəzeti transliterasiya edilərkən rast gəlinən xəbərlər, xüsusən ictimai-siyasi hadisələrlə bağlı informasiyalar bu günümüz üçün də aktualdır. Çıxışçılar əlavə ediblər ki, ADA Universitetinin latın dili qrafikası ilə təqdim etdiyi “Vətən dili” kitabı vaxtilə Cənubi Qafqazda azərbaycanlı uşaq və müəllimlər üçün mükəmməl dərs vəsaiti kimi əvəzsiz mövqeyə malik olub.
“Vətən dili” dərsliyi həm Qori, həm də onun varisi olan Qazax Müəllimlər Seminariyasının rəsmi dərsliyi olub.
Kitab strukturunu mövcud olmuş rus dərsliyi əsasında tapsa da, vaxtilə tərtibçilər onu tam milliləşdirməyə nail olublar. Azərbaycan dilinin gözəl bilicisi, Azərbaycan xalqını dərindən sevən Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov bu strukturu tərtib edərkən o dövrdə yaşayan Azərbaycan ziyalılarını dərsliyin ərsəyə gəlməsinə cəlb etmək üçün səylərini əsirgəməyiblər.
Təqdimatda dövlət və hökumət rəsmiləri, elmi ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə, həmçinin Xalq şairi Nəriman Həsənzadə, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, tarixçi alim İradə Bağırova, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Musa Qasımlı və başqaları çıxış ediblər.
Çıxışlarda bu kitabların nəşri Azərbaycanın elmi, ictimai, mədəni həyatında mühüm hadisə kimi dəyərləndirilib. Vurğulanıb ki, digər tarixi nəşrlər də transliterasiya olunmalı və cəmiyyətə çatdırılmalıdır.
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar
Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək
Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib
Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ
Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb
Şuşada bayram namazı qılınıb
Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib
Bakının məscidlərində bayram namazı qılınıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Almaniyada Qocalar evində yanğın olub, 50-dən çox insan xəsarət alıb
Ukrayna ordusunda kosmik qüvvələr yaradılır
Azərbaycanda Ramazan bayramıdır
ABŞ-da təyyarə yaşayış binasına düşüb
Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!