22 May 2014 01:05
281
SİYASƏT
A- A+
ABŞ-ın Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) ilə bağlı razılıq əldə edilmişdir

ABŞ-ın Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) ilə bağlı razılıq əldə edilmişdir

 

Məlumat üçün bildirək ki,  FATCA (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilmiş və 2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları və  xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

FATCA-ya əsasən, ABŞ vergi ödəyiciləri hesab olunan şəxslər xarici hesabları və digər maliyyə aktivləri barədə məlumatları ABŞ vergi bəyannaməsi ilə birlikdə İRS-ə təqdim etməlidir. Banklar da daxil olmaqla xarici maliyyə institutları isə ABŞ Daxili Gəlirlər İdarəsinə  onlarda hesab açmış ABŞ vergi mükəlləfləri barədə məlumatları, o cümlədən onların adları, vergi identifikasiya nömrələri, ünvanları, hesab qalıqları, hesaba daxil olan və hesabdan çıxan ödənişlər barədə məlumatları verməlidirlər. İstənilən dövlətin qanunun tələblərinə əməl etməyən, yəni İRS-lə əməkdaşlıq etməyən maliyyə institutlarını 2014-cü ilin 1 iyul tarixindən başlayaraq ciddi sanksiyalar gözləyir və onlara ABŞ-dakı, eləcə də FATCA-ya əməl etmək öhdəliyini qəbul etmiş digər dövlətlərdəki maliyyə institutlarında olan müxbir hesablar vasitəsilə edilən ödənişlərdən müxbir hesabın yerləşdiyi maliyyə institutu tərəfindən ödəmə mənbəyində 30 faiz vergi tutularaq İRS-ə köçürülməlidir.

Məlum olduğu kimi, bütün dünyada ABŞ dolları ilə həyata keçirilən ödənişlərin böyük əksəriyyəti ABŞ-da yerləşən banklardakı müxbir hesablar vasitəsilə həyata keçirildiyindən ABŞ-ın əməkdaşlıq etməyən istənilən xarici maliyyə institutuna qarşı qanunda nəzərdə tutulmuş cəza tədbirlərini tətbiq etmək üçün real imkanları vardır.

FATCA qəbul edildikdən sonra bir çox dövlətlərin daxili qanunvericiliklərinin həmin dövlətin banklarına və digər maliyyə institutlarına məlumatları xarici dövlətdə qəbul edilmiş qanun əsasında həmin dövlətə ötürməyə imkan vermədiyindən ABŞ Xəzinədarlıq Departamenti və İRS FATCA-nın tətbiqi üçün digər dövlətlərlə hökumətlərarası sazişlərin bağlanması yolu ilə məlumatların alınması variantı da qəbul edilmiş və təklif olunan hökumətlərarası sazişin iki modeli hazırlanmışdır. 1-ci model məlumatların maliyyə institutları tərəfindən İRS-ə deyil, öz dövlətlərinin səlahiyyətli orqanına, həmin orqan tərəfindən isə İRS-ə ötürülməsini nəzərdə tutur. Bu modelin isə "Model 1A" və "Model 1B" adlanan iki forması vardır. "1A Modeli"nə uyğun bağlanmış sazişlərə əsasən, ABŞ və digər dövlət arasında qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir, yəni, ABŞ tərəfi də eyni qaydada digər dövlətin vergi ödəyicilərinin ABŞ maliyyə institutlarında olan hesabları barədə məlumatları həmin dövlətin səlahiyyətli orqanına təqdim edir, "1B Modeli" əsasında bağlanmış sazişlərə əsasən isə, məlumatlar yalnız həmin dövlət tərəfindən ABŞ-a ötürülür.

Hökumətlərarası Sazişin 2-ci Modeli məlumatların maliyyə institutlarının özləri tərəfindən İRS-in elektron portalında qeydiyyatdan keçməklə birbaşa İRS-ə təqdim edilməsini nəzərdə tutur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli sərəncamı ilə FATCA-nın tətbiqi məqsədi ilə ABŞ hökuməti ilə Azərbaycan hökuməti arasında FATCA tələblərinin həyata keçirilməsi barədə hökumətlərarası sazişin bağlanması məqbul hesab edilmişdir. Qeyd edilən sərəncamla bağlanması nəzərdə tutulan hökumətlərarası sazişin modeli kimi mümkün olan ən əlverişli model, yəni dövlətlər arasında qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutan "1A Modeli", məlumat mübadiləsinin aparılması məqsədi ilə səlahiyyətli orqan qismində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir.

Hökumətlərarası saziş layihəsinin mətninin razılaşdırılması məqsədi ilə Nazirlər Kabinetinin eyni sərəncamı ilə komissiya yaradılmışdır və komissiya tərəfindən hökumətlərarası saziş layihəsinin ilkin mətni üzrə diplomatik kanallar vasitəsilə ABŞ tərəfi ilə aparılmış müzakirələr nəticəsində layihə üzrə mövcud modellərdən ən üstünü olan "1A Modeli" əsasında ümumilikdə razılıq əldə edilərək 16 may 2014-cü il tarixdə Azərbaycan Respublikası tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilmişdir.

Azərbaycan Respublikasının tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilməsi nəticəsində Azərbaycanın maliyyə institutları üçün İRS-in portalında qeydiyyatdan keçməyin son müddəti 5 may 2014-cü il tarixindən 31 dekabr 2014-cü il tarixinədək uzadılmışdır. Bundan əlavə, Azərbaycan maliyyə institutlarının 1 iyul 2014-cü il tarixindən başlayaraq tətbiq ediləcək sanksiyaların təsiri altına düşməyəcəyi birmənalı olaraq təmin edilmişdir.

Ümumilikdə mahiyyəti üzrə razılıq əldə edilmiş hökumətlərarası sazişin yekun mətninin hazırlanması, onun imzalanması ilə bağlı dövlətdaxili prosedurların həyata keçirilməsi və 31 dekabr 2014-cü il tarixinədək imzalanması təmin edildikdən sonra tərəflərin səlahiyyətli orqanları arasında məlumat mübadiləsinin praktiki təşkilinin formatı, konfidensiallığın qorunması və digər məsələləri tənzimləyən əlavə razılaşma bağlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!