10 Fevral 2026 08:10
577
SİYASƏT
A- A+
ABŞ vitse-prezidentinin regiona səfərinin ciddi nəticələri olacaq

ABŞ vitse-prezidentinin regiona səfərinin ciddi nəticələri olacaq


ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin keçən bir il ərzində sürətlə inkişafının parlaq göstəricilərindən biridir. Bu səfər regionda və dünyada çox gərgin və təlatümlü proseslərin getdiyi bir dövrə təsadüf edir. Belə bir dövrdə Ceyms Devid Vensin regiona səfəri göstərir ki, Cənubi Qafqaz, Azərbaycan ABŞ-nin xarici siyasətində çox önəmli yer tutur. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, bu səfərin Vaşinqton və Bakı arasındakı münasibətlər üçün əhəmiyyəti böyükdür: "İlk olaraq qeyd etmək lazımdır ki, ötən bir ildə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında bir neçə dəfə həm ikitərəfli, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlər baş tutub. Bu görüşlərdə həm Cənubi Qafqazın ümumi gələcəyi, həm də ikitərəfli münasibətlərlə bağlı bir çox razılıqlar əldə edilib. Əlbəttə ki, bu anlaşmalar içərisində ən mühüm əhəmiyyətə malik olan Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi istiqamətində aparılan işlərin sürətlənməsi və Zəngəzur dəhlizi ilə bağlı praktiki nəticələri olan razılıqların əldə olunmasıdır. Bu, dəhlizin ABŞ-nin iştirakı ilə TRIPP adı altında açılmasını nəzərdə tutur. Bu istiqamətdə artıq ciddi işlər görülüb. Bu, həmçinin ABŞ Prezidentinin Azərbaycana, ümumilikdə Cənubi Qafqaza münasibətində ciddi konstruktiv mövqeyinin olmasının göstəricisidir". 

Siyasi şərhçi qeyd edib ki, əvvəlki Co Bayden administrasiyasının birtərəfli ermənipərəst mövqeyi nəticəsində Amerikanın bütün vasitəçilik cəhdləri iflasa uğramışdı. Azərbaycan tərəfi açıq mövqe ifadə etmişdi ki, ABŞ sülh prosesində obyektiv, konstruktiv mövqe tutmasa, onun vasitəçiliyi ölkəmiz tərəfindən müsbət qarşılanmayacaq. "Donald Trampın prezident seçilməsindən sonra bu ölkənin xarici siyasətində edilmiş ciddi korrektələr ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesində ən vacib aktor kimi çıxış etməsi ilə nəticələndi. Ceyms Devid Vensin səfəri məhz bu istiqamətdə əldə olunmuş razılaşmanın bir daha müzakirə edilməsinə, onların daha səmərəli şəkildə icra olunmasına xidmət edəcək", - deyə o əlavə edib.

ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlər baxımından da mühüm əhəmiyyət daşıdığını deyən V.Hüseynov vurğulayıb ki, Vensi ABŞ-dən biznes nümayəndələri də müşayiət edəcək. Bu səfər çərçivəsində Amerika-Azərbaycan iqtisadi münasibətlərinin dərinləşməsi, investisiya imkanları, eyni zamanda ticarət dövriyyəsinin artırılması ilə bağlı təşəbbüslər müzakirə ediləcək. Bütün bunları nəzərə aldıqda görərik ki, ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlər üçün tarixi əhəmiyyətə malikdir. Bu səfərin, şübhəsiz ki, həm Cənubi Qafqaz, həm də Azərbaycan-ABŞ əlaqələri üçün ciddi nəticələri olacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!