02 Mart 2024 22:50
456
DÜNYA
A- A+

ABŞ Qəzzaya hərbi təyyarələrlə  yardım çatdırıb


ABŞ Qəzzaya hərbi təyyarələrlə ilk yardımı çatdırıb.
Bu barədə “Röyter” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Humanitar yardım "C-130 Hercules" hərbi-nəqliyyat təyyarələri vasitəsilə həyata keçirilib.
Yardıma 35 mindən çox (ümumilikdə 66 yük) qida məhsulları daxil olub. 
CNN televiziya kanalı xəbər verir ki, yüklərin çatdırılması üçün ABŞ-ın üç "C-130 Hercules" hərbi nəqliyyat təyyarəsi istifadə edilib və onların hər biri 22 blok ərzaq çatdırıb.
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Fələstin anklavına humanitar yardımın göndərilməsi qərarını açıqlayıb. O, Vaşinqtonun daha çox yardıma imkan verəcək atəşkəsə vasitəçilik etməyə çalışdığını bildirib. Onun fikrincə, daha çox insan heç bir bəhanə olmadan lazım olan yardımı ala bilməlidir. 

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video