17 Oktyabr 2025 08:10
1048
SİYASƏT
A- A+
ABŞ-dən Çinə qədər…

ABŞ-dən Çinə qədər…


Bütün siyasi platformalarda Azərbaycan nüfuzlu dövlət kimi qəbul olunur


Beynəlxalq münasibətlər sistemində dövlətlərin yeri və rolu çoxsaylı siyasi və iqtisadi faktorlarla müəyyən olunur. Bu faktorların arasında prioritet istiqamətlər dövlətin iqtisadi və sosial inkişaf göstəriciləri, yürütdüyü xarici siyasətin məzmunu, özünün milli maraq və mənafelərini təminetmə dərəcəsi, habelə regional və qlobal proseslərdə iştirakının səviyyəsidir. Bu amillər həm də dövlətin və ona rəhbərlik edən şəxsin nüfuzunu müəyyən edən meyarlar kimi özünü göstərməkdədir.

Respublikamızın bütün bu qeyd olunan istiqamətlər üzrə göstəriciləri qürurvericidir.


Ölkəmizin nailiyyətləri nümunəyə çevrilib


Bu gün dünya Azərbaycanı inkişaf göstəricilərini davamlı şəkildə yüksəldən, müstəqil xarici siyasət yürüdən, milli maraqlarını qətiyyətlə təmin edən, yalnız regionda deyil, qlobal səviyyədə narahatlıq doğuran məsələlərin yoluna qoyulmasına töhfələr verən dövlət kimi tanıyır. Müstəqil xarici siyasəti respublikamızı dünyanın bütün siyasi mərkəzləri ilə əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Öz enerji siyasəti ilə Xəzərdən hasil olunan neft və qazı dünya bazarlarına çıxaran Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Eyni zamanda respublikamız qlobal miqyasda sülhün və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edir, barışdırıcı missiya həyata keçirir. Orta gücə çevrilən Azərbaycan bu gün yalnız regionda deyil, qlobal müstəvidə də baş verən proseslərdə, dünyanı narahat edən aktual məsələlərin həllində fəal iştirak edir. 

Bütün bunların nəticəsidir ki, Azərbaycan regionun aparıcı dövlətidir. Eyni zamanda ölkəmiz dünyanın əsas siyasi qütblərinin Cənubi Qafqazdakı siyasi-iqtisadi tərəfdaşıdır. Azərbaycanın həm də qlobal miqyasda söz sahibi olan dövlət kimi qəbul edilməsi qürurdoğuran həqiqətdir. 

Azərbaycanı dünyaya tanıdan ən mühüm faktorlardan biri respublikamızın hər zaman tərəfdaşlığa sadiq olması, dünyada və regionda əməkdaşlığın daha da inkişafına xidmət edən tədbirlər həyata keçirməsidir. Təsadüfi deyil ki, bir sıra Avropa dövlətləri özlərinin enerji təhlükəsizliklərinin təminatında məhz Azərbaycana güvənirlər. Eyni zamanda respublikamızın enerji və nəqliyyat layihələri regionda və daha geniş arenada dövlətlərarası əməkdaşlığı daha da stimullaşdırır.

Azərbaycanın nüfuzlu dövlət kimi statusunu yüksəldən başqa bir amil isə işğal altında olan torpaqlarını müharibə yolu isə azad etməsidir. Artıq 5 ildir ki, dünyada həm də qalib, ərazi bütövlüyünü bərpa edən dövlət kimi tanınırıq. Respublikamızın bu uğurları dünyada nümunəyə çevrilib.


Azərbaycan diplomatiyasının qlobal uğuru


Bütün bu nailiyyətlərimizin müəllifi olan Prezident İlham Əliyev isə dünyanın sayılıb-seçilən liderləri ilə bir sırada dayanır, siyasi platformalarda böyük ehtiram və hörmətlə qarşılanır. Bunu dövlətimizin başçısının son dövrlərdə iştirak etdiyi nüfuzlu tədbirlər də təsdiqləyir. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev bu tədbirlərdə dünyanın aparıcı siyasi qütblərinin liderlərinin dəvəti ilə iştirak edib.

 Məsələn, bir müddət əvvəl Prezident İlham Əliyev  Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etdi. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil və bu tədbirə dəvət olunması Prezident İlham Əliyevə olan yüksək qlobal ehtiramın təcəssümüdür.

Oktyabrın əvvəllərində isə Prezident İlham Əliyev Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə siyasi və strateji müzakirələr üçün yaradılmış əlaqələndirmə platforması olan Kopenhagendə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etdi. Bu tədbir çərçivəsində Prezident İlham Əliyevin qarşı tərəfin müraciəti ilə keçirdiyi görüşlər bir daha göstərdi ki, Azərbaycanın həm regionda, həm də qlobal səviyyədə oynadığı mühüm rol Avropa liderlərinin də diqqət mərkəzindədir və bu, onların respublikamızla əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduqlarını bir daha təsdiq edir.

Oktyabrın 13-də isə Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etdi. Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, həm də regionda sülhü təmin edən təcrübəli siyasətçidir. İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda sülhün təmin olunması ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur, alqışlanır. Dövlətimizin başçısının Yaxın Şərq Sülh Sammitinə dəvət olunması həm ABŞ Prezidenti Donald Trampın İlham Əliyevə olan xüsusi ehtiramının göstəricisi, həm də Azərbaycanın sülh gündəliyinin qlobal miqyasda xüsusi maraqla qarşılanmasının təsdiqidir. 

Oktyabr ayında Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü və MDB Dövlət Başçıları Şurasının Düşənbədəki geniş tərkibdə iclası da Azərbaycanın regional proseslərdə və dövlətlərarası əməkdaşlıq məsələlərinin təşviq olunmasında aparıcı rolunu nümayiş etdirdi.  Bu tədbirlər də bir daha təsdiq etdi ki, Azərbaycan Prezidentinin müzakirə olunan məsələlərlə bağlı fikirləri, yanaşmaları əməkdaşlıq əlaqələrinin güclənməsinə xidmət edir.

Ən əsası bu tədbirlər göstərdi ki, Prezident İlham Əliyev dünyanın nüfuzlu liderlərinin sırasında dayanıb, Azərbaycan isə regional gücdən qlobal aktora çevrilib. ABŞ, Çin kimi dövlətlərin rəhbərləri, habelə Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Ona görə ABŞ-dən Çinə qədər bütün siyasi platformalarda Azərbaycan nüfuzlu dövlət kimi qəbul olunur.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!