07 Dekabr 2023 10:10
331
SİYASƏT
A- A+
ABŞ Cənubi Qafqazda bulandırdığı suları duruldacaqmı?

ABŞ Cənubi Qafqazda bulandırdığı suları duruldacaqmı?

 

Atalarımızın bir misalı var: "Dostunu mənə göstər, deyim sən kimsən". Gəlin baxaq görək düşmənimiz olan işğalçı Ermənistanın dostları kimlərdir. Birinci yerdə Fransadı, ikinci yerdə ABŞ, sonrakı yerlərdə isə bəzi Qərb ölkələridir.
 Bu məsələdə biz onların  işinə qarışmırıq. Çünki baxanda görürsən ki, Ermənistanın dostları tam dəqiqliyi ilə özünə oxşayır. Nə danışılası, nə də üzünə baxılasıdırlar. 
Ermənistanın ən yaxın dostlarından olan Fransa və ABŞ keçmiş zamanlarda ATƏT-in Minsk qrupunun həmsədrləri kimi guya Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışırdılar. Amma 28 il ərzində aparılan sülh danışıqları heç bir fayda vermədi. Bu illər ərzində Minsk qrupunun həmsədrlərindən heç biri Ermənistana "gözünün üstündə qaşın var" demədi. Təbiidir ki, danışıqlar uzanıb sonsuzluğa qədər gedə bilməzdi. Sülh danışıqları baş tutmayanda, işğalçı cəzalandırılmayanda isə müharibə qaçılmaz olur. Silahlar dilə gəlir, toplar gurlayır. 
Yeni ərazilər işğal etmək həvəsinə düşən Ermənistan silahlı qüvvələri 27 sentyabr 2020-ci ildə mövqelərimiz üzərinə hücuma keçdilər. Torpaqlarını müdafiə etməyə, müstəqilliyini qorumağa, ərazi bütövlüyünü bərpa etməyə hazır olan güclü, qüdrətli Azərbaycan Ordusunun zabit və əsgərləri döyüşə atıldılar. Qısa müddət ərzində erməni işğalçılarının qarşısı alındı və Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatlarına başlandı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bununla da, Cənubi Qafqazda yeni reallıqlar yarandı. 
Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycan şərtləri diktə edən tərəf kimi ikiüzlü, qərəzli siyasət yürüdən ABŞ başda olmaqla Qərb ölkələrinin hədəfinə çevrilib. İkinci Qarabağ müharibəsindən əvvəl ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi guya Qarabağa sülh gətirmək istəyirdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı işğaldan azad edəndən, bölgədə sülh yaradandan sonra ABŞ-nin mövqeyi əks istiqamətə dəyişdi. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradandan sonra Amerikanın maskası götürüldü. Mövqeyini dəyişən ABŞ müxtəlif bəhanələr uyduraraq bölgədə duru suları bulandırmağa başladı. Özünə oxşayan Ermənistana maddi yardımlar göstərdi, müxtəlif dairələr də arxasında dayandı.  
ABŞ-nin Ermənistanın yanında olması, onu dəstəkləməsi, əslində, bizim üçün təzə   deyildi. Bunu ötən illər ərzində çox görmüşdük. Hələ Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin geniş vüsət aldığı 1992-ci ildə Xocalı soyqırımı ilə yanaşı, Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan xalqına qarşı kütləvi qırğınlar törədilərkən, ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan xalqına qarşı misilsiz qəddarlıqla həyata keçirilən vandallığın qarşısını almaq əvəzinə susmağa üstünlük verdi. Özünü əziyyətə salıb Ermənistanı bu qanlı əməllərinə görə heç yalandan da olsa qınamadı. Gözlərini açıb həqiqəti görmək istəmədi.
Aradan çox zaman keçib. Amma ABŞ-nin siyasətində heç bir dəyişiklik baş verməyib. Elə həminki qərəzli, ikiüzlü siyasət yürüdən Amerika olaraq qalıb. ABŞ-dən fərqli olaraq aradan keçən zaman ərzində Azərbaycan çox dəyişib, inkişaf edib, artıq  1992-ci ildəki Azərbaycan deyil. Arxada qalan illər ərzində ölkəmizin iqtisadi, hərbi gücü qat-qat artıb. Artan bu güc, bu qüvvət Azərbaycanı qüdrətli bir dövlətə, dünyada söz sahibinə çevirib. Ölkəmiz gücünü, qüdrətini həm İkinci Qarabağ müharibəsində, həm də uğurla həyata keçirdiyi antiterror tədbirlərində bütün dünyaya göstərib. 
Okeanın o tayından gələn son zənglər, verilən açıqlamalar göstərir ki, deyəsən, ABŞ Azərbaycana qarşı tutduğu qərəzli mövqedən əl götürmək istəyir. Belə götürəndə bu, pis istək deyil. Amma əgər reallığa çevrilərsə. ABŞ Dövlət katibinin ermənipərəst mövqeyi ilə seçilən köməkçisi Ceyms O'Brayn özünün feysbuk hesabında yazıb ki, Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şaddır.
Bu ərəfədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller isə keçirdiyi ənənəvi brifinqdə bildirib: "Biz heç vaxt Azərbaycanla əməkdaşlığı davam etdirmirik deməmişik. Bu, Amerika Birləşmiş Ştatları olaraq bizim maraqlarımıza zidd olardı. Azərbaycan və Ermənistanla birbaşa danışıqlarımızı davam etdiririk. Biz həmçinin davamlı sülh əldə etmək üçün onlarla işləməyə davam edirik və bu, diqqətimizdə qalacaq".
Ümid edək ki, deyilənlər yalan olmayacaq. Axır ki, Amerika Azərbaycana qarşı tutduğu qərəzli mövqedən əl çəkəcək. Görəsən, ABŞ dediklərinin üstündə sonacan dayanıb Cənubi Qafqazda bulandırdığı suları duruldacaqmı? 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!