ABŞ Azərbaycanın yaratdığı yeni reallıqları tam qəbul edir
İlham Əliyev: "İndi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük"
44 günıük İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Əsas reallıq odur ki, Azərbaycan dövləti 30 ilə yaxın müddət ərzində söz anlamayan Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradaraq hərbi yolla işğal olunmuş torpaqlarını azad etdi. Bu qələbə ilə Azərbaycan regionda sülhə və təhlükəsizliyə əsas təhdid və maneə olan Ermənistanın işğalçılıq siyasətinə son qoydu.
Azərbaycan milli maraqlarını daim qətiyyətlə qoruyur
Ermənistanın kapitulyasiyasının siyasi və hüquqi təsdiqi olan 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyannaməsində müəyyən reallıqlar öz əksini tapıb. Bunlardan biri bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsidir. Sənədə əsasən, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməklə bağlı öhdəlik götürüb. Bəyannamədə Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası məsələsi də əksini tapıb.
Müharibəni qələbə ilə başa vuran Azərbaycan hərb meydanındakı uğurunu siyasi-diplomatik sahədə davam etdirməkdədir. Bu məsələdə ən böyük nailiyyət odur ki, artıq bütün dünya 44 günlük müharibənin nəticələrini tanıyır, regionda yaranmış yeni reallıqları bölüşür. Azərbaycanın yürütdüyü qətiyyətli siyasətin nəticəsi olaraq ermənipərəst mövqeyi ilə tanınan Qərb siyasi dairələrinin də müharibənin nəticələrini qəbul etməkdən başqa yolları qalmayıb. Tarixi qələbəmizin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədən sonra da Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanı öz yolundan heç bir qüvvə dayandıra bilməz və dövlətimiz istənilən vasitə ilə milli maraqlarını təmin etməyə qadirdir. "Nəticədə bu gün beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük", - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri də respublikamızın mövqeyi ilə uzlaşır. İlk növbədə Aİ də hesab edir ki, artıq gələcəyə baxmaq, yeni reallıqlar çərçivəsində münasibətləri normallaşdırmaq lazımdır. Eyni zamanda münasibətləri normallaşdırmaq üçün başlanan müzakirələrdə də Aİ Azərbaycanın yaratdığı yeni reallıqlardan çıxış edir. Qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyasına, iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına verdiyi dəstəyi, bu məsələləri daim diqqətdə saxlaması bunu təsdiqləyir.
Ağ Ev öz dəstəyini göstərməyə hazırdır
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində edilən təşəbbüsləri, bu prosesdə müzakirə olunan məsələləri ABŞ da dəstəkləyir. İyulun 25-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi zamanı toxunulan məsələlər bunu bir daha təsdiqləyir.
Xatırladaq ki, hələ may ayında ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda respublikamızın beynəlxalq məsələlərlə bağlı mövqeyi, qlobal təhlükəsizliyə dair fəaliyyəti təqdir olunmuşdu. Eyni zamanda Baydenin məktubu onu göstərmişdi ki, ABŞ İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycanın regionda yaratdığı reallıqları bölüşür. Belə ki, məktubda yer alan "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır" ifadəsi təsdiq edirdi ki, Vaşinqton İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul edir və dəstəkləyir.
Dövlət katibi Antoni Blinken isə iyulun 25-də etdiyi telefon zəngi zamanı ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib.
Söhbət zamanı Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirib. Azərbaycan Prezidenti qeyd edib ki, ölkəmiz artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.
ABŞ Dövlət katibi həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinken aprel ayında Brüsseldə keçirilən üçtərəfli görüşdən əvvəl Prezident İlham Əliyevə zəng etmiş, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirmişdi.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın Zəfəri və müharibədən sonra yaratdığı yeni reallıqlar dünyanın aparıcı siyasi dairələri tərəfindən qəbul olunur. Bu isə öz növbəsində Prezident İlham Əliyevin müdrik siyasətindən və uğurlu diplomatiyasından xəbər verir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...
26 Aprel
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib...
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə ...
26 Aprel
Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!