13 Noyabr 2025 08:25
1006
SİYASƏT
A- A+
8 Noyabr paradından verilən mesaj

8 Noyabr paradından verilən mesaj


"Biz hərb istəmirik, hərbə hazırıq"


Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən, Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi parad Azərbaycan xalqına şanlı Zəfərimizin sevinc və qürurunu bir daha yaşatdı. Uzun müddət torpaqlarımızı işğal altında saxlayan Ermənistan və onun arxasında dayanan bəzi dövlətlər işğalçıya siyasi, iqtisadi və hərbi dəstək göstərirdi. Elə düşünürdülər ki, əzəli-əbədi torpağımız olan Qarabağı və Şərqi Zəngəzuru əlimizdən ala biləcəklər. 

Tarix, zaman, dövlətimizin və xalqımızın polad iradəsi göstərdi ki, heç bir qəsbkar Azərbaycan torpağında bunu edə bilməz. Çünki Prezidentimiz, Müzəffər Ali Baş Komandan 

İlham Əliyevin dediyi kimi, bizim siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi: "Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər, bizi şanlı Zəfərə yaxınlaşdırırdı".

Bəli, yalnız güclü dövlətin güclü ordusu olur. Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi ilk gündən düzgün və məqsədyönlü siyasət yeridərək xalqımızı böyük Qələbəyə doğru apardı. Bu barədə Prezidentimiz bir çox çıxışında bəhs edib. Hərbi paradda da həmin fikirlər bir daha vurğulandı: "Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir".

Prezident, Ali Baş Komandan İlham Əliyev güclü Azərbaycan və müzəffər ordu yaratdı. Elə bir ordu ki, onun qarşısında heç bir qüvvə dayana bilmədi, ona heç nə maneə törədə bilmədi: "44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan bayrağı bizim ordumuzu, xalqımızı daha da ruhlandırırdı".

Budur, indi sevinclə, qürurla, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyə-diləyə şanlı Qələbəmizin 5 illiyıni qeyd edirik. Ötən bu 5 il ərzində biz yalnız iftixar hissi keçirməklə kifayətlənməmişik. Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. İllərlə öz sahiblərinin nəfəsinə, ayaq izlərinə intizar qalan torpaq da, yurd-yuvası üçün həsrət çəkən insanlar da indi sevinirlər. Keçmiş məcburi köçkünlər ardıcıllıqla, mərhələ-mərhələ doğma yurda dönürlər. Hərbi paraddakı çıxışında Prezident İlham Əliyev bunları da vurguladı: "Bu gün "Böyük qayıdış" proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq".

Bu qürur hissini bizimlə bərabər dost və qardaş ölkələr, xalqlar da keçirir. Təsadüfi deyil ki, hərbi paradda da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif xalqımızla birlikdə idi. Bir sıra dost və qardaş ölkələrin müdafiə nazirləri də gəlmişdilər. Digər hörmətli qonaqlarımız da vardı.

Qarabağın azadlığa qovuşmasının təkcə Azərbaycan üçün deyil, türk dünyası üçün də böyük bir qürur mənbəyi olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan ölkəmizlə əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın bundan sonra da davam edəcəyini diqqətə çatdırdı: "Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir. Xatırlayırsınız, "Əsrin müqaviləsi", "Azəri-Çıraq-Günəşli" başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, "Şahdəniz" və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk. Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarını artırmasını gözləyirik. Xəzərdən keçən "Şərq-Qərb" Orta dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram".

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə paraddakı çıxışını bu sözlərlə tamamladı: "Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu!"

Bu, hər birimizin qəlbindən keçən istək və arzudur.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:59
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:57
02 Aprel

Azercell abunəçilərinin nəzərinə

01:56
02 Aprel

Rostov vilayətində 24 saat ərzində ikinci dəfə dron həyəcanı elan edilib  

23:38
01 Aprel

Ötən il dünyada bərpaolunan enerji mənbələrinin ümumi gücü 15 faizdən çox artıb 

23:29
01 Aprel

Media: ABŞ-nin itirdiyi MQ-9 tipli PUA-ların sayı 16-ya çatıb

22:35
01 Aprel

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

21:40
01 Aprel

Nikol Paşinyan Qarabağ məsələsini bağlamağa çağırıb  

20:33
01 Aprel

Küveyt səmasında gərginlik: 3 raket və 17 PUA zərərsizləşdirilib  

20:19
01 Aprel

İndoneziya BMT-ni Livanda sülhməramlıların ölümü ilə bağlı təcili araşdırmaya çağırıb  

19:53
01 Aprel

Kreml Kiyevə tələb irəli sürüb

19:47
01 Aprel

Bahar Muradova: “Yüksəliş” müsabiqəsi istedadlı və bacarıqlı kadrların inkişafında mühüm rol oynayır  

19:43
01 Aprel

Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir  

19:38
01 Aprel

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda

19:27
01 Aprel

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət edəcək

19:23
01 Aprel

İqor Yuşkov: Rusiya-Azərbaycan qaz mübadiləsi ticarət üçün yeni imkanlar yaradır  

19:22
01 Aprel

Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın nüfuzunun artırılması istiqamətində səylər davam etdiriləcək  

18:51
01 Aprel

Portuqaliya Azərbaycanda səfirlik açacaq

18:41
01 Aprel

Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir

18:29
01 Aprel

Ekspert: Rusiya və Azərbaycan enerji əməkdaşlığını gücləndirir  

18:22
01 Aprel

Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlıq inkişaf etdiriləcək  

18:21
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!