21 Avqust 2025 08:23
530
İQTİSADİYYAT
A- A+
7 ayın makroiqtisadi göstəriciləri açıqlanıb 

7 ayın makroiqtisadi göstəriciləri açıqlanıb 


Qeyri-neft-qaz sektoru üzrə əlavə dəyər istehsalında 3,1, muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqında 9,4 faiz artım qeydə alınıb 


İlin ictimai-siyasi hadisələrlə zəngin olan 7 ayı geridə qalıb. Ölkəmiz üçün daha çox Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin və keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönmələrinin davam etməsi ilə yaddaqalan bu dövrdə bəs makroiqtisadi göstəricilər necə olub? 

Dövlət Statistika Komitəsinin (DSK) cari ilin yanvar-iyul aylarına olan məlumatına görə, ölkə üzrə 72,4 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,1 faiz artmış, neft-qaz sektorunda 3,3 faiz azalmışdır. 

DSK-nın hesabatına görə, yanvar-iyul aylarında ÜDM-in 35 faizi sənaye, 10,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 21,1 faizi digər sahələrdə istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 7076,9 manat əlavə dəyər düşmüşdür.    

7 ay ərzində ölkə üzrə 36,6 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ümumilikdə bu dövrdə məhsul istehsalı sənayenin qeyri neft-qaz sektorunda 5,5 faiz artmış, neft-qaz sektorunda 3,5 faiz azalmışdır. Sənaye məhsullarının 61,5 faizi mədənçıxarma, 32 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə əmtəəlik neft hasilatı 5,4 faiz azalmış, əmtəəlik qaz hasilatı 0,2 faiz artmışdır. 

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 88,2, əczaçılıq məhsulları istehsalı 81,3, toxuculuq sənayesi məhsullarının istehsalı 27,5, kimya sənayesi məhsullarının istehsalı 10,7, qida məhsullarının istehsalı 10,6, maşın və avadanlıqların istehsalı 10,6, tütün məmulatlarının istehsalı 8,1, rezin və plastik kütlə məmulatlarının istehsalı 5,3, neft məhsullarının istehsalı 1,4 faiz artmışdır.  

Artım, həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 2,5 və 4,7 faiz. 

Dövlət Statistika Komitəsininn açıqlamasına görə, cari ilin yanvar-iyul aylarında əsas kapitala 9 milyard 911,8 milyon manat vəsait yönəldilmişdir. Bu, 2024-cü ilin müvafiq dövründəkindən 3,4 faiz çoxdur. İstifadə olunmuş ümumi vəsaitin 50,9 faizi məhsul istehsalı və 33,7 faizi xidmət obyektlərinin, 15,4 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 76,7 faizi daxili sərmayələr olan vəsaitin 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,4 faiz azalmış, qeyri neft-qaz sektoruna sərf edilən vəsaitin həcmi isə 15 faiz artmışdır.   

Sosial sahəyə, daha dəqiq desək, cari ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə bu göstərici 2024-cü ilin eyni dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manata çatmışdır. Əhalinin ümumi gəlirləri isə 7 ay ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 50,5 milyard manata çatmışdır. 

DSK-nın hesabatında, həmçinin bildirilir ki, 7 ayda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 35 milyard 73 milyon manatlıq məhsul satılmış, 8 milyard 75,2 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,8, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 9,3 faiz artmışdır. 

Yanvar-iyul aylarının nəticələrinə əsasən, ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 2 milyard 82,8 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 73,1 faizindən əhali istifadə etmişdir. Bu aylar ərzində göstərilən xidmətlərin həcmi 7,4 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 83,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir: ötən 7 ayda ölkə üzrə 136,9 milyon ton yük, 1 milyard 187,7 milyon nəfər sərnişin daşınmışdır ki, bu da 2024-cü ilin eyni dövründəkindən yük daşınması üzrə 2,6, sərnişin daşınması üzrə 5 faiz çoxdur.   

Sonda istehlak qiymətləri barədə: cari ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri 105,8, o cümlədən qida məhsulları, içki və tütün məmulatları üzrə 106,6, qeyri-qida malları üzrə 102,6, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 107,3 faiz olmuşdur. 

  

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!