30 İyul 2026 09:31
273
İQTİSADİYYAT
A- A+
6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib


Bunun 12,7 milyard kubmetri ixrac olunub


Cari ilin birinci yarısında ölkəmizdə 25,4 milyard kubmetr təbii qaz hasil olunub. Bu həcmin 12,7 milyard kubmetri ixraca yönəldilib. Energetika Nazirliyi həm hasilatın, həm də ixracın artdığını bildirib. 

Qazın hasilatının da, ixracının da əsas mənbəyi dəniz yataqlarının "şah"ı olan "Şahdəniz"dir. Elə bu ilin yanvar-iyun aylarında Azərbaycanda hasil olunan qazın yarıdan çoxunu - 13,7 milyard kubmetrini bu yataq verib. Hazırda yataqdan qaz "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformaları vasitəsilə əldə olunur. 

Əsasən neft mənbəyi kimi tanıdığımız "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku isə özünün səmt qazı ilə də ölkə iqtisadiyyatına töhfə verir. Buradan çıxarılan səmt qazının xeyli hissəsi Neft Daşlarındakı qurğuya daxil olaraq Səngəçal terminalına, oradan da "Azəriqaz"a məxsus kəmərlə Azərbaycan dövlətinə çatdırılır.

Bu il iyunun 1-dən "Azəri-Çıraq-Günəşli"nin dərin laylarından ilk dəfə kommersiya məqsədli qaz hasilatına da başlanılıb. Ümumiyyətlə, AÇG-dən yarım ilin qaz hasilatı 7,3 milyard kubmetr təşkil edib.

İlin 6 ayında ölkədə hasil olunan qazın 3,6 milyard kubmetri SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) istismar etdiyi yataqlardan alınıb. 0,8 milyard kubmetr mavi yanacağı isə "Abşeron" yatağı verib. Xatırladaq ki, bu yatağın İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlamasının 3 ili tamam oldu. Ötən dövr ərzində yataqdan təqribən 4,8 milyard kubmetr təbii qaz və 1,8 milyon tonadək kondensat hasil edilib. 

Qeyd edildiyi kimi, 12,7 milyard kubmetr qaz ixraca yönəldilib ki, bu da ölkədə hasil olunan mavi yanacağın yarısını təşkil edir.

Azərbaycandan qaz alan ilk ölkə yaxın qonşumuz Gürcüstandır. Gürcüstana qaz 2006-cı ilin sonundan Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə çatdırılır. Ötən yarım ildə bu ölkə bizdən 1,2 milyard kubmetr qaz alıb. 

Bu dövr ərzində ixrac olunan qazın 4,9 milyard kubmetri Türkiyənin payına düşüb. Qardaş ölkə Azərbaycan qazını artıq 19 ildir idxal edir. 2018-ci ilin yarısına qədər mavi yanacaq Bakı-Tbilisi-Ərzurum kəməri ilə ixrac olunub. 2018-ci ilin ortalarından isə qaz həm də "Cənub qaz dəhlizi"nin seqmentlərindən olan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) vasitəsilə nəql edilir. Cari ilin birinci yarısında Türkiyəyə ixrac olunan 4,9 milyard kubmtr qazın 3 milyard kubmetrini TANAP ötürüb.

Məlum olduğu kimi, keçən ildən Türkiyə üzərindən Suriyaya da müəyyən həcmdə Azərbaycan qazı ixrac olunur. Ötən yarım ildə də ixrac davam edib. 

İxracın 5,9 milyard kubmetri isə Avropa ölkələrinə verilən qazdır. Avropaya ilk qaz 2020-ci il dekabrın 31-də "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ilə çatdırılıb. 

Hazırda həmin dəhliz və ona birləşən interkonnektorlar vasitəsilə 16 ölkə Azərbaycan qazı alır. Bu ölkələrin adlarını bir daha xatırladaq: Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya. Göründüyü kimi, bunların 14-ü Avropa ölkəsi, o cümlədən 10-u Avropa İttifaqına üzv dövlətlərdir. 

Almaniya və Avstriyaya qaz ixracına cari ildən etibarən başlanılıb. İyulun 13-də IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bunun qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsi olduğunu nəzərə çatdırmışdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edir və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdədir.


 F.SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub  

11:24
30 İyul

Mərkəzi Asiya-Azərbaycan: Tarixinin ən yüksək səviyyəsinə çatan Azərbaycan-Qırğızıstan münasibətləri 

11:17
30 İyul

Bu gün Beynəlxalq Dostluq Günüdür

11:10
30 İyul

Çempionlar Liqası: "Fənərbağça" növbəti mərhələyə vəsiqə qazanıb

11:03
30 İyul

Tramp: Zelenskiyə müharibəyə son qoymaq istədiyimi dedim

10:56
30 İyul

Dünya iqlim fəlakətləri ilə üz-üzədir

10:34
30 İyul

Kənd turizmi - əlçatan, rahat və səmərəli istirahət

10:27
30 İyul

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!