Azərbaycan xalqı 30 illik həsrətdən sonra 44 günün bəxş etdiyi xoşbəxtliyi yaşadı!
Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev nəsib etdi!
* Tarixinin ən qüdrətli Azərbaycanını yaratmaqla!
* Qurduğu möhtəşəm ordu ilə XXI əsrin ən yeni müharibəsini aparmaqla!
* Düşmən ordusunun başını əzərək, onu ərazimizdən iti qovan kimi qovmaqla, ərazi bütövlüyümüzü bərpa etməklə!
* Əzablı məcburi köçkün ömrü yaşayanları yenidən doğma el-obaya qovuşdurmaqla!
Bu qələbə hamını heyran etdi:
Dostlar sevindi, bədxahlarımız yasa batdı!
Məğlub Ermənistanın baş naziri Paşinyan miskin vəziyyətdə kapitulyasiya aktını imzalamaq zorunda qalsa da, sonradan sözündən və imzasından imtina etdi, sülh müqaviləsinin bağlanmasını uzatdı.
Yenidən Ermənistan ordusunu silahlandırmaqla, Qarabağdakı separatçı rejimi dəstəkləməklə, 11 min nəfərlik qanunsuz silahlı birləşməsini Azərbaycan ərazisindən çıxarmamaqla, əslində, revanşa hazırlaşmağa başladı.
Hətta müdafiəçilərinə və havadarlarına arxalanaraq, kapitulyant ölkə olduğunu unudaraq bizə qarşı gülünc şərtlər irəli sürməyə başladı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin xəbərdarlıqlarını eşitmədi, Azərbaycanın səbrindən sui-istifadəyə meyilləndi.
Hadisələr "dəmir yumruğ"un yenidən işə salınmasına doğru inkişaf edirdi.
Nəyi nə vaxt və necə etməyi yaxşı bilən İlham Əliyev sülhdən yayınan hayların bu "istəyi"ni də yerinə yetirdi!
***
44 günlük Zəfərin tamamlanmamış hissəsi, bir-iki kəm-kəsiri də vardı...
Bu, mövcud vəziyyətdən, Azərbaycana qurulan tələdən yaranmışdı.
Ölkəni gələcək siyasi hücumlardan, "insan haqları" ittihamlarından, hər hansı bir sanksiyadan qorumaq üçün Müzəffər Ali Baş Komandan bir qədər səbir etməyi, qazanılan möhtəşəm qələbənin davamını sülh şəraitində başa çatdırmağı üstün tutmuşdu.
Lakin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, çoxsaylı və müxtəlif səpkili müdafiəçiləri dinc həllə imkan yaratmadı.
Odur ki, 44 günlük Vətən müharibəsinə daha 23 saat 43 dəqiqəlik lokal antiterror tədbirlərinin əlavəsinə zərurət yarandı!
İlham Əliyev yenə də vaxtı və məqamı böyük məharətlə seçdi, "ağıllandırma tədbirləri"ni görünməmiş sürətlə apararaq Ermənistanın Ağdərədəki gizli hərbi bazasını və Qarabağdakı 11 minlik qanunsuz silahlı birləşməsini darmadağın edərək ağ bayraq qaldırmağa vadar etdi!
Heyrətamiz dərəcədə sürətlə və yüksək dəqiqliklə aparılan lokal tədbirlər sayəsində görünməmiş nəticələrə nail olundu:
Yerli relyefdən, təbii maskalanmadan istifadə edən düşmən ordusunun 90-dan artıq döyüş mövqeyi məhv edildi, bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçdi.
Qarşı tərəfə məxsus 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyadanın döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi.
Təslim edilən düşmən bütün silah-sursatını öz əli ilə bizə təhvil verəcəkdir!
Beləliklə, möhtəşəm Zəfərə 23 saatlıq əlavə Azərbaycan ərazisindəki erməni silahlılarının tərk-silah olunaraq torpaqlarımızdan təmizlənməsinə son nöqtəni qoydu!
***
Müzəffər Ali Baş Komandan İlham Əliyev lokal antiterror tədbirlərini sürət və uğurla başa çatdırmaqla, əslində, həm də dünya erməniliyi üzərində möhtəşəm qələbəsini tamamladı!
Dünya erməniliyi çox böyük imkanlara, siyasi təsiretmə və maliyyə gücünə malikdir.
Müxtəlif ölkələrdə yerləşərək adlarını "erməni diasporu" qoysalar da, vahid mərkəzdən idarə olunmaqla vahid mövqedən çıxış edirlər.
Erməni diasporları hətta prezident seçkilərinə belə təsir göstərir, ən güclü dövlətlərin yeni başçılarını özlərindən asılı vəziyyətə salmağı bacarırlar.
Sonra bu asılılıqdan öz məqsədləri üçün istifadə edirlər.
MƏSƏLƏN:
* ABŞ-dəki erməni diasporu bir neçə il öncə 24 apreldə Baydenə "erməni soyqırımı" ifadəsini işlətdirdi!
Doğrudur, bununla dünya qopmadı və heç nə dəyişmədi, amma haylar çoxdankı "arzu"larına çatdılar.
* Fransadakı erməni diasporu hazırkı prezident Makronu əl quzusuna döndərib və Makron Fransa xalqından çox ermənilərin maraqlarını güdür.
* Erməni diasporu ABŞ Konqresinin komitə sədri Nensi nənəni İrəvandakı saxta "erməni soyqırımı" abidəsini ziyarətə göndərə bilir.
Nensi nənə isə abidə önündə ağlayaraq erməni borcundan bu sayaq çıxır.
* Erməni diasporu Paris şəhərinin meri İdalqoya digər həmkarları ilə birlikdə Qarabağa humanitar yardım apartdırmağı bacarır.
Parisi zir-zibil içində qoyub Laçın postunadək gələn erməni əlaltıları isə sərhədi keçə bilməsələr də, xidmətlərini nümayiş etdirirlər.
* Rusiyadakı erməni diasporu bütün KİV-ə və mərkəzi telekanallara nəzarəti əlinə alıb.
Həmin KİV-də və telekanallarda çalışan erməni qulbeçələri Rusiyanın dövlət siyasətini və maraqlarını kənara qoyaraq erməni maraqlarının yeridilməsi ilə məşğul olurlar.
Əlbəttə, misalların sayını daha da artırmaq, BMT-nin Təhlükəsizlik Şurasında, Avropa İttifaqında, AŞ PA-da ermənilərə qulluq göstərənləri də xatırlatmaq olar.
Hesab edirik ki, bəsdir!
Azərbaycan Prezidenti İlham Əliyev "dəmir yumruğ"u ilə müxtəlif ölkələrdəki erməni diasporunun xərclədiyi pulları batırdı, dünya erməniliyini tarixində ən böyük və ən biabırçı məğlubiyyətə uğratdı!
"Böyük Ermənistan" ideyasını sabun köpüyü kimi partlatdı!
***
Dünya erməniliyi, Ermənistan və Qarabağ separatçıları üzərində qələbəyə Azərbaycan çox uzun, çətin, mürəkkəb və gərgin çarpışmalar keçərək gəlmişdir.
Azərbaycanın taleyüklü məqamlarında ondan ərazi qoparmağı bacaran düşmən ötən əsrin 90-cı illərində ikinci dəfə dövlət müstəqilliyi qazanılan zaman yenə fürsəti əldən buraxmadı.
Həmin vaxtlar ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz insanların rəhbərlik etmələri də düşmənin əlinə işlədi.
Xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdanda isə artıq iş-işdən keçmiş, ərazimizin bir qismi işğala məruz qalmışdı...
Ömür Ulu Öndərimizə vəfa etmədiyindən xilaskarlıq missiyası da Prezident İlham Əliyevin öhdəsinə düşdü!
20 il ərzində çox ağır, çox çətin və bir sıra sahələri əhatə edən istiqamətlərdə mübarizə getdi!
* Güclü ordu qurmaq üçün güclü iqtisadiyyat, böyük maliyyə vəsaiti tələb olunurdu.
Azərbaycan sürətli və davamlı inkişaf yoluna çıxarıldı.
* Müasir ordu yaradılması üçün vətənpərvər gənclər nəsli yetişdirilməli, müasir silahlar alınmalı idi...
İlham Əliyev idman meydanlarında yeni gənclər nəsli tərbiyə etdi, onların sırasından igid əsgər və zabitlər yetişdirdi, Azərbaycanın dostları hesabına hərbi arsenalını ən yeni texnologiyalara əsaslanan silahlarla təmin etdi.
* Təkcə hərb meydanında deyil, diplomatiya cəbhəsində də çarpışmaq tələb olunurdu...
İlham Əliyev "hücum diplomatiyası"nı tətbiq etməklə bu sahədə də dönüş yaratmağı bacardı.
Ermənilər artıq beynəlxalq qurum və təşkilatlarda meydan sulaya, "rahat işləyə" bilmirdilər, Azərbaycanın Qoşulmama Hərəkatından qazandığı dostları BMT müstəvisindəki mübarizədə bizə arxa durur, erməni havadarlarının bir çox təşəbbüs və niyyətini puça çıxarırdılar.
Hər məqamın irəlicədən nəzərə alınması, hər sahədə mühüm yeniliklərin baş verməsi, ən əsası, zəruri və qabaqlayıcı addımların vədəsində atılması Azərbaycanın uğurlarını təmin etdi!
Tarixə Vətən müharibəsi kimi düşən 44 günlük döyüşlərdə Azərbaycan təkcə hərb meydanında deyil, diplomatiya və informasiya cəbhəsində də öz gücünü və imkanlarını göstərdi.
Hərb cəbhəsinin qalibi Azərbaycan Ordusu, informasiya və diplomatiya meydanının qəhrəmanı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu!
***
Sarsılmaz iradə və qətiyyətin daha bir parlaq nümunəsi -
Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətli və cəsarətli addım atmaqla aprelin 23-də Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratdı.
Beləliklə, 30 il ərzində Ermənistanla Qarabağ arasında sərbəst və nəzarətsiz gediş-gəlişə son qoydu!
* Daha kimsə Azərbaycanın icazəsi və razılığı olmadan ərazimizə daxil ola bilmir.
* Daha dünyanın hər yerindən pərvazlanan erməni təəssübkeşləri Qarabağa sərbəst girmirlər.
* Daha bizim giriş qapımıza özgələri ağalıq etmirlər!
Paşinyanın "humanitar şou" təşkil edərək Xankəndidəki ermənilərə bir ay əvvəl göndərdiyi 22 TIR-lıq yardım hələ də sərhəddə gözləyir...
Fransadan Paris merinin başçılığı ilə göndərilən ərzaq yüklü maşınlar Laçından buraxılmadı...
Ağdam-Xankəndi yolu isə fəaliyyətə başladı!
İkinci uğurlu məqam Qarabağda yaşayan erməni sakinlərinin nümayəndələri ilə görüşdür.
Əvvəlcə Ermənistan bu görüşdə tərəf kimi iştirak etməyə can atdı.
İlham Əliyev xam xəyallara düşən Paşinyanın burnundan vurdu!
Separatçı rejimin nümayəndələri Qarabağ ermənilərini təmsil etməyə çalışırdılar.
Onların cinayətkar olduqları və gələcəkdə Azərbaycan qanunları ilə cəzalandırılacaqlarını bəyan etdi!
Danışıqları "beynəlmiləlləşdirilmək" üçün dəridən-qabıqdan çıxanlar oldu.
Yerlərində oturtduruldular!
Bu məsələ də İlham Əliyev deyən kimi oldu!
Sentyabrın 21-də Yevlax şəhərində Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi.
Qarabağın bütün guşələrində Azərbaycan bayrağının dalğalanmasından və ölkəmizin erməni-əsilli sakinlərinin reinteqrasiyasından xəbər verən yeni görüş!
***
Artıq Qarabağın erməni separatizmindən azad edilməsi prosesinə başlanılıb!
Ermənistandan gələrək Qarabağda yaşayan erməniləri sərsəm ideologiyalarının girovuna çevirən Ermənistan erməniləri rədd olub gedirlər.
Niyyətlərindən dönməyənləri isə Azərbaycan qanunları gözləyir!
Nəhayət, 1998-ci ilin fevralından başlayan "miatsum" hərəkatına, "Böyük Ermənistan" xülyasına "dəmir yumruğ"un iki zərbəsi ilə son qoyuldu!
Bu yolda qanlar töküldü, şəhidlər verildi...
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Bu müharibələr Azərbaycana böyük ziyanlar vurdu!
Amma sadə ermənilər, erməni anaları və arvadları da ağ günə çıxmadılar!
Hər il "Yerablur" öz sahəsini xeyli genişləndirir.
Nəhayət, Qarabağdakı ermənilər də insan kimi rahat və asudə yaşamaq imkanı qazandılar!
İlham Əliyev dünya erməniliyinin ən böyük layihəsini puça çıxardı!
İlham Əliyev dünyanın ən böyük yalanına, bir çoxları tərəfindən müdafiə edilərək həqiqət donu geyindirilən yalanına əzmi və qətiyyəti ilə qalib gəldi!
Qələbələrin mübarək, Azərbaycan!
Qarabağ Azərbaycandır!
Bəxtiyar SADIQOV