14 Yanvar 2022 00:52
1365
SİYASƏT
A- A+
40 illik unudulmaz xatirə: Heydər Əliyevin Şuşada güclü qara görə yoxuşda qalan avtomobilini gənclər çiyinlərində qaldırdılar

40 illik unudulmaz xatirə: Heydər Əliyevin Şuşada güclü qara görə yoxuşda qalan avtomobilini gənclər çiyinlərində qaldırdılar

 

...1982-ci il yanvar ayının 14-də Ulu Öndər Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmişdi. Mən o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim. Dağlıq Qarabağda erməni şovinizmini susduran Heydər Əliyevə vətəndaşlarımızın ehtiramı, rəğbəti o qədər güclü idi ki, bu görüşə kütləvi axın vardı.

Yaxşı xatirimdədir, həmin gün güclü qar yağmışdı. Heydər Əliyevi gətirən maşın Şuşanın girəcəyində, hərbi komissarlığın qarşısından qalxa bilmədi. Mən hüquq-mühafizə orqanlarının bir qrup əməkdaşı və ətrafdakı cavanlarla köməkləşib maşını əllərimizdə yoxuşdan qaldırıb düz yerdə qoyduq. Bununla qarabağlı gənclər qətiyyəti ilə erməni millətçilərinə sipər olan ölkə rəhbərinə öz ehtiramlarını bildirirdilər...

Ulu Öndər hələ ötən əsrin 60-cı illərində DTK-da rəhbər vəzifələrdə çalışarkən Qarabağda güclənən erməni şovinizminə, millətçi meyillərə qarşı kəskin mübarizə aparırdı. Ancaq  70-ci illərdə artıq ölkə rəhbəri kimi bu prosesi daha düzgün strateji hədəflər və dəqiq taktiki həmlələrlə həyata keçirməyə başladı. Moskvadakı havadarlarının dəstəyinə baxmayaraq, vilayətin şovinist ünsürləri, o cümlədən rəhbər heyət administrativ postlardan kənarlaşdırıldı, Azərbaycanın mütləq siyasi-inzibati iradəsi ilə hesablaşan erməni kadrlar irəli çəkildi. Bununla bərabər, bölgənin dövlət qurumlarında, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunması xeyli artdı. Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə qaytarıldı. Vilayətdə yaşayanların demoqrafik tərkibində azərbaycanlıların artımı dinamik hal aldı, bölgənin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq prosesi intensivləşdi, mühüm sosial infrastrukturlar yaradıldı və davamlı təkmilləşdirildi. Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmir yolu xəttini çəkdirməklə Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını yaratdı və onu daim möhkəmləndirdi.

Necə ki bu gün Müzəffər Ali Baş Komandan onilliklərdən sonra Qarabağı Azərbaycanın suveren hüquqları çərçivəsinə qaytardı, eləcə də Heydər Əliyev ötən əsrin 70-80-ci illərində artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytarmışdı.

Qarabağın tək coğrafi deyil, həm də mənəvi-siyasi yüksəkliyi olan, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın azad olunmasını xalqa bəyan edərkən möhtərəm dövlət başçısı bu qələbəni Ümummilli Liderin vəsiyyətinin həyata keçməsi kimi dəyərləndirdi. Həm də qələbə müjdəsini Mehriban xanım Əliyeva ilə birgə Ulu Öndərin məzarını ziyarət edərək bütün dünyaya çatdırdı. Cənab  İlham Əliyevin Sərkərdəliyi ilə qazanılan  Böyük Zəfər həqiqətən də  Heydər Əliyev ideallarının təntənəsi, daha bir taleyüklü  arzusunun gerçəkləşməsidir.

Ali Baş Komandanın müəllifi olduğu bu Zəfər tariximizin ikinci Xilaskarlıq, Qurtuluş missiyasıdır. 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini, müstəqillyini dağılıb məhv olmaqdan qorudu, ölkəmizə və xalqımıza qurtuluş bəxş etdi. Eynilə Prezident İlham Əliyev də 2020-ci ilin  noyabrında Şuşanın timsalında Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edib, bu ərazilərə, ümumiyyətlə isə, vətənimizə və millətimizə başucalığı, xilas, qurtuluş bəxş etdi.

Qarabağ indi ötən əsrin 70-80-ci illərində onu yenidən quran, inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiramla ucaldılır. Hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə Ağdamdan Kəlbəcərə, Füzulidən Şuşaya, Tuğdan Azıxa qədər bütün məkanlarda onlarca tarixi, mədəniyyət və mənəviyyat abidələrimiz bərpa olunur, yenidən həyata qaytarılır. Bu baxımdan Prezident İlham Əliyevlə yanaşı, hörmətli Mehriban xanım Əliyevanı da haqlı olaraq Qarabağın və Şərqi Zəngəzurun baş memarları adlandırmaq olar.

 

General-polkovnik Ramil USUBOVun

“Azərbaycan” qəzetinə müsahibəsindən

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!