40 illik unudulmaz xatirə: Heydər Əliyevin Şuşada güclü qara görə yoxuşda qalan avtomobilini gənclər çiyinlərində qaldırdılar
...1982-ci il yanvar ayının 14-də Ulu Öndər Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmişdi. Mən o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim. Dağlıq Qarabağda erməni şovinizmini susduran Heydər Əliyevə vətəndaşlarımızın ehtiramı, rəğbəti o qədər güclü idi ki, bu görüşə kütləvi axın vardı.
Yaxşı xatirimdədir, həmin gün güclü qar yağmışdı. Heydər Əliyevi gətirən maşın Şuşanın girəcəyində, hərbi komissarlığın qarşısından qalxa bilmədi. Mən hüquq-mühafizə orqanlarının bir qrup əməkdaşı və ətrafdakı cavanlarla köməkləşib maşını əllərimizdə yoxuşdan qaldırıb düz yerdə qoyduq. Bununla qarabağlı gənclər qətiyyəti ilə erməni millətçilərinə sipər olan ölkə rəhbərinə öz ehtiramlarını bildirirdilər...
Ulu Öndər hələ ötən əsrin 60-cı illərində DTK-da rəhbər vəzifələrdə çalışarkən Qarabağda güclənən erməni şovinizminə, millətçi meyillərə qarşı kəskin mübarizə aparırdı. Ancaq 70-ci illərdə artıq ölkə rəhbəri kimi bu prosesi daha düzgün strateji hədəflər və dəqiq taktiki həmlələrlə həyata keçirməyə başladı. Moskvadakı havadarlarının dəstəyinə baxmayaraq, vilayətin şovinist ünsürləri, o cümlədən rəhbər heyət administrativ postlardan kənarlaşdırıldı, Azərbaycanın mütləq siyasi-inzibati iradəsi ilə hesablaşan erməni kadrlar irəli çəkildi. Bununla bərabər, bölgənin dövlət qurumlarında, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunması xeyli artdı. Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə qaytarıldı. Vilayətdə yaşayanların demoqrafik tərkibində azərbaycanlıların artımı dinamik hal aldı, bölgənin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq prosesi intensivləşdi, mühüm sosial infrastrukturlar yaradıldı və davamlı təkmilləşdirildi. Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmir yolu xəttini çəkdirməklə Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını yaratdı və onu daim möhkəmləndirdi.
Necə ki bu gün Müzəffər Ali Baş Komandan onilliklərdən sonra Qarabağı Azərbaycanın suveren hüquqları çərçivəsinə qaytardı, eləcə də Heydər Əliyev ötən əsrin 70-80-ci illərində artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytarmışdı.
Qarabağın tək coğrafi deyil, həm də mənəvi-siyasi yüksəkliyi olan, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın azad olunmasını xalqa bəyan edərkən möhtərəm dövlət başçısı bu qələbəni Ümummilli Liderin vəsiyyətinin həyata keçməsi kimi dəyərləndirdi. Həm də qələbə müjdəsini Mehriban xanım Əliyeva ilə birgə Ulu Öndərin məzarını ziyarət edərək bütün dünyaya çatdırdı. Cənab İlham Əliyevin Sərkərdəliyi ilə qazanılan Böyük Zəfər həqiqətən də Heydər Əliyev ideallarının təntənəsi, daha bir taleyüklü arzusunun gerçəkləşməsidir.
Ali Baş Komandanın müəllifi olduğu bu Zəfər tariximizin ikinci Xilaskarlıq, Qurtuluş missiyasıdır. 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini, müstəqillyini dağılıb məhv olmaqdan qorudu, ölkəmizə və xalqımıza qurtuluş bəxş etdi. Eynilə Prezident İlham Əliyev də 2020-ci ilin noyabrında Şuşanın timsalında Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edib, bu ərazilərə, ümumiyyətlə isə, vətənimizə və millətimizə başucalığı, xilas, qurtuluş bəxş etdi.
Qarabağ indi ötən əsrin 70-80-ci illərində onu yenidən quran, inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiramla ucaldılır. Hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə Ağdamdan Kəlbəcərə, Füzulidən Şuşaya, Tuğdan Azıxa qədər bütün məkanlarda onlarca tarixi, mədəniyyət və mənəviyyat abidələrimiz bərpa olunur, yenidən həyata qaytarılır. Bu baxımdan Prezident İlham Əliyevlə yanaşı, hörmətli Mehriban xanım Əliyevanı da haqlı olaraq Qarabağın və Şərqi Zəngəzurun baş memarları adlandırmaq olar.
General-polkovnik Ramil USUBOVun
“Azərbaycan” qəzetinə müsahibəsindən
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olunub
18 Avqust
Rusiyadan 225 kiloqram qızıl çıxarmağa cəhd edən Ermənistan vətəndaşları saxlanılıb
18 Avqust
Prezident İlham Əliyev Efiopiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edi...
18 Avqust
Məktəb direktorları, direktor müavinləri və müəllimlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən ...
18 Avqust
Həftəsonunadək hava durğun və bürkülü olacaq
18 Avqust
Prezident İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəb...
18 Avqust
Prezident İlham Əliyev Çadın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib YEN...
18 Avqust
İran hərbi nümayəndə heyəti Ağdam rayonunda olub
18 Avqust
Ölkənin bəzi yerlərində 41 dərəcə isti olacaq
18 Avqust
FHN-in bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs ...
18 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
KİFAYƏTDİR!

7 körpü, 7 tunel, 30 yeraltı keçid

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə ver...

Konyada V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilibAzərbaycan Prezidenti İl...

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!