28 May - Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib
Azərbaycanın Pakistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə İslamabadda rəsmi qəbul keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Xəzər Fərhadov Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də yaradıldığını və müsəlman Şərqində ilk demokratik respublika olduğunu bildirib.
O, Cümhuriyyətin qısa müddətdə keçdiyi inkişaf yolu barədə geniş məlumat verib, 23 aylıq dövr ərzində bir sıra mühüm, xüsusilə demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi kimi nailiyyətlərə imza atdığını vurğulayıb.
Həmçinin 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri əsasında müstəqil Azərbaycan qurduğunu vurğulayıb.
Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çətin günlərində - 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi, ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq ölkənin müstəqilliyini əbədi etdiyi bildirilib.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu nailiyyətlər Azərbaycan xalqının həyatının bütün sahələrində özünü göstərir.
Diplomat, eyni zamanda, Azərbaycanın Vətən müharibəsində Zəfərinə toxunub, Azərbaycan-Pakistan münasibətlərindən bəhs edib.
Tədbirin ali qonağı - Pakistanın təhsil və peşəkar təlim üzrə federal naziri Rana Tanver Hüseyn çıxışında bayram münasibətilə təbriklərini çatdırıb, 28 Mayın Azərbaycanın dövlətçilik tarixində şanlı və mühüm günlərdən biri olduğunu deyib.
Rana Tanver Hüseyn Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra regionun inkişafına mühüm töhfə verən böyük transmilli enerji, nəqliyyat və infrastruktur layihələrini həyata keçirdiyini bildirib, iqtisadiyyatının əhəmiyyətli inkişafına nail olduğunu qeyd edib. Azərbaycan ilə Pakistan arasındakı əlaqələrini “qardaşlıq münasibətləri” adlandırmaqdan fəxarət hissi duyduğunu vurğulayan nazir 2023-cü ildə 100 illik yubileyi qeyd edilən dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həm də iki ölkə arasında əlaqələrin inkişafının banisi olduğunu diqqətə çatdırıb.
Nazir Azərbaycan ilə Pakistan arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu deyib.
Tədbir çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub, ölkəmizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Saturnun peykində su buxarı aşkar edilib
31 May
Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsn...
31 May
“Maire Tecnimont” şirkəti ilə enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb...
31 May
Mümkün atom qəzası ilə bağlı XƏBƏRDARLIQ
31 May
Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib
31 May
Nadir qara dəlik kəşf edilib
31 May
“WhatsApp” hesabını artıq 4 cihazda açmaq olacaq
31 May
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
31 May
Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət açıqlanıb
31 May
ADY və DİN Şəmkirdə dəmir yolu keçidində baş vermiş hadisə ilə bağlı birgə açıqlama yayıblar...
31 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!