17 Sentyabr 2025 08:20
1979
İQTİSADİYYAT
A- A+
2026-cı ilin dövlət və icmal büdcələri artımla proqnozlaşdırılır

2026-cı ilin dövlət və icmal büdcələri artımla proqnozlaşdırılır


Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamanı ictimaiyyətə təqdim edib. Açıqlamada qeyd olunur ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk səkkiz ayında ümumi daxili məhsul (ÜDM) real ifadədə 1 faiz artmış nominal ifadədə 83 milyard manat təşkil etmişdir. Adambaşına düşən ÜDM real ifadədə 0,6 faiz artaraq 8111,3 manat olmuşdur.


Bu ilin sonuna ÜDM-in həcminin 134 milyard manatı ötməsi gözlənilir


Proqnozlara əsasən, 2026-cı ilin sonuna ÜDM-in həcminin 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in 101,7 milyard manat təşkil edəcəyi gözlənilir. 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır.

Açıqlamada bildirilir ki, 2026-cı il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilmişdir. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, onların 2027-2030-cu illəri əhatə edən növbəti mərhələsi, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi əsas aktual çağırışlar hesab olunur. 

2026-cı ildə büdcə gəlirləri sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi, gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır. 

Dövlət büdcəsinin əsas xərc istiqamətləri isə büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə müəyyənləşdirilmişdir.  Ümumilikdə 2026-2029-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcəkdir. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası,  iqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısı ilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi,  əməkhaqqı sisteminin təkmilləşdirilməsi, əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətlərini təşkil edəcək.


Qarşıya qoyulan bütün vəzifələr tam şəkildə yerinə yetiriləcək


Gəlir və xərclərə gəldikdə, 2026-cı ildə icmal büdcənin gəlirləri 44 milyard 825,3 milyon manat səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nəzərən 874,7 milyon manat və ya 2 faiz artım deməkdir. İcmal büdcənin xərcləri isə növbəti ildə 48 milyard 683,1 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard  53.7 milyon manat və ya 2,2 faiz çoxdur.  

2026-cı il üzrə icmal büdcədə 3,857.8 milyon manat büdcə kəsiri (defisit) olacağı proqnozlaşdırılır.

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və yaxud 0,2 faiz çox, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 261,2 milyon manat və yaxud 3,4 faiz çoxdur. 

Növbəti ildə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 141 milyon manat və ya 0,3 faiz artım ilə 41 milyard 548,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 835 milyon manat və yaxud 10,2 faiz çoxdur.

2026-cı ildə dövlət büdcəsinin kəsiri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 74 milyon manat və ya 2,4 faiz çox olmaqla 3 milyard 125,6 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla) proqnozlaşdırılır.

2026-cı ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməsi nəzərdə tutulur.

Funksional təsnifat üzrə 2026-cı ildə ümumi dövlət xidmətləri üzrə xərclərinə 5 milyard 776,5 milyon manat (13,9 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 714,8 milyon manat (21 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3 milyard 553,6 milyon manat (8,6 faiz), təhsil xərclərinə 4 milyard 985,8 milyon manat (12 faiz), səhiyyə xərclərinə 2 milyard 52,4 milyon manat (4,9 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 873 milyon manat (11,7 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 568,6 milyon manat (1,4 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə 298,2 milyon manat (0,7 faiz), kənd təsərrüfatı üzrə xərclərə 1 milyard 92,1 milyon manat (2,6 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərinə 357,2 milyon manat (0,9 faiz), iqtisadi fəaliyyət xərclərinə 7 milyard 630,7 milyon manat (18,4 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərə isə 1 milyard 645,7 milyon manat (4 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə xərclər 8 milyard 396 milyon 297 min manat təşkil edir. 2026-cı ilin dövlət büdcəsində isə müdafiə və milli təhlükəsizlik xərclərinin bundan təxminən 318 milyon manat çox olması proqnozlaşdırılır.

2026-cı ilin icmal və dövlət büdcələrinin gəlir və xərcləri üzrə proqnozlar göstərir ki, növbəti il də dövlət büdcəsində qarşıya qoyulan bütün vəzifələr tam şəkildə yerinə yetiriləcək.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!