16 Yanvar 2026 16:26
189
CƏMİYYƏT
A- A+
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib  

2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib  


Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər nazirliyin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə ən yaxın “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər.

Quba “ASAN xidmət” mərkəzi

– Xaçmaz, Şabran, Siyəzən

Salyan “ASAN xidmət” mərkəzi

– Neftçala, Salyan, Biləsuvar, Şirvan

Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi

– Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir

Lənkəran “ASAN xidmət” mərkəzi

– Astara, Lənkəran, Masallı

Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 manat məbləğində dövlət rüsumu tutulur.

Qeyd edək ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə təqdim olunmalıdır.

 

2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri


 

Balıq və digər su bioresursları

Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün

Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün

1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

1

Кilkə

44,50

89,00

2

Siyənək

111,25

222,50

3

Кеfal

89,00

178,00

4

Çapaq

89,00

178,00

5

Кülmə

89,00

178,00

6

Çəki

178,00

267,00

7

Хəşəm

222,50

445,00

8

Sıf

178,00

356,00

9

Кütüm

222,50

445,00

10

Şamayı

222,50

445,00

11

Qarasol

89,00

-----

12

Хərçəngkimilər

222,50

445,00

13

Digər balıq növləri

89,00

178,00

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada qaz qiymətlərində son 2 ilin ən böyük həftəlik artımı qeydə alınıb  

17:55
16 Yanvar

Qazaxıstanlı ekspert: Birgə hərbi təlimlər Türk dünyasını risklərə qarşı daha dayanıqlı edir  

17:54
16 Yanvar

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq  

17:53
16 Yanvar

Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub  

17:45
16 Yanvar

Bakı Hindistanda siqhlərə və digər azlıqlara qarşı zorakılıq mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib 

17:44
16 Yanvar

Ukrayna müharibə dövrünün ən ağır qışını yaşayır  

17:42
16 Yanvar

Ə.S.Cəlilovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilməsi haqqında  

17:34
16 Yanvar

R.G.Vəliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında  

17:33
16 Yanvar

N.V.İsmayılovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında  

17:31
16 Yanvar

Media: “Mossad”ın rəhbəri İrandakı vəziyyəti müzakirə etmək üçün ABŞ-a gedib  

17:05
16 Yanvar

Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası beynəlxalq ictimaiyyəti zorakılığa qarşı fəaliyyətə çağırıb  

17:04
16 Yanvar

Kahramanmaraşdakı Heydər Əliyev adına ibtidai məktəbin yüzlərlə şagirdi müvəffəqiyyət cədvəli alıb  

16:49
16 Yanvar

“Sikh Federation”: Hindistanda insan hüquqlarının pozulmasına dünya biganə qalmamalıdır  

16:48
16 Yanvar

Ekspert : Azərbaycan İsrail ilə Türkiyə arasında münasibətlərdə mühüm vasitəçi ola bilər  

16:43
16 Yanvar

2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib  

16:26
16 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb - YENİLƏNİB 2  

16:19
16 Yanvar

Gürcüstanda radikal millətçi qruplaşmanın 16 üzvü həbs edilib  

16:16
16 Yanvar

Qırğızıstan parlamentinin sədri TÜRKPA-nın Baş katibi ilə görüşüb  

16:14
16 Yanvar

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

16:01
16 Yanvar

Pakistanın Baş naziri “ASAN xidmət”in sədrini qəbul edib  

15:52
16 Yanvar

Türk general: Prezident İlham Əliyevin TDT çərçivəsində hərbi əməkdaşlıq təşəbbüsü zamanın çağırışlarına cavab verir  

15:47
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!