31 Dekabr 2025 08:35
1412
CƏMİYYƏT
A- A+
2026-cı il "Şəhərsalma və Memarlıq İli"dir

2026-cı il "Şəhərsalma və Memarlıq İli"dir


Bu, sosial rifahın yüksəldilməsini və dayanıqlı gələcəyin təmin olunmasını şərtləndirəcək


Mədəniyyət, eləcə də mədəni irsimizin qorunması, mühafizəsi, inkişafı Ümummilli Lider Heydər Əliyevin ən önəm verdiyi, yüksək peşəkarlıq və siyasi iradə ilə yürütdüyü daxili siyasətinin bir parçası olub və bu ənənə Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, xalqımızın yaratdığı irs nümunələrini, zəngin tariximizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək çox məsuliyyətli iş olmaqla yanaşı, multidissiplinar yanaşmanı tələb edir. Bu işə hər kəs həssas yanaşmalı, istər dövlət, özəl qurumlar, istərsə də ümumi əhali buna səfərbər olmalıdır. İrsimizi qorumaq və yaşatmaq hər bir vətəndaşın ümdə vəzifəsinə çevrilməlidir. "Bu gün Azərbaycan xalqının yaratdığı, zaman-zaman daha da inkişaf etdirdiyi 4 mədəni irs nümunəsi - Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı və Şəki Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi, Xınalıq və Köç yolu landşaftı və Hirkan meşələri UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Bundan başqa, 7 tarixi və 3 təbiət abidəmiz də UNESCO-nun İlkin İrs Siyahısındadır", - deyə o bildirib.

Deputat qeyd edib ki, tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanılması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır: "Azərbaycan öz suverenliyini tam bərpa edib, hazırda isə regionun əsl və tarixi simasını geri qaytarmaq və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Füsunkar və əzəmətli Şuşa saysız-hesabsız mədəni tədbirlərə səhnə olub. Mədəniyyətin beşiyi olan Qarabağ tarixi sahiblərinə qovuşub. XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin dediyi kimi: "Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar".

Pərvanə Vəliyeva Prezident İlham Əliyevin birbaşa nəzarəti altında "Böyük qayıdış" proqramı çərçivəsində həm infrastruktur, həm də sosial və ekoloji layihələrin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, Azərbaycan bu torpaqlarda ekoloji ədaləti bərpa etməyə və regionu "yaşıl inkişaf" mərkəzinə çevirməyə nail olub. Yəni Azərbaycan təkcə itirilmiş torpaqlarını deyil, həm də itirilmiş ekoloji dəyərlərini bərpa edir. "Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan olunub. Bu sərəncam ölkəmizin daxili və xarici siyasətdə növbəti il üçün prioritet mövzusunu da özündə əks etdirir. Bu, həm də "Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üzrə Milli Prioritetlər" strategiyasına uyğun olaraq ölkəmizə urbanizasiya, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində beynəlxalq əlaqələrini gücləndirmək və qlobal proseslərə təsir etmək üçün yeni imkanlar açır", - deyə o əlavə edib. 

Deputat vurğulayıb ki, Azərbaycan, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" zonası kimi layihələri ilə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır: "İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Şuşanın tarixi simasının bərpası milli iradənin, müasir yanaşmanın və tarixi məsuliyyətin vəhdətidir. Ölkəmiz növbəti il BMT-nin daha bir mötəbər tədbiri olan "Dünya Şəhərsalma Forumu"nun 13-cü sessiyasına evsahibliyi edəcək. Beynəlxalq tədbirlərə evsahibliyi Azərbaycanın xarici siyasətdə artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin də yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir".

P.Vəliyeva qeyd edib ki, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsidir: "Bu addım ölkəmizin dayanıqlı şəhərsalma, ekoloji tarazlıq, innovativ planlaşdırma və mədəni irsin qorunması sahələrində əldə etdiyi təcrübəni beynəlxalq müstəviyə çıxarmaq üçün mühüm platforma yaradır. "Dünya Şəhərsalma Forumu"nun Bakıda keçirilməsi isə Azərbaycanın qlobal urbanizasiya gündəliyinin formalaşmasında artıq fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Tarixi irsə söykənən, müasir çağırışlara cavab verən və gələcək nəsilləri hədəfləyən bu yanaşma göstərir ki, Azərbaycan üçün şəhərsalma və memarlıq, sadəcə, məkan quruculuğu deyil, milli kimliyin qorunması, sosial rifahın yüksəldilməsi və dayanıqlı gələcəyin təmin olunmasıdır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Uğurlu gənclər siyasəti dövlətin təhlükəsizliyini və inkişafını təmin edir

20:58
01 Fevral

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!