20 Yanvar 2026 08:55
555
CƏMİYYƏT
A- A+
20 Yanvarın şahidi və şəhidi - qanla suvarılan qərənfil

20 Yanvarın şahidi və şəhidi - qanla suvarılan qərənfil


20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı və unudulmaz səhifələrindən biridir. 1990-cı ilin bu qara günündə xalqımız öz azadlıq və müstəqillik arzusu uğrunda böyük itkilər verdi. Qərənfil gülü isə həmin faciənin həm şahidi, həm də şəhidi oldu. Üstəlik də qəhrəmanlığın, şücaətin və vətən sevgisinin simvoluna çevrildi.

O gündən sonra xalqın dəyərləri də fərqli məna qazandı. Xüsusilə də qərənfil gülü sevincin simvolu olmaqdan çıxdı, kədərin, hüznün, itkinin və şəhid qanının rəmzinə çevrildi. Bu gün Şəhidlər xiyabanından səssiz boylanan hər qərənfil 20 Yanvarın hüznünü və xalqın sarsılmaz iradəsini göz önünə gətirir. Azərbaycan xalqının qanla yazılmış tarixini xatırladır və şəhidlərin əbədi xatirəsini yaşadır.

Vaxt var idi qərənfil gülləri dünyanın ən yaxşı çiçəkləri sayılırdı. Bir  ədəd qərənfillə bir "işi aşırmaq" olurdu.  Bir dəstə qərənfil bir ömürlük səadət, xoşbəxtlik rəmzinin göstəricisinə çevrilir, iki gəncin həyatını dəyişir, iki ürəyin birlikdə döyünməsinə stimul verirdi.  Bu o vaxtlar idi ki,  qərənfil gülü SSRİ məkanında Azərbaycan brendi idi.  O qədər əziz, o qədər sevimli idi ki, insan onun rəngi, zərifliyi, gözəlliyi qarşısında heyran olurdu. 

Amma gün gəldi, qərənfil  sevgi rəmzi olmaqdan çıxdı. Bu sevgili çiçək qana boyandı, hüzn onun "qəlbinə" çökdü, qəm-kədər rəngini soldurdu.1990-cı ilin 20 yanvarından sonra bu çiçək  "təyinatını dəyişdi". Həmin zamana qədər insanın əlində  qərənfil olanda gözlərindən sevgi süzülürdü. Amma indi bu sevgini göz yaşı əvəz edib. Qərənfil 36 ildir başqa bir duyğu ilə "yüklənib". Bu sevgili gül şəhidlərə ağı deyir, ağlar gözlərə şahidlik edir. Təbii ki, bu ağı da müqəddəsdir, bu çiçək də. Çünki vətən uğrunda canını verən igidlər son mənzilə qərənfillə yola salınır, qəhrəman oğullarla bərabər torpağa sərilir. 36 ildir bu hüzn çiçəyi Şəhidlər xiyabanının daimi sakinidir, şəhid ruhları ilə birlikdə Azərbaycanın başı üzərində dolaşır, torpaqda uyuyan oğullara "nəfəs verir". Hər qərənfil ləçəyi bir ömrün yarımçıq qalan hekayəsi kimi görünür. Ana fəryadı, ata sükutu, xalqın kədəri bu çiçəyin üzərinə hopub. Qərənfil sevincli mərasimlərdən çəkilib, matəm yürüşlərinin önündə yer alıb, xalqın sınmayan iradəsinin simvoluna çevrilib.

20 Yanvardan sonra hər məzara səpilən qərənfil azadlıq uğrunda can verənlərin səssiz andı kimi qəbul olundu. O gecə Bakı küçələri qırmızı qərənfillərlə örtüldü. İnsanlar etirazlarını çiçəklərlə ifadə etdilər. Sovet tanklarının qarşısına çıxan insanların əlində silah əvəzinə qərənfil vardı. Zirehli texnikanın qarşısında duran bu çiçək gücün silahda deyil, haqda olduğunu göstərirdi. İnsanlar əllərində qərənfil ölümün üzünə dik baxır, ləyaqətlərini tapdalamamağa and içirdilər.

20 Yanvardan sonrakı günlərdə tanklar gül düzülmüş küçələri əzəndə qərənfillər yaddaşları oyadırdı. Çiçək əzilsə də, mənası əzilmirdi. Əlində qərənfil tutan insanın ürəyi titrəsə də, iradəsi sınmırdı. Məhz buna görə qərənfil 20 Yanvarın həm də məğrurluq simvoludur. Zaman keçsə də, onun daşıdığı məna solmur. Hər ləçəyi, hər yarpağı ilə bu gül xalqın yaddaşını qoruyur, o  mənhus gecənin ağrısını unutmamağa çağırır. Qərənfil sadəcə gözəl bir çiçək deyil, qanla yazılmış tariximizin, qəhrəmanlıq dastanımızın və azadlıq eşqimizin yaddaşıdır.

Bu gün Şəhidlər xiyabanı, həmçinin bu məkana gedən yollar yenə qərənfillərlə "bəzənib". Şəhidlərin məzarlarından boylanan qərənfillər sanki deyir: "Biz hələ buradayıq". Qərənfilin qırmızı rəngi şəhid qanını və vətən uğrunda verilən əbədi andı xatırladır. İnsanlar ona baxanda ağlayır, xatırlayır, amma eyni zamanda qürur duyurlar. Bu çiçək hər zaman vətən sevgisinin, məğrur iradənin və xalqın sarsılmaz birliyinin rəmzi olacaq. Qərənfil susur, amma  minlərlə şəhidin fədakarlığını, anaların fəryadını, uşaqların göz yaşını, xalqın qəm və qürurunu daşıyır. Zamanla solsa da, onun mənası əbədidir. Hər qərənfil bir dərs, bir vəd kimidir - bizə unutmamağı, vətənə və azadlığa bağlı qalmağı xatırladır. 

Qərənfil I Qarabağ müharibəsinin, eləcə də 44 günlük Vətən müharibəsi şəhidlərinin də nişanəsidir. Şəhidlərin gənc ömrü, anaların fəryadı, vətən uğrunda can verənlərin qəhrəmanlığı hər  ləçəkdə yaşayır. Qərənfil həm hüzn, həm də qürur simvoludur. O, sadəcə bir çiçək deyil, Azərbaycan xalqının iradəsinin, qəhrəmanlıq tarixinin və vətən sevgisinin canlı rəmzidir. 


Qərənfil - şəhid qanı,

Ağla, qərənfil, ağla!

Ağla, inlət meydanı,

Ağla, qərənfil, ağla! 


Misraların müəllifi  şair Məmməd Aslan faciə günlərində  "ağla, qərənfil, ağla" desə də,  bu gün onun hər ləçəyi bir ömrün hekayəsi, qırmızı, sarı, ağ rəngi isə qəhrəmanlığın izidir. Şəhid məzarlarındakı qərənfillər solsa da, daşıdığı mənalar, xatirələr və dərslər əbədidir. Xalqın yaddaşında yaşayır, gələcək nəsillərə vətənin, azadlığın və qəhrəmanlığın rəmzi olaraq ötürülür.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar  

16:45
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

16:45
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb  

16:44
03 Aprel

Donald Tramp Kir Starmeri yenidən tənqid edib

16:43
03 Aprel

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib  

16:42
03 Aprel

Baş prokuror Tərtərdə vətəndaşların müraciətlərini dinləyib  

16:41
03 Aprel

MDB İqtisadi Şurasında bir neçə sənəd qəbul edilib

16:40
03 Aprel

Ədliyyə naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

16:39
03 Aprel

Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaqlar  

16:38
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!