11 İyul 2026 09:10
694
İQTİSADİYYAT
A- A+
20 il fasiləsiz və təhlükəsiz neft nəqli

20 il fasiləsiz və təhlükəsiz neft nəqli


Bu, BTC əsas ixrac boru kəməri vasitəsi ilə mümkün olub


Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri artıq 20 ildir ahəngdar və təhlükəsiz fəaliyyət göstərir. Belə ki, bu unikal boru kəməri tam sistem kimi 2006-cı il iyulun 13-də istifadəyə verilib. Bu münasibətlə həmin gün Türkiyənin Ceyhan şəhərində təntənəli mərasim keçirilib. Tədbirdə kəmərin keçdiyi üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları iştirak ediblər.

Qeyd edilən tarixdən bir qədər də geriyə dönərək xatırladaq ki, kəmərə ilk neft 2005-ci il mayın 25-də Bakı yaxınlığındakı Səngəçal terminalından vurulmuşdu. Bu həmçinin BTC-nin Azərbaycan hissəsinin istifadəyə verilməsi demək idi. Bakıda və Səngəçalda bu münasibətlə keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etmişdilər. Xəttin Gürcüstan hissəsi isə həmin il oktyabrın 12-də Qardabani rayonundakı nasos stansiyasından fəaliyyətə başlamışdı.

BTC-nin daşıdığı ilk neft "Əsrin müqaviləsi" çərçivəsində Xəzərin Azərbaycan sektorundakı "Azəri" yatağından çıxarılan neft idi. Bu neft 2006-cı il iyunun 4-də Ceyhan terminalında ilk tankerə yüklənib. Beləliklə, təqribən 600 min barel Azərbaycan xam neftindən ibarət ilk həcmlər "British Hawthorn" tankerinə vurularaq Ceyhan terminalından yola salınıb.

İndiyədək isə BTC boru kəməri vasitəsilə ümumilikdə 4,7 milyard bareldən çox (təxminən 630 milyon ton) xam neft nəql edilib və bu həcm 6271 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Uzunluğu 1768 kilometr olan BTC boru kəməri Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün inşa edilib. BTC öz marşrutu boyu 1768 kilometr məsafə qət edir. Xəttin Azərbaycanda yolu 443, Gürcüstanda 249 və Türkiyədə 1076 kilometrdir. Kəmər ölkəmizdə 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Coranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan, sonrakı yolunda - Gürcüstanda və Türkiyədə isə daha onlarca şəhər və kənddən keçir.

Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub. Layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Tikintinin ən qızğın dövründə bu işlərə 22 min nəfər cəlb olunub . Onların təxminən 80 faizini inşaat işləri gedən ölkənin öz sakinləri təşkil edib, tikinti zamanı 110 milyondan artıq adam-saat sərf edilib və 220 min boru hissəsi qaynaqla birləşdirilib. 

BTC-nin cari ötürücülük gücü gündəlik 1 milyon bareldir. Boru kəmərində diametri 46, 42 və 34 düym olan borulardan istifadə edilib. Üç tranzit ölkə boyu kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. 

Maraq doğuran faktlardan biri də odur ki, BTC Ceyhanda yenidən dəniz səviyyəsinə enməzdən əvvəl 2830 metr yüksəkliyə qalxır. Bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu, yeraltı və yerüstü kommunikasiya xətləri, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.

Bu, tikinti mərhələsindən başlayaraq regiona əhəmiyyətli faydalar gətirən və müsbət dəyişikliklərə yol açan bir kəmərdir. Layihə başlandığı vaxtdan kəmərin marşrutu boyunca 550-dən çox icma ilə (750 mindən çox insan) sıx işləməklə minlərlə sosial təşəbbüs həyata keçirilib və bu fəaliyyət gələcəkdə də davam edəcək. 

BTC Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Belə ki, onun reallaşması Ümummilli Liderin səyi, mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində mümkün olub. Bu layihənin bir önəmli cəhəti də odur ki, yeni meqalayihələrə yol açıb. Başqa sözlə, Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhandan başlanan yolu geniş dəhlizlərə qovuşdurub. Dövlətimizin başçısı BTC-nin çəkilişini tarixi hadisə kimi dəyərləndirərək demişdir: "Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən, logistika imkanlarından tam şəkildə istifadə edir".

BTC-nin tam sistem kimi fəaliyyətə başlamasının 20 illiyi layihənin tarixində yeni bir əlamətdar hadisə ilə üst-üstə düşür. Bakı-Tbilisi-Ceyhan Şirkəti (BTC Co) elan edib ki, 2026-cı il iyulun 1-dən kəmərin operatorluğu BP şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan "SOCAR Midstream Operations" MMC-yə (SMO) keçib.Operatorluğun ötürülməsi BTC-nin hər üç hissəsini - Azərbaycan, Gürcüstan və Türkiyə hissələrini əhatə edir. Bundan əlavə, BTC ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar indiyədək BP tərəfindən icra olunan ümumi fəaliyyətlərin operatorluğu da SMO şirkətinə keçib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bununla bağlı deyib: "SOCAR bu strateji enerji dəhlizinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək öhdəliyinə tam sadiq qalaraq onun regional və qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da gücləndirəcək".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!