02 Noyabr 2024 08:00
2142
SİYASƏT
A- A+
Zəfərin təməl günü

Zəfərin təməl günü


31 il öncə Ulu Öndər Heydər Əliyevin çağırışı ilə Azərbaycan Ordusunun müzəffər yürüşünün bünövrəsi qoyuldu


Ulu Öndər Heydər Əliyevin dövlət və xalq qarşısında ən böyük xidmətlərindən biri ordu quruculuğu ilə bağlıdır.  Məhz Heydər Əliyevin yaratdığı nizami və vahid komandanlığa əsaslanan ordu Ermənistanın təcavüzkar hücumlarının qarşısını almış və cəbhənin müxtəlif istiqamətlərində torpaqlarımızı işğaldan azad etmişdi. Ordumuzun həmin şərəfli zəfər yürüşü Ulu Öndərin 1993-cü il noyabr ayının 2-də xalqa müraciətindən sonra başlamışdı.


Heydər ƏLİYEV: "İndi bizim ordumuz yaranmalı və qurulmalıdır"


Dövlətin və dövlətçiliyin sütunlarından biri ordudur. Lakin təəssüflə qeyd etməliyik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan qüvvələr ordu quruculuğu işini düzgün apara bilmədilər. Özünümüdafiə batalyonları düşmənlə ayrı-ayrılıqda qəhrəmancasına döyüşsələr də, vahid komandanlığın həyata keçirilməməsi, dövlət dəstəyinin olmaması, ölkədəki siyasi çəkişmə öz sözünü deyirdi. Ən böyük problemlərdən biri yaradılmış hərbi hissələrin ayrı-ayrı şəxslərin nəzarətində olması və onların siyasi və konyunktur maraqlarına xidmət etməsi idi. Bütün bunlar nəticə etibarilə torpaqlarımızın müdafiəsinin düzgün təşkil edilməməsinə və işğalına gətirib çıxardı.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə gələndə faktiki olaraq ordu yox idi. Buna qədər hakimiyyətdə olmuş siyasi qüvvələrin yarıtmaz idarəçilikləri təməli düzgün qoyulmayan ordu quruculuğunu iflasa uğratmışdı. Dağınıq və pərakəndə şəkildə olan hərbi hissələr qarşılarında dayanan vəzifələri yerinə yetirmək iqtidarında deyildilər, torpaqlarımız müdafiəsiz qalmışdı. Ona görə Heydər Əliyevin ilk həyata keçirdiyi tədbirlərdən biri Ermənistanın artan hücumlarının qarşısını almaq oldu. Düşmənin ərazilərimizə yeni hücumları və təcavüzü ilə bağlı Ulu Öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciəti həm də Azərbaycanda ordu quruculuğunun başlanğıcı oldu. Tarixi müraciətində "İndi bizim ordumuz yaranmalı və qurulmalıdır" deyən Heydər Əliyev hamını bu yolda fədakar mübarizəyə, Azərbaycanın müdafiəsinə qalxmağa çağırdı. Məhz bu müraciət Azərbaycanda Prezident Heydər Əliyevin Ali  Baş Komandanlığı ilə yeni ordu quruculuğunun əsasını qoydu.

Heydər Əliyev böyük uzaqgörənliklə ordu quruculuğuna mərkəzi komandanlığa tabe olmayan bütün hərbi hissələrin buraxılması ilə başladı. Qısa zamanda vahid komandanlığa əsaslanan yeni hərbi hissələrin formalaşdırılması, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi tezliklə cəbhə xəttindəki vəziyyətdə özünü göstərdi. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda uğurlu əməliyyatlar həyata keçirildi, işğal olunmuş bəzi yaşayış məskənləri, strateji yüksəkliklər düşməndən azad edildi. 

1994-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər yeni fazaya daxil oldu. Hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin  formalaşdırılması başa çatdırıldı. Döyüş qabiliyyətinin və peşəkarlığın artırılması, hərbi təhsilin müasir standartlar səviyyəsinə çatdırılması Azərbaycan Silahlı Qüvvələrini yeni keyfiyyət mərhələsinə yüksəltdi.


Ordumuz xalqımızın qürur mənbəyidir


2003-cü ildən respublikamıza rəhbərlik etməyə başlayan Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılmasını daim diqqət mərkəzində saxladı, bu istiqamətdə davamlı şəkildə hərbi islahatlar həyata keçirdi.  Azərbaycan Silahlı Qüvvələrində baş verən keyfiyyət dəyişikliklərini, döyüş qabiliyyətinin ən modern səviyyəyə çatdırılmasını keçirilən paradlarda nümayiş etdirilən texnikalar da təsdiq edirdi. Bu illər ərzində Azərbaycanın artan maliyyə imkanları ordumuzun daha da güclənməsinə böyük təsir göstərdi, hər il dövlət büdcəsindən müdafiəyə ayrılan xərclər artırıldı.

Eyni zamanda torpaqlarımızın işğal altında olduğu dövrdə Azərbaycan dövləti sülh danışıqları nəticəsiz qalacağı təqdirdə ərazilərimizin güc yolu ilə azad edəcəyini hər zaman bəyan edirdi. 2016-cı ilin aprelində ermənilərin cəbhə xəttində törətdikləri təxribatlardan sonra baş verən döyüşlər göstərdi ki, Azərbaycan güc yolu ilə ərazilərini işğaldan azad etməyə qadirdir. Ordumuzun qələbəsi ilə başa çatan Aprel döyüşləri Azərbaycanda həyata keçirilən ordu quruculuğunun effektiv nəticəsini təsdiq etdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri isə bütün tərəfləri ilə yanaşı, hər biri ayrı-ayrılıqda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən modern ordu quruculuğunun ən möhtəşəm təntənəsinə çevrildi. Torpaqlarımızın azad olunması, ərazilərimizdəki erməni separatizminin məhv edilməsi ilə başa çatan bu hadisələr nəticəsində bütün dünya gördü ki, Azərbaycan güclü, peşəkar və ən müasir döyüş imkanlarını mənimsəmiş hərbi gücə, qüdrətli orduya sahibdir. Hansı ki bu ordu işğalçı Ermənistanın qoşunlarının 30 ilə yaxın müddətdə yaratdığı və möhkəmləndirdiyi bir neçə mərhələli mühəndis-istehkam qurğularını ilk həmlədəcə keçərək, qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirdi.

Bütün bu zəfərlərimizin təməli 1993-cü ildə qoyulub. 31 il öncə noyabrın 2-də Ulu Öndər Heydər Əliyevin çağırışı ilə Azərbaycan Ordusunun müzəffər yürüşünün təməl daşı atıldı. Ulu Öndər Heydər Əliyevin yaratdığı və gücləndirdiyi, Prezident İlham Əliyevin döyüş imkanlarını ən modern səviyyəyə yüksəltdiyi ordumuz xalqımızın qürur mənbəyidir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib

19:33
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİB  

19:28
26 Dekabr

Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

19:21
26 Dekabr

Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan daha 10 nəfərin şəxsiyyəti müəyyənləşib  

19:20
26 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana gətirilib  

19:06
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!