12 Noyabr 2024 08:20
1641
SİYASƏT
A- A+
Zəfərin qürurlandırdığı Konstitusiya

Zəfərin qürurlandırdığı Konstitusiya


Azərbaycanın bütün ərazilərində dövlətimizin konstitusion əsasları təmin olunub


Bu gün müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində ölkə vətəndaşları hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan Konstitusiyanın qəbuluna səs verdilər. Həmin il noyabrın 27-dən Konstitusiya qüvvəyə mindi. 


Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan mütərəqqi Konstitusiya


Konstitusiya hər bir dövlətin Əsas Qanunudur. Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə qarşıya qoyulan başlıca vəzifələrdən biri Konstitusiyanın qəbulu idi. Bu vəzifə 1991-ci il oktyabr ayının 18-də qəbul edilən "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda öz əksini tapdı. Belə ki, həmin sənədin 32-ci maddəsində qeyd olunur ki, Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır.

Lakin Azərbaycanda müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr yeni Konstitusiyanın qəbulu barədə fikirləşmədilər. Bu mənada respublikada yaranmış siyasi-iqtisadi münasibətlər sistemində hüquqi müstəvidə çox ciddi boşluqlar vardı. Sovet hakimiyyəti illərində yaranmış qanunvericilik sistemi müstəqillik dövrünün tələblərinə cavab vermirdi. Yeni siyasi dövrdə isə cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı sivil münasibətlər, insan hüquqları və digər demokratik meyarlar konstitusion tələblər baxımından qeyri-müəyyən idi. Ona görə yeni Konstitusiya və yeni qanunlar qəbul edilməli idi. 

Yeni Konstitusiyanın qəbulu yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə gəlişindən sonra mümkün oldu. Azərbaycanı təhlükələrdən xilas edən, siyasi-hərbi böhranlara son qoyan Heydər Əliyev daha sonra hüquqi dövlət quruculuğuna, respublikamızın inkişafı üçün iqtisadi islahatlara başladı. Bu yolda ilk addımlardan biri yeni Konstitusiyanın qəbulu oldu.

Yeni Konstitusiya müstəqil Azərbaycanın bəyan etdiyi prinsiplərə cavab verməli, dövrün çağırış və tələblərinə uyğun olmalı, dövlətimizin və xalqımızın mənafelərini, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri, insan hüquqlarını, demokratik meyarları ən mükəmməl formada özündə əks etdirən bir sənəd olmalı idi. Dəfələrlə Konstitusiya layihəsinin açıq müzakirəsini keçirən Heydər Əliyev onun müasir və demokratik dəyərləri özündə ehtiva edən formada hazırlanması üçün gərgin əmək sərf etdi. "Biz  elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır", - deyə Heydər Əliyev müzakirələr zamanı bildirmişdi. Bütün bu müzakirələrin nəticəsində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan mükəmməl Konstitusiya layihəsi ümumxalq səsverməsi yolu ilə qəbul olundu.


Konstitusiyamızda bəyan olunan niyyətlər həyata vəsiqə alıb


Konstitusiyanın qəbulu respublikamızın müasir tarixinin əlamətdar siyasi hadisəsidir. Ona görə noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Konstitusiyanın qəbulu respublikamızda yeni və pozitiv dəyişikliklərə imkan yaratdı, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Eyni zamanda Azərbaycanın iqtisadi və sosial inkişafı üçün hüquqi əsaslar yaradıldı. Yeni Konstitusiyanın qəbul edilməsi müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində möhkəm və milli maraqları ehtiva edən təməlin yaradılması istiqamətində vacib addım oldu.

"1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur", - deyə Prezident İlham Əliyev bildirmişdir. 

Demokratik quruluşa təminat vermək,  vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Konstitusiyamızın preambulasında bəyan olunan niyyətlərdir. 1995-ci ildən ötən 29 ildə Azərbaycanın keçdiyi yol təsdiq edir ki, bu niyyətlərin hər biri uğurla gerçəkləşib. 

Qürur hissi ilə qeyd etməliyik ki,  2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ötən il keçirilən antiterror tədbirlərinin nəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin olunması nəticəsində Konstitusiyamızda yer alan Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. 

Konstitusiyamızın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir, respublikamızın ərazisi özgəninkiləşdirilə bilməz. Bu maddədə yer alan prinsiplər də tam təmin olunub. Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra bütün ərazilərimizdə Azərbaycan dövlətinin konstitusiya əsasları təmin edilib. Ona görə xalqımız Konstitusiya Gününü də daha böyük qürurla qarşılayır.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

17:07
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Türkiyənin Qazaxıstandakı səfiri: Aktaudakı faciəni böyük kədərlə qarşıladıq

16:51
26 Dekabr

Gürcüstan parlamentinin sədri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində olub

16:43
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

16:29
26 Dekabr

Özbəkistanın Baş naziri azərbaycanlı həmkarına başsağlığı məktubu ünvanlayıb  

16:13
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!