11 Dekabr 2024 17:38
236
CƏMİYYƏT
A- A+
Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib  

Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib  

Dekabrın 10-11-də Bakıda Daxili İşlər Nazirliyinin (DİN) təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Avropa Yol Polisi Təşkilatlarının Regional Şəbəkəsinin “Yol hərəkəti təhlükəsizliyinə dair yol polisinin fəaliyyəti üzrə" 2-ci yüksək səviyyəli iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dünyanın 24 ölkəsindən 43 nümayəndənin, eləcə də çoxsaylı qeyri-hökumət təşkilatlarının və ekspertlərin iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbir yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, polis orqanları arasında regional əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına həsr olunub.

8 sessiyadan, eləcə də 2 yüksək səviyyəli paneldən, 9 təqdimat və 4 açıq müzakirədən ibarət proqram əsasında iki gün davam edən iclasda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, regional əməkdaşlıq və qarşılıqlı təcrübə məsələlərinə toxunulub.

Sessiyalar və panel müzakirələrdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları, yol-nəqliyyat hadisələrinin, xüsusilə ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının sayının, habelə iqtisadiyyata və ətraf mühitə vurduğu zərərin minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi və bu sahədə ictimai iştirakçılığın təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin effektiv idarə olunmasında informasiya texnologiyalarının tətbiqi üzrə texniki səviyyədə bilik və təcrübə mübadiləsi müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

Özbəkistan Ali Məclisi Senatının sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

10:31
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün Azərbaycana gətirilir  

10:19
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!