12 Dekabr 2024 10:05
186
İQTİSADİYYAT
A- A+
Yeni dövlət standartı - "Yaşıl biznesin idarəedilməsi sistemləri"

Yeni dövlət standartı - "Yaşıl biznesin idarəedilməsi sistemləri"


KOBİA-nın təşəbbüsü ilə təsdiqlənən bu standart dünyada ilk təcrübədir


"Yaşıl iqtisadiyyat" həm təbiətin bir hissəsi, həm də ondan asılı olan təsərrüfatdır. İnsan rifahını və sosial ədaləti təmin edən "yaşıl iqtisadiyyat" eyni zamanda ətraf mühit risklərini kəskin azaltmaq qabiliyyətinə malikdir. 

Onun əsas komponentlərindən olan "yaşıl biznes" isə müəssisələri qlobal və yerli səviyyədə ətraf mühitə, cəmiyyətə, icmalara və iqtisadiyyata zərərli təsir etməyən iqtisadi inkişafı, sosial tərəqqini və ətraf mühitin mühafizəsini təmin edir. İqlim dəyişmələri ilə mübarizə, ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə fonunda "yaşıl biznes"in əhəmiyyəti ilbəil artır. Fəaliyyətində "yaşıl prinsip"ləri əsas götürən bu cür biznes ətraf mühitə dost olur, az tullantı yaradır, ekoloji təmiz məhsul və xidmətlər istehsal edir. O həm də yalnız gəlir əldə etməyi deyil, ətraf mühitin və cəmiyyətin rifahını ön planda tutmağı hədəfləyir.

Ətraf mühitə münasibətdə məsuliyyətli davranış vacib şərtdir. Bu, istehsal zamanı birbaşa təsirlərin aradan qaldırılması ilə məhdudlaşmır, ümumilikdə "yaşıl davranış"ların bütün biznes proseslərinə və idarəetmə sisteminə inteqrasiyasını zəruri edir. Məsələyə həmin prizmadan yanaşaraq deyə bilərik ki, "yaşıl planlama", "yaşıl idarəetmə" üzrə strategiya və siyasətin işlənib hazırlanması, onların tətbiq olunması da olduqca əhəmiyyətlidir. Ekoloji təmiz xammal və materialların seçilməsi, su, enerji və torpaq ehtiyatlarından səmərəli istifadə, tullantıların düzgün idarəedilməsi, "yaşıl maliyyə"ləşmə kimi amillər "yaşıl fəaliyyət"in təşkili üçün zəruridir. Və bütün bunlar hamısı "yaşıl biznes"in komponentləri olaraq idarəetmə sisteminin tətbiqini tələb edir. "Yaşıl biznes" idarəetmə sisteminin tətbiqi ilə yanaşı, mütəmadi olaraq onun monitorinqinin aparılmasına, qiymətləndirilməsinə və təkmilləşdirilməsinə də diqqət yetirilməlidir.

Bu məqsədlə cari ilin oktyabrında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə "Yaşıl biznesin idarəedilməsi sistemləri" dövlət standartı təsdiqlənib. Yeni standartın tətbiqi biznesin, o cümlədən KOB-ların "yaşıl biznes" modelinə keçidini asanlaşdırmaqla qlobal bazarda daha rəqabətqabiliyyətli olmasına imkan verəcək. KOB-ların ətraf mühitə təsirinin minimuma endirilməsini, resurslardan səmərəli istifadəni və ekoloji məsuliyyəti artırmağı nəzərdə tutan yeni standart, həmçinin ekoloji innovasiyaların stimullaşdırılmasına xidmət edəcək. Qeyd edək ki, bu standart beynəlxalq müstəvidə ilk belə təcrübələrdəndir. 

Birmənalı olaraq "yaşıl enerji" və təmiz ətraf mühit biznesin inkişafı üçün əlverişli mənbədir. Ona görə də dövlət və özəl qurumlar alternativ enerji mənbələrinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, tullantıların təkrar emalına, ətraf mühitin sağlamlaşdırılmasına, su ehtiyatlarından səmərəli istifadəyə geniş yer verirlər. Həmin qurumlar KOBİA-nın dəstəyi ilə vaxtaşırı "yaşıl biznes"in perspektivlərini müzakirə edir, təklif və təşəbbüslər irəli sürür, təcrübələrini bölüşürlər. Xüsusən də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində belə toplantılar tez-tez keçirilirdi. Elə COP29-un "yaşıl zona"sında öz pavilyonu ilə təmsil olunan KOBİA iki həftə ərzində bir neçə tədbir keçirərək "yaşıl biznes"və "yaşıl iqtisadiyyat" mövzusunda panel müzakirələrlə yerli və xarici qonaqları ətrafına topladı. Müzakirələrdə KOB-ların "yaşıl biznes"də rolundan danışan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları, "yaşıl biznes" və "yaşıl iqtisadiyyat"la bağlı layihələri olan startaplar biznesmenlərin Azərbaycan və dünya iqtisadiyyatında, eləcə də iqlim dəyişiklikləri ilə mübarizədə rolunu qeyd ediblər. İqlim maliyyələşdirilməsi, "yaşıl biznes"in KOB-lar üçün faydası barədə fikirlərini bölüşüblər. 

Azərbaycanda "yaşıl biznes" hələ 2012-ci ildə qəbul edilən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının, həmçinin "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın əsas hədəflərindən biri idi. Bu gün də yeni dövrün tələblərinə uyğun olaraq həyata keçirilən uğurlu sənayeləşmə siyasəti özündə "yaşıl biznes"i ehtiva edir. Hazırda ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir-biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi diqqət mərkəzindədir. Məhz bu səbəblər, eləcə də sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, Azərbaycan regionun güclü sənaye mərkəzidir. 

 Xatırladaq ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən 5 milli prioritetdən biri də Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmasıdır. Ona görə də KOB-lar yüksəkkeyfiyyətli ekoloji mühitin yaradılması, təbii resurslardan səmərəli istifadə edilməsi çərçivəsində əməli fəaliyyət göstərən sahibkarın və startapların innovasiya, texnologiya və rəqəmsallaşma sahəsindəki layihələrinə maliyyə dəstəyini əsirgəmir. 

 Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar, iqlim dəyişmələri və artan tələbat bu gün "yaşıl bines"in inkişafını diktə edir. Çünki o, genişləndikcə, müasir tələblər səviyyəsində inkişaf etdikcə, həmin istiqamətdə həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdamda Ulu Öndərin xatirəsi ehtiramla yad edilib

19:11
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub

18:55
12 Dekabr

Praqada Ulu Öndərin xatirəsi anılıb

18:43
12 Dekabr

Qərb bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

18:41
12 Dekabr

Naxçıvanda Ümummilli Liderin xatirəsinə ağacəkmə aksiyası keçirilib

18:39
12 Dekabr

Kişineuda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

18:13
12 Dekabr

DSX-nin Aparatında Ulu Öndərin xatirəsi anılıb

17:56
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:55
12 Dekabr

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

17:54
12 Dekabr

Sumqayıtlılar Ulu Öndərin abidəsini ziyarət ediblər

17:53
12 Dekabr

Vüqar Qurbanov: Hədəfimiz çox qısa müddətdə ölkə üzrə xəstəxanalarda onlayn növbənin tətbiq olunmasıdır  

17:51
12 Dekabr

Hava şəraiti kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək

17:47
12 Dekabr

Masallı Sənaye Məhəlləsində istehsal 15 faizə yaxın artıb

17:29
12 Dekabr

Yeni Azərbaycan Partiyasının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

17:21
12 Dekabr

Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib YENİLƏNİB

17:11
12 Dekabr

Çimərlik voleybolu üzrə “Qış kuboku” təşkil olunacaq

17:01
12 Dekabr

Yaponiyalı məşhur karate ustası Bakıda

16:59
12 Dekabr

Suriyada Hafiz Əsədin məzarı yandırılıb

16:41
12 Dekabr

Yaponiya 2024-cü ilin heroqlifini seçib

16:33
12 Dekabr

“WhatsApp” yeni funksiyasını sınayır  

16:21
12 Dekabr

Dövlət Xidmətinin hərbi qulluqçuları Ulu Öndərin xatirəsini anıblar

16:00
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!